Anons

Bu gün, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bu gün, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Bu gün, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Bu gün, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Bu gün, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Bu gün, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Bu gün, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Bu gün, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Bu gün, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Bu gün, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Bu gün, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Bu gün, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Bu gün, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bu gün, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Bu gün, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Bu gün, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Bu gün, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Bu gün, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Bu gün, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Tarix:18-06-2019, 13:39 Baxış Sayı:77

“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək İyunun 18-də saat 15.30-da Bakı şəhəri Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirən sərgi təşkil ediləcək. Tədbir çərçivəsində yaradıcılıq festivalda fəal iştirak edən regional mədəniyyət idarələri, sənətkarlar, musiqi kollektivləri, incəsənət ustaları, habelə festivalın təşkilinə yüksək dəstək göstərmiş rayon-şəhər icra hakimiyyətləri mükafatlandırılacaq. Bədii hissədə nazirliyin regional idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə bu il ikincisi gerçəkləşən festivala martın 28-də Gəncə şəhərində start verilib. Nazirliyin 15 regional idarəsinin hər birini əhatə edən festival daha sonra 29 mart tarixində Ağstafa, 5 apreldə Ağdaş, 11 apreldə Saatlı, 12 apreldə Neftçala, aprelin 17-də Ağcabədi, aprelin 18-də Tərtər, 25 apreldə Xaçmaz, 26 apreldə Abşeronda (Xırdalan şəhəri) gerçəkləşib. Daha sonra festival tədbirlər 2 may tarixində Lerik, 3 mayda Masallı, 10 mayda Kürdəmir, 11 may tarixində Şəmkir, 16 mayda Şamaxı və 21 mayda Balakən rayonlarında keçirilib.

Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olunub.

Xatırladaq ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” ilk yaradıcılıq festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...