Anons

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Bu gün, 11:10- Bu ərazilərdə qaz təchizatı dayandırılıb

Bu gün, 10:56- BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Haqqımızda Əlaqə

Atlantidanın məhvinə səbəb nə olmuşdur?

Tarix:4-08-2018, 00:36 Baxış Sayı:5 476

Atlantidanın məhvinə səbəb nə olmuşdur? Bu yaxınlarda televiziya kanallarının birində Atlantida haqqında maraqlı veriliş gedirdi. Verilişdə ən qədim sivilizasiyaların mövcudluğu və məhv olma səbəbləri izah edilirdi. Şifahi və yazılı mənbələr təhlil edilir, elmi yolla araşdırılırdı. Mənim üçün də çox maraqlı idi ki, görəsən Atlantida harada mövcud olmuşdur? Suala düzgün cavab vermək çətin olduğu üçün onu fikrimdən çıxarmağa çalışdım, lakin özümlə bacarmadım. Ona görə də Atlantida haqqında mənə məlum olanları qeyd etmək qərarına gəldim. Məsələnin çətinliyi onunla əlaqədardır ki, yazılı məlumatlar çox azdır. Alimlərin fikir və mülahizələri bir-biri ilə ziddiyyət təşkil edir. Həqiqəti əks etdirmir. Atlantida bəşəriyyətin ən qaranlıq səhifələrindəndir.
Atlantida haqqında hər hansı fikir söyləmək üçün aşağıdakı suallara düzgün cavab tapılmalıdır:
1. Ümumiyyətlə, Atlantida mövcud olmuşdurmu?
2. Coğrafi mövqeyi necə idi?
3. Ərazisi hansı böyüklükdə olmuşdur?
4. Onun üzərində yaşamış canlı orqanizmlərə hazırda rast gəlmək mümkündürmü?
5. Nəhayət, Atlantida necə və nəyin nəticəsində məhv olmuşdur?
Dərsliklərdə və elmi kitablarda Atlantida haqqında çox az məlumatlara rast gəlmək mümkündür. Hörmətli alimlərin fikir və mülahizələri isə bir-birindən tamamilə fərqlənir. Oxuculara aydın olması üçün müxtəlif mülahizələrə öz düşüncələrinə əsasən izah etməyə çalışacağam.
Elmi kitablarda qeyd edilmişdir ki, Atlantida 10-12 min il əvvəl Atlantik okeanında mövcud olmuşdur. Cəbəlüttariq boğazından qərbdə yerləşən adanın üzərində Atlantlar tayfası yaşamışdır. Mülahizələrə əsasən buranın əhalisi qüdrətli və mədəni, torpaqları isə məhsuldar olmuşdur. Qəflətən baş vermiş zəlzələ nəticəsində ada tamamilə su altında qalmışdır. Bütün bunlar sübut olunmamış fikirlərdir. Atlantidanın həqiqətətn mövcud olub-olmaması məsələsi elmi yolla hələ də həll edilməmişdir. Yeganə məlumat Platonun (Əflatunun) özündən qabaqkı şifahi məlumata əsaslanaraq yazdığı “Timey” və “Kritey” dialoqlarıdır. Kitablarda qeyd edilmişdir ki, deyilənlərə görə Atlantida 9000 il əvvəl dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olmuşdur. Bu məlumatlardan belə çıxır ki, Atlantida bizim eradan əvvəl 9500-cü ilə qədər mövcud olmuş, təxminən bu tarixdə də məhv olmuşdur. Bəzi tədqiqatçılar Platonun fikirlərini həqiqət hesab etmirlər. Onu Platonun təfəkkürünün məhsulu kimi qəbul edirlər. Yer kürəsinin quruluşu həmin dövrlərdə tam dəqiqliyi ilə elm adamlarına məlum ola bilməzdi. Ancaq Platonun yazdıqlarına əsasən belə bir fikir söyləmək mümkündür ki, Amerika qitəsinin mövcudluğu məlum imiş. Filosof Atlantida haqqında qeydlərini belə yekunlaşdırır:
“Dəhşətli zəlzələ və subasma nəticəsində bizim ordumuz bir gün və bir gecə ərzində torpağa batdı. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur.”
