Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

“Nəsimi ili” ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub

Tarix:5-04-2019, 16:29 Baxış Sayı:133

“Nəsimi ili” ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan bildirilib ki, müsabiqənin məqsədi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq bu mövzuda jurnalist araşdırmalarını və yazılarını stimullaşdırmaqdır.

Müsabiqə “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusuna həsr olunub.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalı və jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda, saytlarda yerləşdirilməlidir.

Yazıların qəbulu aprelin 8-dən iyunun 28-dəkdir.

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.

Qaliblər, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...