Anons

Dünən, 17:05- Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb

Dünən, 16:57- Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Dünən, 16:38- Bakıda beynəlxalq elektron ticarət forumu keçiriləcək

Dünən, 16:20- Bakıya yeni atraksionlar gətiriləcək

Dünən, 16:08- Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

Dünən, 15:53- “Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

Dünən, 15:41- Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

Dünən, 15:32- Azərbaycan Çində ticarət evi açacaq

Dünən, 15:19- Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dünən, 15:10- Qida məhsullarının idxalının elektronlaşmasına start verildi

Dünən, 14:58- “Bakutel-2019”da Las-Veqasdan “Pepper” humanoid robotu və robot balıqlar nümayiş olunacaq

Dünən, 14:46- Yaxın günlərdə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Dünən, 14:37- 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

Dünən, 14:25- Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Dünən, 14:13- Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Dünən, 13:52- "Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Dünən, 13:40- İnam Kərimov daha iki direktoru işdən çıxardı

Dünən, 12:06- Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM

Dünən, 11:52- Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi - Video

Dünən, 11:41- İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Haqqımızda Əlaqə

Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı

Tarix:2-07-2019, 12:27

Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı Sentyabrın 30-dan oktyabrın 4-dək Bakı şəhərində keçiriləcək Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının seçim müsabiqəsinə start verilib.

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu avqustun 31-dək davam edəcək.

18 yaşına çatmış hər bir yazar festivalın seçim müsabiqəsində iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçərək iştirak ərizəsini doldurmaq, ingilis və rus dillərində təyin olunan həcmdə nəsr və nəzm nümunələrini münsiflər heyətinə təqdim etmək lazımdır.

Müsabiqədə iştirak şərtləri http://lifft.az/ saytında http://lifft.az/index.php/register keçidində yerləşdirilib.

Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, "LiFFt" Beynəlxalq Humanitar Fondu, Avrasiya Millətlər Assambleyası və Azərbaycan tərəfdən Heydər Əliyev Fondunun həmtəşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.

"LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etdiyindən dünyanın ən kütləvi ədəbiyyat festivallarından hesab olunur.

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III "LiFFt" festivallar festivalında 27 ölkənin 170 yazarı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə festivalın Təşkilat Komitəsi IV Bakı festivalının İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin, eləcə də Amerika və Avstraliyanın 55 ölkəsindən 200 yazıçı laureat adı və medallar uğrunda mübarizə aparacaq. Seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək bəzi nüfuzlu dünya yazarlarının adları artıq məlumdur. Bunlar Kşiştof Zatravski (Polşa), Oljas Süleymenov (Qazaxıstan), Rikardo Seidl (Braziliya), Konstantin Kedrov-Çelışev (Rusiya), Martin Dinkov (Fransa), Aleksandr Aleksander (Almaniya), Nina Qeyde (Danimarka), Selim Azimoviç (ABŞ), İdo Netanyahu (İsrail), Massimo Madrisio (İtaliya), Viktor Klık (Avstriya), Tatyana Bonç-Osmolovskaya (Avstraliya), Aleksandr Ratkeviç (Belarus), Serhat Kabaklı (Türkiyə), Hadaa Sendao (Monqolustan), Akifumi Takeda (Yaponiya), Boris Qoldberq (Çexiya), Aron Qaal (Macarıstan), Danilo Jokanoviç (Serbiya),Valeri Kupka (Slovakiya), Olqa Svanberq (Finlandiya), Slobodan Vukanoviç (Monteneqro) və digərləridir.

Festivalda Nobel komissiyasının, beynəlxalq PEN klubun və Yazıçılar Gildiyasının nüfuzlu şəxsləri də qonaq qismində iştirak edəcəklər.

Festivalın Azərbaycan üzrə spikerləri Anar, Elçin, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Elmira Axundova, Ramiz Rövşən, Afaq Məsud və Çingiz Abdullayev, Azərbaycan üzrə koordinatorları Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...