Platona görə Atlantidanın sahəsi Asiya qitəsinin sahəsindən böyük olmuşdur. Adada yaşayanlar dəniz və zəlzələlər tanrısı Poseydonun soyundan gələn kralların qurduğu ittifaq tərəfindən idarə olunurdu. Həmçinin adada ayrı-ayrı krallar tərəfindən idarə olunan şəhər dövlətlər də var idi. Ancaq bunların içində ən möhtəşəmi paytaxt şəhəri idi.
Atlantların yaşadıqları ərazini Platon öz əsərində dəqiq məkan göstərməyib. O, yalnız indiki Cəbəllütariq boğazının ətrafını nişan verməklə kifayətlənib. Bəzi alimlərin dediyinə görə Atlantida Atlantik okeanından Aralıq dənizinə qədər paralel istiqamətdə uzanan geniş əraziyə malik olmuşdur. Bəzi araşdırmaçılar Atlantik okeanında yerləşən Azor və Kanar adalarının Atlantidanın qalıqları oluqlarını qeyd edirlər. Hətta dünyanın hər yerində Atlantidanın qalıqlarının olduğunu iddia edənlər də var. Antarktida, İrlandiya, İspaniya, Cənubi Çin dənizi, Amerika qitəsi, And dağları, hətta Dominikan Respublikasında yerləşən bir gölü də bu əraziyə aid edilir. 1882-ci ildə Donelli “Tufandan əvvəlki dünya Atlantida” adlı kitabını nəşr etdirir. Donelliyə görə Atlantida yer üzündəki cənnət, yunan tanrılarının vətəni imiş. Donelli öz kitabında Atlantidanın Azor adalarının yaxınlığında yerləşdiyini qeyd etmişdir. Daha geniş yayılmış fərziyyəyəy görə Santorini adasında vulkan püskürməsi nəticəsində Atlantida məhv olmuşdur. Bir çox müasir fərziyyəyə görə mütəxəssislər əfsanə və əsatirlərə istinad edərək, Atlantidanın Mərmərə dənizi sahillərində yerləşdiyini qeyd edirlər.
1553-cü ildə Pedro Syes de Leonanin adlı yazıçı “Perunun xronikası” əsərini çap etdirmişdir. Əsərdə hinduların tarixindən danışılır. Əsərdə yazıldığına görə “Ağ adamlar” Peru ərazisini İspanlardan da əvvəl keçmiş və İnqlərdən əvvəl buranı idarə etmişlər. Burada ən böyük çayın adı Vinyakedir (Vinaque). Bu çayın ətrafında uzun əsrlər boyu mövcud olan çoxlu tikililər vardır. Hindulardan bu haqda soruşduqda onlar saqqallı adamların İnqlərə qədər bu yaşayış məntəqələrini tikdiklərini qeyd edirlər. Bu tikililər digər İnqlərin tikililərindən çox fərqlənirdi. Çünki, onların forması kvadrat şəklində idi. Inqlərin düzəltdikləri tikililər isə nazik və uzun formalı idi. Yazıçının fikrincə, əvvəllər bura özgə insanlar gəlmiş və onlar şüurca inkişaf etmiş olublar ki, bizim onlar haqqında dəqiq məlumatımız yoxdur.
Bu əsərdən sonra bir çox tarixçilər özgə adamlarla maraqlanmağa başladılar. Atlantların Cənubi Amerikada yaşadıqları haqqında bir çox hipotezlər ABŞ yazıçısı Cim Atlenin “Atlantida. Andlar həlli” adlı əsərində ətraflı göstərilir.
