Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

“Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu” – Telman Adıgözəlovun oğlu - VİDEO

Tarix:6-05-2019, 15:53 Baxış Sayı:102

“Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu” – Telman Adıgözəlovun oğlu - VİDEO ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum xalq artisti Telman Adıgözəlovun həyatından danışılıb.

Xalq artistinin sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

Hacı İsmayılov - Xalq artisti: "Telman adı kimi özü də gözəl idi. Biz ona adı gözəl, özü gözəl Telman deyirdik. Həmişə insanlara qəribə əhval ruhiyyə bəxş edərdi”.

Tural Adıgözəlov – Oğlu: "Hər bir insanla ünsiyyət qura bilirdi. Atam çox sadə, səmimi, hər şeyin yerini bilən ciddi biri idi. Onun üçün həyat tamaşası daha vacib idi. Uşaq vaxtı Balakəndə yıxlıb qolunu yaralamışdı. Nənəm onu çimizdirəndə qolundakı yara başlayıb çirk etməyə. Həkimə aparıblar müalicə ediblər amma qolu sağalmayıb. Deyiblər qolu çürüyəcək.

Balakənin də torpağı rütubətli olduğu üçün sırf atamın qoluna görə Bakıya köçüblər. Bakıya köçməkləri də bir qismət imiş. Atam gəlib Bakıda aktyor oldu. Övladlarının heç bir xeyir işini, nəvələrini görə bilmədi. O vaxt köhnə maşın nömrəsi uzun müddət 57, 00 olub. Ölüm tarixi ilə təsadüf edir. Amma sırf 57 rəqəmindən qorxduğu barədə özündən heç nə eşitməmişəm”.

Cavid Telman – Tələbəsi: "Telman müəllim dərs başlayandan bitənə qədər bizə sadəcə dərsi deyil eyni zamanda həyat dərsini də öyrədirdi. O, heç vaxt heç kimin xətrinə dəyməzdi”.

Səfa Mehdi – Tələbəsi: "Məncə o özünü həyatda aktyor saymırdı. Həyatda yaxşı insan, səhnədə isə yaxşı aktyor idi. Məncə o fərqləri bilən adam idi. İnanmıram ki, o hansısa yerdə aktyorluq edərdi”.

Samir Adıgözəli – Qohumu: "Telman Adıgözəlov əgər aktyor olmasaydı bu gün o tanınmış ictimai xadim olardı”.

Qeyd edək ki, Telman Adıgözəlovun vəfatından 9 il ötür.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...