Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tarix:2-04-2019, 11:12 Baxış Sayı:122

Tanınmış azərbaycanlı rejissor vəfat etdi
Rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib.
Mərhumun oğlu Kamal Almuradlı “Report”a bildirib ki, atası bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun sözlərinə görə, R.Almuradlı ürək çatışmazlığından əziyyət çəkirmiş: “Atam Sumqayıtda dəfn olunacaq. Vida mərasiminin harda olacağı hələ dəqiq deyil”.

Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.

Tanınmış azərbaycanlı rejissor vəfat etdi


1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaradıb.

1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm”, 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin “Bayramın birinci günü”, 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olub.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri kimi çalışıb.

1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun “Dəlinin qeydləri”, 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərin, 1993-1995-illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümud” bədii filminin müəllifidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...