1624-cü ildə ingilis alimi və siyasətçisi Fresis Bekon Berulamski “Yeni Atlantida” əsərində Atlantidanın Braziliya ərazisinin ətrafında olması haqqında bir sıra məlumatlar vermişdir. Əsərin nəşr edilməsindən bir müddət sonra fransa kartoqrafı Nikola Sanson tərəfindən Cənubi Amerikanın da daxil olduğu xəritə tərtib edilmişdi. Bu xəritədə Braziliyanın göstərildiyi ərazi Platon qeyd etdiyi Poseydonun ovlaqlarının əyaləti ilə üst-üstə düşürdü. Bu atlasa bənzəyən xəritə 1762-ci ildə Robert Boqudi tərəfindən də tərtib edilmişdir.
Braziliyanın Atlantidanın ərazisində yerləşməsi haqqında fərziyyəni Polkovnik rütbəsini qazanan məşhur ingilis alimi və səyyahı Persi Harrison Tosett (1867-1925) dəstəkləyirdi. Rəvayətə görə portuqal səyyahları 1753-cü ildə Baiya əyalətində məlum olmayan “Ölü şəhər” statusuna malik olan şəhərdə qızıllar axtarışına çıxmışlar. Persi Harrison öz planını “L”, yəni Matu-Qrosu əyalətində yerləşən naməlum şəhər adlandırırdı. Persi Atlantidanın Braziliya ərazisində mövcud olmasını qara bazalt heykəlciyi ilə əlaqələndirirdi. Onun sözlərinə görə bu heykəlciyin nədən yarandığını Britaniya muzeyində çalışan ekspertlər izah edə bilməmişlər. Həmçinin, Persi Braziliyanın Baiya ştatında yerləşən Qonqoçi çayının ətrafında yerləşən rayonlarında bu sivilizasiyaya aid bir sıra qalıqlar tapmışdır. 1925-ci ildə Persi heyəti Sinqo çayı ətrafında ekspedisiya aparmışdır. Lakin onlar bu ekspedisiyadan naməlum səbəbdən geri qayıtmayıblar.
Atlantidanı Bermud üçbucağı ilə əlaqələndirən tədqiqatçılar da vardır. Bermud üçbucağı Atlantik okeanında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılr. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib. Adı çəkilən yer haqda mövcud olan əfsanələrin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlanıb. Əksər insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeyri-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunub. Son iddialara görə isə bütün bu sirli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən baş verirmiş. Yerin altından çıxan təbii qazlar sudan yüngül olduqları üçün səthə doğru yüksəlirlər. Həmin anda suyun dibindən səthə qədər sıxlıq azalır. Həmin vaxt ondan keçən nə varsa dərin bir quyuya düşən kimi sürətlə okeanın dibinə düşür.
Bermud üçbucağının da qədim Atlantida ilə hansısa əlaqəsi olması barədə müxtəlif fikirlər mövcuddur. Məsələ burasındadır ki, həmin ərazidə suyun dibində tədqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, suyun dibində çox iri, nəhəng daşlar vardır. Həmin daşlar elə bil ki, insan əli ilə sıra ilə düzülmüşdür. Daşların kimyəvi oradakı süxurların tərkibindən tamamilə fərqlənir. Bütün bunlar isə yaxın ərazilərdə nə vaxtsa yüksək inkişaf etmiş sivilizasiyanın olmasını sübut edir.
Maraqlı mülahizələrdən biri də Atlantidanın üçüncü Reyxlə əlaqələndirilməsidir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Üçüncü Reyx dövlətində Axtarışında olmuşdur. Hətta bu araşdırmaların tarixi Hitler Almaniyasından əvvəlki illərə, 1900-cü illərə gedib çıxır. Belə ki, Tuli adında gizli bir cəmiyyət ari xalqının varlığını araşdırmaq və onların Atlantida ilə hər hansı bir əlaqəsinin olduğunu sübuta yetirmək üçün axtarışa başlayırlar. Onlar dünyanın bir çox yerində axtarışlar aparsalar da, atlantidanın daha çox Qrelandiya və İslandiya adaları arasında yerləşdiyinə inanırdılar. Hətta Adolf Hitler ikinci dünya müharibəsi illərində Hərbi Hava Qüvvəlrini də bu işə səfərbər etmişdi. Bununla belə tutarlı faktlar əldə olunmayıb. Ümumiyyətlə, Almaniyada Atlantida ilə əlaqədar olan çox müxtəlif fikirlər, mülahizələr və araşdırmalar mövcuddur. Onların izahı isə ayrı mövzudur.
