Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Sehrli çubuğun qüdrəti...

Tarix:4-02-2019, 10:36 Baxış Sayı:92

Sehrli çubuğun qüdrəti... Firuz MUSTAFA

Niyazi cavanlığında peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu olmuşdu. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü daim ağır “yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi...

Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: “Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun “Koroğlu” operası İstanbulda, Hacıbəyovun “Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. Iki “Koroğlu” bir qılıncla vuruşurdu. Bu “qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda Niyazinin İstanbul səhnəsində səhvən Ü.Hacıbəyovun “Koroğlu” opersına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli opreranın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.
Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. Bu mükafatlar sırasında biri də vardı: Ermənistanın xalq artisti. Onu bu fəxri adı ermənilər 1962-ci ildə vermişdir – o vaxt Niyazinin 50 yaşı vardı. Həmin “diqqəti” xatırlamaqda məqsədim var. Məsələ burasındadır ki, bizim qonşular dünyada mövcud olan yaxşı nə varsa hamısına sahib olmaq şakərinə mübtəladırlar, o cümlədən, qiymətli incəsənət nümunələrinə. Ermənilərin bizim bir çox musiqi nümunələrini “özününkülışdirmək” cəhdi də sirr deyil. Bildiyimiz kimi, onlar bizim nəinki xalq mahnılarımıza, hətta, klassik və müasir musiqi nümunələrimizə belə “müəlliflik” iddiası irəli sürürlər. İş o yerə çatıb ki, bu xəstə təfəkkürlü qonşular Üzeyir bəyin “Arşın mal alan” əsərinə də erməni “yarlıkı” vurmaq istəyirlər. Hələ 50-ci illərdə mərhum Rəşid Behbudovun böyük populyarlıq qazandığı dövrdə qonşularım onun “erməni musiqisi platformasının” üzərində ucaldığı barədə şayilələr, sayıqlamalar yayırdılar. Niyaziyə göstərilən “diqqətin” əsasında da belə bir erməni hiyləsi, erməni məkri gizlənmişdi. Və qəribədir ki, sonralar bu hiylə öz “bəhrəsini” verdi.
Niyaziylə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın alı təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina etdilər. Niyazi əsəbləşib Yerevan Konservatoriyasına üz tutmalı oldu. Dünya şöhrətli maestronun məhz Yerevan Konservatoriyasının yetişdirməsi olduğunu sübut edən faktdan gözəl nə oola bilərdi?!. Bu, Niyaziyə diplom verən məktəb üçün böyük şərəf idi. Bu, ermənilər üçün göydəndüşmə bir təsadüfdü. Bu, erməni musiqiçisinin, erməni xalqının imicinun formalaşmasında yeni bir pillə idi... Nə yazıqlar ki, biz çox vaxt öz istedadlarımızın hansısa ada layiq olduqlarını başqaları təsdiq edəndən sonra etiraf edirik...
Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazıımdır ki, diplom almaq Niyazi üçün “texniki” bir məsələ idi. Qeyd. Niyazinin “diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist S.Quliyevanın ətraflı araşdırması “Mədəniyyət” qəzeyində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.
Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdı Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub.
Niyazinin ailə həyatının qurulması, həm birinci və həm ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur kumık aktrisası, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənmiş, bir müddət sonra hansı səbəbdənsə bu ailə ocağı dağılmışdır.
Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Makaçqalada tanış olmuşdur. Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi. Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermirlər. Belə olan təqdirdə cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...
Mən Niyazinin özünü həyatda görməmişdən əvvəl onu ayrı cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böybuxunu haqda ilkin təsəvvürlər dəyişsə də hər kəs etiraf edə bilər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi...
Xatırmdadır, Sovet hökumətinin hökmlü vaxtı, 80-lərin əvvəllərində Qazax rayonuna sosioloji tədqiqat aparmağa getmişdik. Bu işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. “Mərkəzdən” gələn qrupa Moskvadan gələn gənc bir “Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi. Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan “məhsul bayramı” ərəfəsi idi. (Səhv etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi “qonaq evində” yerləşdirməyə gətirdilər. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin “evdə” məskunlaşıbmış. Yeni “qonaqların”, yəni bizim gəişi ilə bağlı onun özünün və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müçayətşimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi “yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə “yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün “çeşidli” sözlərlə söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz “mərkəzdəngələnlərə” Niyazinin kim olduğunu izah edəndən sonra onlar “ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü “hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...
Niyazinin istedadi bir çox dahi bəstəkaları riqqətə gətirmişdi. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov yüksək qiymətləndirirdilər.

Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...