Anons

Bu gün, 15:51- Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb

Bu gün, 15:38- Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

Bu gün, 15:29- Kürdəmirdə ana və körpəsinin ölümünün TƏFƏRRÜATI

Bu gün, 15:16- Koronavirusdan şübhələnən vətəndaşların nəzərinə! XƏBƏRDARLIQ

Bu gün, 15:07- Martın 12-14-də VIII Qlobal Bakı Forumu keçiriləcək

Bu gün, 14:55- Abdullah Avcı “Fənərbaxça”ya, Ərsun Yanal Azərbaycan millisinə keçə bilər

Bu gün, 14:43- Azərbaycanda qiymətli metalların hasilatı artıb

Bu gün, 14:34- Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

Bu gün, 14:21- Digər dillərdə oxumaq istəyənlər üçün 1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıldı

Bu gün, 14:12- Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

Bu gün, 13:57- 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu gün, 13:50- İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

Bu gün, 13:19- Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 13:10- Keçən il Azərbaycana 547 avtobus gətirilib

Bu gün, 12:55- Bakı Nəqliyyat Agentliyi “Smart Building 2020” sərgisində iştirak edib

Bu gün, 12:42- Avtomobil Nəqliyyatı Xidməti: Avtobus parkının yenilənməsi ilə bağlı təkliflər paketi hazırlanıb

Bu gün, 12:34- "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim saxlanıldı

Bu gün, 12:12- İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

Bu gün, 10:23- “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

Bu gün, 10:05- Azərbaycandan İrana gedən avtobusların işində dəyişikliklə bağlı AÇIQLAMA

Haqqımızda Əlaqə

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib

Tarix:24-04-2018, 14:17

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib Azərbaycanın turizm imkanları və mədəniyyətinin Bolqarıstanda təbliği məqsədilə aprelin 19-21-də Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgi zamanı stendi ziyarət edənlərə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib.

Sərginin açılışında iştirak edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar. Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.

Sərgiyə paralel olaraq Bolqarıstanın Turizm nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (İnternational Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-ci Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib. Festivala AR Mədəniyyət nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilib. Reklam çarxı festival çərçivəsində keçirilmiş müsabiqədə “Korporativ Turizm Filmi” kateqoriyası üzrə ölkənin lakonik və dinamik təqdimatına görə mükafatlandırılıb. Reklam çarxı “Korporativ Turizm Filmi” nominasiyası üzrə mükafata təqdim edilmiş 11 namizəddən 10 münsifdən ibarət heyət tərəfindən seçilmiş 3 qalib sırasında olub. Festivalda həmçinin təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət və inanc və adət-ənənələr kateqoriyaları üzrə də mükafatçılar müəyyənləşdirilib. Filmlər 3 gün ərzində festival çərçivəsində Veliko Tirnovo şəhərinin sakinləri və qonaqlarına təqdim edilib.

15-ci “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...