Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Tibb elmində inqilab edən DAHİLƏR – Hippokratdan bu yana…

Tarix:19-02-2020, 13:17

Tibb elmində inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar.

Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Xəstəliklər bəşər tarixində rol oynamağa başladığı vaxtdan etibarən insanların bəziləri müxtəlif yollarla özünü müdafiə etmək üçün fəqli üsullar axtarmağa çalışıblar. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələrindən etibarən formalaşmaqdadır. Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib:

Hippokrat – “Tibbin atası” piyi istənilən xəstəliyin mənbəyi hesab edirdi. Buna görə ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət görürdü. Aloya Hippokratın sevimli bitkisi idi. O bəzi xəstəlikləri ilk dəfə izah etdi . Bu xəstə barmaqlar" xəstəliyi "dir ki, Hippokrat barmaqları" da adlanır. Çünki Hippokrat bu xəstəliyin tərifini ilk dəfə verənlərdəndir. Təsvir etdiyi digər xəstəliklər; "ağciyər xərçəngi", "ağciyər iltihabı", "siyanotik ürək xəstəliyi" və s.

Qalen – Dövrününü məşhur həkimi kimi tanınıb. Qalen Roma əsilzadələrini müalicə edir və imperator Mark Avrelinin saray həkimi kimi uğur qazanıb. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə edib. Onlardan Avropa təbibləri 1300 il faydalanıblar. O, həmçinin farmakologiya elminin əsaslarını qoyub. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynayıb.

İbn Sina – Yaxın və Orta Şərqin məşhur həkimidir. İbn Sinanın yazdığı "Təbabət elminin qanunu" kitabı Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilib. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşdırıb:

1) Qidaya;
2) geyimə;
3) burun vasitəsilə düzgün nəfəs almağa;
4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa;
5) xasiyyətini tarazlamağa;
6) bədənini "lazımsız tullantılardan" təmizləməyə;
7) fiziki və əqli aktivliyə.
Robert Kox- İnfeksional xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplayıb. Xüsusilə də, vəba xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər əldə edib. O, Volşteyn şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərərkən Sibir xorasının müalicəsi ilə bağlı xeyli elmi-təcrübi eksperimentlər aparıb. Bu xəstəliyin iribuynuzlu mal-qara arasında yayıldığını aşkarlayıb, nəticədə ağciyərin kəskin formada iltihab keçirdiyi qənaətinə gəlib.

"Patogen orqanizmlərin öyrənilmə metodları" adlı elmi iş nəşr etdirib. Bu əsərdə bakteriyaların yetişdirilməsi üçün bir sıra yeni elmi üsullar təqdim olunub. 1882-ci ildə isə o, vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar edib. Kox, vərəmin müalicəsilə bağlı tədqiqatlarını davam etdirib, beləliklə tuberkulin adlı yeni maddə aşkarlayıb. Bu maddə vərəm mikroblarından alınırdı və vərəm xəstəliyinin müalicəsində istifadə zamanı müsbət nəticələrə gətirib çıxarırdı.

Lui Paster - o quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib. Pasterin xəstəliklərin qarşısının alınması üçün Pyer Roksla apardığı araşdırmalar nəticəsində peyvənd hazırlanmışdı. Paster bu üsulu ilk olaraq dovşanlar üzərində sınadı. Daha sonra peyvəndin quduz xəstəliyinə təsirini araşdırmaq üçün 11 itlə sınaq keçirdi. 6 iyul 1885-ci ildə quduz bir it tərəfindən dişləyən 9 yaşlı Cozef Meisterə quduz peyvəndi tətbiq etdi və onu sağaltdı.

Ceyns Parkinson - Sinir sistemi xəstəliyini dünyaya tanıtdırmaqla tarixə düşüb. Parkinsonun "xəstə hərəkətsiz hətta hardansa tutub yeriyərkən əzələ qüvvələri ilə birlikdə həmdə istəmsiz titrəmələri, gövdəni qabağa əymə və gəzməkdən ani olaraq qaçışa keçmə, duyğulara və ağıla aid hər hansı bir zehni pozğunluq” kimi halların 50-60 yaşında ortaya çıxdığını və xəstənın əzələlərin sərtliyi səbəbindən ümumi bir yavaşlama yaşadığını ortaya qoyub. Kəşf etdiyi sinir xəsətliyi məhz onun adı ilə elmdə Parkinson xəstəliyi deyə tanınır.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...