Anons

17-09-2021, 17:00- “Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı

17-09-2021, 16:37- Azərbaycanda 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

17-09-2021, 16:06- Bakı Musiqi Akademiyasının əməkdaşlarına Prezidentin fərdi təqaüdləri verildi

17-09-2021, 15:45- Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? - AÇIQLAMA

17-09-2021, 15:18- Uşaqlara qarşı zorakılıqla bağlı cəzalar sərtləşdirilir

17-09-2021, 14:54- Xarici diplomların tanınması qaydası dəyişir

17-09-2021, 14:22- Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olunub

17-09-2021, 14:00- Bolqarıstandan Azərbaycana bəzi məhsulların idxalına qoyulan qadağa götürülüb

17-09-2021, 13:33- Səyyad Əlizadə EKMO cihazına qoşulub, vəziyyəti ağırdır

17-09-2021, 13:07- DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi – Qarşısı alınacaq

17-09-2021, 12:46- Sabah 30 dərəcəyədək isti olacaq

17-09-2021, 12:19- Azərbaycanda oktyabrdan təhsil tələbə kreditlərinin verilməsinə başlanacaq

17-09-2021, 11:51- Avqustda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

17-09-2021, 11:25- Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama

17-09-2021, 11:00- Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17-09-2021, 10:32- "Qarabağ" Konfrans Liqasında ilk matçını keçirib

17-09-2021, 10:08- Bakıda köhnə binalarda mənzillər ucuzlaşır – SƏBƏB

16-09-2021, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16-09-2021, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

16-09-2021, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Haqqımızda Əlaqə

“Hubble” teleskopu Qanimedin atmosferində su izi aşkar edib

Tarix:27-07-2021, 12:00

“Hubble” teleskopu Qanimedin atmosferində su izi aşkar edib
“Hubble” orbital teleskopu ilk dəfə olaraq Qanimedin (Yupiterin ən böyük peyklərindən biri) atmosferində su buxarı izinin olduğunu müəyyən edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunun nəticəsində alimlər Qanimedin atmosferinin necə yarandığını təxmin ediblər. Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, Qanimedin seyrək atmosferi onun səthindəki buzun Günəş şüalarının və yüklü hissəciklərin təsiri altında daim buxarlanması nəticəsində meydana gəlib. Lakin müşahidələr göstərib ki, onun atmosferində oksigen var, su isə yoxdur. “Hubble” teleskopunun məlumatlarında onun izi ilk dəfə aşkarlanıb.

Alimlər Qanimedin seyrək atmosferinin olmasını çoxdan bilirlər: onun izini “Hubble” 1998-ci ildə kəşf edib. Teleskop Qanimedin ətrafında çoxlu miqdarda oksigen ionları aşkarlayıb. Alimlər güman edirdilər ki, su molekulları onun mənbəyi ola bilər. Lakin sonralar Qanimedin atmosferində su izi tapılmayıb.

Cənub-Qərb Tədqiqat İnstitutundan (ABŞ) Kurt Rezerfordun rəhbərliyi ilə astronomlar Qanimedin 2018-ci ildə bir neçə saat Yupiterin kölgəsində olduğu vaxt aparılmış müşahidələrin nəticələrini analiz ediblər. Onları “Hubble” teleskopunun əvvəlki illərə aid məlumatları ilə tutuşduran alimlər Qanimedin spektrindən oksigen siqnalını “pozublar” və nəticədə peykin spektrində “su” xəttini görüblər. Əvvəllər onu oksigen inolarından olan daha güclü siqnal boğurdu.

Alimlər Qanimedin atmosferində suyun konsentrasiyasını qiymətləndiriblər və təxmini kütləsini ölçüblər. Həmçinin aşkar ediblər ki, peykin işıqlı və tünd tərəflərində su buxarının konsentrasiyası son dərəcə fərqlənir. Günəş tərəfdə Yupiterin peykinin hər kvadratsantimetrinə 30 nanoqram düşüb, əks tərəfdə isə əsla olmayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...