Dünən, 20:46- Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"
Dünən, 17:09- Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir
Dünən, 16:54- Diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb
Dünən, 16:45- Vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməli qoyulub
Dünən, 16:33- Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir
Dünən, 16:21- Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM
Dünən, 16:12- Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb
Dünən, 15:59- Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
Dünən, 15:47- Yeni peyvənd növü gəlir - Xərçəng, diabet və Alzaymerə qarşı
Dünən, 15:38- Vilayət Eyvazovdan yeni təyinat
Dünən, 15:26- Rusiya olimpiadalarda və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib
Dünən, 15:19- II Xəzər İqtisadi Forumunun keçiriləcəyi şəhər müəyyənləşib
Dünən, 14:44- Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb
Dünən, 14:21- “Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi
Dünən, 14:12- Yağıntılı hava şəraiti sabah da davam edəcək
Dünən, 13:58- “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir
Dünən, 13:37- Bakıda yeni nəhəng Mall tikiləcək
Dünən, 13:25- “Birminhem” “Qarabağ”ın qapıçısı üçün “Bornmut”la danışığa başlayıb
Dünən, 13:13- DİN: Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı materiallar prokurorluğa göndərilib
Dünən, 13:04- “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq?
O, bir günə bir dil öyrənirdi, həftəyə isə cəmi 20 dollar qazanırdı
O, intellektual səviyyəsinə görə bəşər tarixinin ən ağıllı insanı hesab olunur. Belə ki, IQ əmsalı 250-300 arası hesab olunan yəhudi əsilli Vilyam Ceyms Sids həm də dünya tarixinin ən ziddiyyətli şəxslərindən biri sayılır.
Tarixin ən ağıllı insanı sayılan və hətta bir günə bir dil öyrənə bilən Vilyam Sids haqqında maraqlı faktları təqdim edir:
Qərbə mühacir edən rus yəhudisinin övladı Vilyam Ceyms Sids hələ 6 aylıq olarkən əlifbanı öyrənib, 18 aylığında isə “Nyu York Tayms” qəzetini mütaliə etməyi bacarıb.
2 yaşında latın, 3 yaşında yunan dilini öyrənən Sids 8 yaşına çatanda artıq rus, ingilis, fransız, urdu, alman, latın, yunan, dillərində təmiz danışa bilirdi.
O, orta məktəbdə birinci sinfi bir günə, ikinci sinifi 3 günə, üçüncü sinifi bir aya, dördüncü sinifi bir həftəyə, beşinci sinifi 15 həftəyə bitirib başa çatdırır.
Bütün bunların ardından cəmi 11 yaşında dünyanın ən nüfuzlu ali məktəbi olan Harvard Universitetinə daxil olur. Hələ tələbə ikən universitetin professorlarına dörd ölçülü obyektlər barəsində mühaziə oxuyur.
16 yaşında ikən Harvardın Hüquq fakültəsinə daxil olub. Bu hadisə fenomenal zəka sahibinin bütün həyatını dəyişib. Amma 20 yaşında kommunist ideyalarının əsirinə çevrilir. Siyasətə meyl onun bütün sonrakı uğurlarının üstündən xətt çəkir. Belə ki, çox keçmir Vilyam Ceyms Sids siyasi və atesit dünyagörüşünə görə həbs olunur. Yalnız ailəsinin nüfuzu sayəsində həbsdən qurtularaq ev dustağı şəraitində yaşayır. Amma bu fakt ailəsinin və yaxınlarının ona olan güvənini və ümidlərinin itməsinə səbəb olur. Sonradan atası da etiraf edəcək ki, bənzərsiz istedada sahib olan oğlu heç bir uğura çata bilmədi.
Sids 40 dil bilməsinə baxmayaraq cəmi 4 ortabab kitab yazır. O, kitabların da uğursuzluğundan sonra tamamilə elmdən uzaqlaşıb. Həftəsi 20 dollara ucuz bir yazıxanada katib kimi çalışıb. 46 yaşında vəfat edən Vilyam Kids ömrünün sonuna qədər elmə yaxın getməyib.
O, ölərkən uşaq vaxtı Sidsin heyranı olan Amerika mediası onu demək olar ki, yad etmədi. Çünki onların da fikrincə, bir günə bir dil öyrənmə potensialına malik olan Vilyam Sids bəşəriyyətin inkişafı naminə siyasətə və psixoloji depressiyaya baş qoşmamalı idi.