Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

"Android" mobil cihazları üçün yeni təhlükə aşkarlanıb

Tarix:17-12-2021, 15:36

"Android" mobil cihazları üçün yeni təhlükə aşkarlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları “Android” cihazlarda “SMS” vasitəsilə yayılan və istifadəçilərin fərdi məlumatlarını ələ keçirən “FluBot” zərərverici proqramı ilə bağlı xəbərdar edir.

ETX-dən verilən məlumata görə, belə ki, istifadəçinin cihazının yoluxdurulması üçün ilk öncə telefonuna mətnində ona sifariş verdiyi bağlamanın çatdığı, şəxsi şəkillərinin başqa şəxs tərəfindən ələ keçirildiyi, istifadəçiyə mobil operatordan mesaj gəldiyi, cihazının zərərverici ilə yoluxduğu bildirilən və digər məzmunlu SMS göndərilir.

SMS-lərin mətni fərqli olsa da, bütün hallarda istifadəçidən mesajda göstərilən keçidə daxil olmaqla hər hansı tətbiqi yükləməsi və ya təhlükəsizlik yeniləməsini tətbiq etməsi tələb edilir.

“FluBot” istifadəçilərin əsasən bank və kredit məlumatlarını, telefonda saxlanılan şifrləri, fərdi məlumatlarını ələ keçirməyi hədəfləyir. Bundan əlavə, yoluxmuş cihazın kontakt siyahısında olan şəxslərə istifadəçinin adından saxta mesajlar göndərilir və zərərverici proqram daha çox cihazı yoluxdurur.

Bu növ kiberhücumdan qorunmaq üçün, belə mesaj aldıqda heç bir halda göstərilən keçidlərə daxil olmamaq, tətbiqi və ya təhlükəsizlik yeniləməsini quraşdırmamaq, alınan mesajı isə Elektron Təhlükəsizlik Xidmətinə göndərmək və daha sonra silmək tövsiyə olunur.

Vətəndaşlar keçidə daxil olduğu təqdirdə, lakin hər hansı tətbiqi yükləmədiyi halda cihaz yoluxmaya bilər. Buna baxmayaraq, təhlükəsizlik tədbiri kimi bütün onlayn hesabların şifrələrini dəyişmək gərəkdir.

Keçidə daxil olub tətbiq yüklənilibsə, mümkün qədər ən qısa müddətdə mobil cihazı zavod parametrlərinə sıfırlamaq zəruridir. Bu proses zamanı telefonda olan bütün məlumatlar, o cümlədən fərdi məlumatlar silinəcək. Zərərli tətbiq quraşdırıldıqdan sonrakı tarixə olan ehtiyat nüsxələr bərpa edilməməlidir. Bütün onlayn hesablar üçün şifrlər dəyişdirilməli, yoluxan cihazda bank tətbiqindən və ya bank hesabından istifadə olunduğu təqdirdə isə dərhal bankla əlaqə saxlamaq tövsiyə olunur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...