Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım" — Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDI

Tarix:28-03-2019, 14:58 Baxış Sayı:108

"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım" — Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDI Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Hicran Nəsirova "İtkin gəlin" seiralında oynadığı Dünya obrazının tarixçəsindən danışıb.
"Şou ATV" verilişinin qonağı olan aktrisa bildirib ki, obraz ona həvalə edilərkən əvvəlcə etiraz edib:

"Heç vaxt ağlıma gəlməzdi ki, "İtkin gəlin"də Dünya obrazını oynayaram. Amma içimdə həmişə oxumaq, müğənni olmaq istəyi olub. Evdə oxuyurdum, səsimi atırdım başıma. Amma adam yanında oxumağa utanırdım. İllər keçdi, təsadüf nəticəsində aktyor sənətinə gəldim. İnstituta daxil olanda yüksək bal toplamışdım. Rektorumuz Rahib müəllim xəbər göndərdi ki, rejissor kursunda adam azdır, bəlkə ora keçsin? Bilirsiz, kimsəsizlik adamı sıxır. Yuxarı kursun uşaqları mənə dedilər ki, cəmi üç nəfər qəbul olur, səni sıxışdıracaqlar. O qorxudan rejissorluğa getmədim. Eləcə də dram kino aktyorluğunu oxudum və bitirdim. 1983-cü ildə "Evləri köndələn yar"a, 1993-də "İtkin gəlin"ə çəkildim. On ildən bir uğurlu rolum olur. Günlərin birində Lütfi Məmmədbəyov məni çağırdı, pyesi atdı qarşıma, dedi ki, apar oxu. Soruşdum ki, pyesdə nəyə fikir verim? Dedi ki, sən oxu, sabah deyəcəyəm. Səhəri gün gəldim ki, mən romanı oxumuşam, burada nəyi oynayacağam? Dedi ki, Dünyanı oynayacaqsan. Mən də içimdə özümü Əfsanəyə daha yaxın bilirdim. Dedim ki, mən hara, Dünya hara? Özüm də ailəli adamam. Dedi ki, oynayacaqsan. Yolda əsərin müəllifi Əlibala Hacızadəylə rastlaşdıq, Lütfi müəllim dedi ki, Dünyanı bu qız oynayacaq. Əlibala müəllim dedi ki, bu qara qız oynayacaq? O da Dünyanı əsərdə başqa cür yazıb. Lütfi müəllim dedi ki, sən onu rolda görərsən. Evə gəldim, rəhmətlik qaynanama dedim ki, Dünya rolunu veriblər, bəs mən bunu necə oynayım? Soruşdu ki, oynaya bilərsən, ya yox? Dedim, oynamağa canını da alaram e, amma çəkinirəm. Yoldaşımdan, qaynımdan çəkinirdim. Rol bir az sürüşkən idi. Dedi ki, oynaya biləcəksənsə, get oyna, arxanda dayanmışam. Ürəkləndim və həmin rolu oynadım. Qaynanam özü sənətşünas idi".

Qeyd edək ki, Lütfi Məmmədbəyovun quruluş verdiyi "İtkin gəlin" Azərbaycanın ilk serialı hesab edilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...