Anons

Dünən, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

Dünən, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

Dünən, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

Dünən, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

Dünən, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Dünən, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

Dünən, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

Dünən, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

Dünən, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

Dünən, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

Dünən, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

Dünən, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Dünən, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

Dünən, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Dünən, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

Dünən, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

Dünən, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Dünən, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

Dünən, 12:43- Mənim sevimli həkimim

Dünən, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Əbülfəs Qarayev: Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb

Tarix:26-07-2019, 16:32

Əbülfəs Qarayev: Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 26-da Quba rayonunda vətəndaşları qəbul edib. Qəbuldan sonra mətbuata açıqlama verən nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, regionlarda keçirilən bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: “Sevindirici hal ondan ibarətdir ki, vətəndaşlarımızın əsas müraciətləri yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətindədir. Məlum olduğu kimi, Quba-Qusar bölgəsi həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlarımızdandır. Ona görə də mədəniyyət müəssisələri qonaqlara təqdim etdikləri mədəni xidmətləri daha da inkişaf etdirirlər. Burada yerləşən abidələrin bərpası, tarixi irsimizin təbliğ olunması ilə əlaqədar maraqlı təkliflər səsləndirildi.

lkəmizin digər yerlərində olduğu kimi, Quba rayonunda da bir sıra tarixi abidələr bərpa olunub. Bu proses bundan sonra da davam etdiriləcək. Bütün müraciətlər nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq”.

Nazir həmçinin ölkəmizin bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verib. Qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.

Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...