Anons

16-08-2019, 17:34- Yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz veriləcək - “Azəriqaz” açıqladı

16-08-2019, 17:09- AzTU yeni ERASMUS+K2 layihəsinin qalibi oldu

16-08-2019, 16:56- Rəhman Nəsirli müsabiqə yolu ilə ADU-da qəbul olub

16-08-2019, 16:44- DSX əməkdaşlarına yüksək rütbələr verildi - SƏRƏNCAM

16-08-2019, 16:35- “Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

16-08-2019, 15:50- Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır

16-08-2019, 15:38- Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb

16-08-2019, 15:29- DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib

16-08-2019, 15:16- Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"...

16-08-2019, 15:07- Hərbi həkimlərimiz kubok və medalla təltif olunub

16-08-2019, 14:54- Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb

16-08-2019, 14:43- Bakıda itkin düşən bacı-qardaş oğurlanıb - Anasından ŞOK AÇIQLAMA

16-08-2019, 14:35- Azərbaycanda 7 ay ərzində 27,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

16-08-2019, 14:21- Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

16-08-2019, 14:12- Rusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayır

16-08-2019, 13:56- Ötən il Azərbaycanda 56 uşaqda peyvənddən sonra reaksiya və ağırlaşma halları olub

16-08-2019, 13:48- “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir keçirilib

16-08-2019, 13:39- Sabah Bakıda 34 dərəcə isti olacaq

16-08-2019, 13:05- Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı

16-08-2019, 12:51- Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

Haqqımızda Əlaqə

Gədəbəydə ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalına hazırlıq işləri başa çatıb

Tarix:25-07-2019, 11:15 Baxış Sayı:43

Gədəbəydə ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalına hazırlıq işləri başa çatıb Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçiriləcək Milli Yaylaq Festivalı üçün hazırlıq işləri başa çatıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında keçiriləcək Milli Yaylaq Festivalına yerli iştirakçılar və qonaqlarla yanaşı, 20-yə yaxın xarici ölkədən çoxsaylı fəxri qonaq və turistlərin gəlişi də gözlənilir.

Festivalın daha möhtəşəm və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin tarixi-mədəni irsinin və turizm potensialının yüksək səviyyədə təbliği üçün təşkilatçılar tərəfindən üç ay əvvəldən hazırlıq işlərinə başlanılıb.

Bu məqsədlə Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.

Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Festival çərçivəsində el şənliyi (etnoqrafik mədəni-idman tədbiri) də keçiriləcək.

Milli Yaylaq Festivalı şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarət olacaq.

Turistlər üçün ekskursiyalar da təşkil ediləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...