Bəşər tarixinin həm qədim, həm də müasir dövründə bütün elm adamları Atlantidanın müvcudluğuna maraq göstərmiş, fikirlər söyləmişlər. Ancaq heç bir fikir və mülahizələr həqiqəti əks etdirməmişdir. Çünki, hamıya elə gəlir ki, Atlantida heç bir iz qoymadan yox olmuşdur. Lakin, burada da dərk edilməsi çətin olan bir məsələ var. Kainatda heç bir iz qoymadan məhv olma mümkün deyildir. Bunlar mənim öz fikrimdir. Atlantida ilə əlaqədar olan elmi sübutlar var və hamısı mənə tamamilə aydındır. Əslində, onların hamısını izah etmək qeyri-mümkündür.
Müasir dövrdə də Atlantidanı Platonun uydurması kimi mülahizələrə rast gəlmək mümkündür. Hesab edirlər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq, Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da çoxdur. Onların sırasında amerikalı konqresmen İqnatius Loyola Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə “Atlantida-subasma öncəsi dünya” əsərini qələmə alan ABŞ atlantoloqu və yazıçısı İqnatius Donelli hətta “atlantologiyanın atası” kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İqnatius Donelli Platonun rellıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və qədim bəşəri sivilizasiyanın məkanı olub. Çünki, hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim koloniyası Misir olub. Bu səbəbdən də misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb.
Bütün yuxarıda qeyd etdiklərimdən aydın olur ki, Atlantida ilə bağlı olan fikir və mülahizələr bir-birindən tamamilə fərqlənir. Eyni zamanda məlumatlar o qədər çoxdur ki, onların hamısını izah etmək mümkün deyildir.
Atlantida ilə əlaqədar olan fikirlər söyləmək üçün Yerin bir planet kimi formalaşması, onun üzərində materik və okeanların yaranması ardıcıllığı diqqətlə öyrənilməlidir. Üzərində yaşadığımız Yer kürəsin qaz-toz dumanlığından yaranaraq müasir dövrümüzə qədər çox mürəkkəb inkişaf yolu keçmişdir. Onun üzərində materiklər, okeanlar relyef formalarının yaranması çox ciddi qanunauyğunluğun təsiri altında mümkün olmuşdur. Bu qanunauyğunluqlar yalnız dərk edildikdə Atlantida haqqında dəqiq və düzgün fikirlər söyləmək mümkündür. Qeyd etməliyəm ki, Atlantida ilə bağlı olan fikir və mülahizələrin həqiqətə uyğun olanları və olmayanları mənə tamamilə aydındır. Eyni zamanda Atlantidanın necə, harada yaranması və məhv olma səbəblərini qeyd etmək mümkündür. Bunun üçün Yer üzərində ilk quru və su sahəsinin, materiklərin, adaların yaranması ardıcıllığına nəzər salmalıyıq. Atlantida faciəsinin bizim dövrümüzdə baş verib-verməyəcəyini anlamaq üçün bu vacib məsələdir.
Məlumdur ki, üzərində yaşadığımız Yer kürəsinin inkişafı iki mərhələyə ayrılır: planetar və geoloji. Planetar məsələdə Yer qaz-toz dumanlığından yaranmış, planet kimi formalaşmış, nüvəsi və mantiyasının tərkibinə ağır elementlər toplanmışdır. Yer kürə formasını aldıqca onun Günəş və öz oxu ətrafında hərəkəti başlayır. Bu zaman mərkəzdənqaçma və mərkəzəqaçma qüvvələri qarşılıqlı təsir göstərir. Bunun nəticəsində ağır elementlər, dəmir, mis, nikel, plutonium, uran və başqaları nüvədə toplanır. Nisbətən yüngül elementlər alüminium, maqnezium, silisium-oksid isə üst qatlarda, əsasən mantiyada toplanır.
