Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

Tarix:10-05-2019, 12:47 Baxış Sayı:117

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək İyul-avqust ayları ərzində füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəydə respublikamızda ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.

Həmin aylar ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq Yurdu” adlı etnoqəsəbənin yaradılacağı nəzərdə tutulub.

Etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı ( kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılacaq.

Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq. Yorğa at yarışları (müxtəlif məsafələrdə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (Kəmər güləşi) keçiriləcək.

Bununla yanaşı, atlar üzərində igidlik, atüstü milli oyunlar (Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırma, zorxana, kəndirbazlıq, oxatma kimi maraqlı oyun və yarışlar təqdim ediləcək.

Festivalda qonaqlar və turistlər arasında masa (ağacçəkmə) güləşi, Arkan (kəndir) dartma, nərd yarışı, “çuvalqaçdı” kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. “Yaylaq bir gün” adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər.

Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və sair kimi şərait yaradılacaq.

Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara, maraqlı yerlərə atla gəzintilər, səyahətlər təşkil ediləcək. “Alman izləri” adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...