Anons

Dünən, 18:00- Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

Dünən, 17:24- Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Dünən, 14:06- #Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Dünən, 13:48- Dünyanın bu 9 ölkəsində koronavirus yoxdur – SİYAHI

Dünən, 12:04- Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

5-04-2020, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

4-04-2020, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

4-04-2020, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

4-04-2020, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

4-04-2020, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

4-04-2020, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

Haqqımızda Əlaqə

Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb

Tarix:16-05-2018, 12:14

Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib.

Muzeydən Trend-ə verilən məlumata görə, tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.

“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.

Foruma çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir: “Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir".

"Avropanın ən yaxşı muzeyi" (EMYA) mükafatı Avropa Muzey Forumunun (EMF) əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...