Mantiya və nüvədə sııxılma prosesləri baş vermişdir. Nəticədə burada temperatur artmış, təzyiq yüksəlmişdir. Fiziki-kimyəvi proseslər güclənmişdir. Yerin səthində kütləvi şəkildə lava püskürmələri baş vermişdir. Eyni vaxtda Ayda da buna bənzər püskürmələr baş vermişdir. Ona görə də bu mərhələni Yerin planetar inkişafının “Ay erası” adlandırırlar. Lava Yer səthində soyuyaraq bazal qatın, bu isə öz növbəsində nazik Yer qabığını əmlə gətirmişdir. Yer qabığının digər tərkib hissələri olan çökmə və qranit süxurları həmin vaxtlarda hələ formalaşmamışdı. Yer qabığının və mantiyanın qalınlığı planetin müxtəlif yerlərində müxtəlif ölçüdə yaranmışdı. Ağır birləşmələrin toplandığı ərazilərdə nəhəng çökəkliklər, yüüngül birləşmələrin toplandığı yerlərdə isə yüksək çıxıntılar yaranmışdır.
Vaxt keçdikcə lava püskürmələrinin həcmi azalmışdır. Bu da havanın temperaturunun aşağı düşməsinə səbəb olmuşdur. Havadakı su buxarının kondensasiyası nəticəsində buludlar yaranmışdır. Bu da leysan yağışların yağmasına səbəb olmuşdur. Yer səthinə düşən sular çökək sahələri örtərək ilkin okeanı – Pantalası yaratmışdır.
Beləliklə Dünya okeanının yaranması Yerin planetar inkişafının sonu, geoloji inkiçafın başlanğıcıdır.
Geoloji mərhələnin başlanğıcında ilk quru səthinin bünövrəsi olan platformalar yarandı. Bunun ardınca vulkanizm proseslərinin intensiv baş verdiyi, qeyri sabit, mütəhərrik geosinklinallar (qarışıqlıqlar) yarandı. Yer qabığının yarandığı ilk gündən bu günə qədər baş verən bütün proseslər platforma və geosinklinalların qarşılıqlı təsirinin nəticəsidir. Atlantida da məhz həmin təsirlərin nəticəsində məhv olmuşdur.
Hazırda müxtəlif nəzəriyyələrə görə Yer kürəsində mövcud olan litosfer tavaları aşağıdakılardır:
Sakit okean, Avrasiya, Hind-Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Antarktida. Bunlardan Sakit okean yalnız okeean mənşəlidir. Çoxlu kiçik litosfer tavaları da mövcuddur. Məsələn, Kokos, Naska, Karib və başqaları Litosfer tavaları üfüqi olaraq həmişə hərəkət edirlər. Bu da həm Yerin daxilində, həm də xaricində baş verən proseslərə təsir göstərir. Materik və okeanların müasir coğrafi mövqeyi 100 mln. Illər ərzində litosfer tavalarının üfüqi yerdəyişməsinin nəticəsidir. Xəritəyə baxdıqda litosfer tavalarının hərəkətlərinin nəticəsini materiklərin kənar xətlərinə əsasən müəyyən etməkmümkündür. Buna əsasən söyləmək mümkündür ki. Atlantida nə vaxtsa Cənubi Amerikanın qərb hissəsindən ayrılmış böyük torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi materik və ya qitə ola bilməzdi. Yalnız böyük ada formasında olması mümkün idi.
Litosfer tavalarının hərəkəti ya onların toqquşması, ya da aralanması ilə nəticələnir. Əgər Yer kürəsinin bir hissəsində litosfer tavalarının aralanması baş verirsə, digər hissədə isə toqquşma baş verir.
Məlumdur ki, Arxey və Proterozoy eralarında əvvəlcə vahid quru sahəsi Pangeya yaranmışdır. Bu zaman bütün materiklər bir-biri ilə birləşmiş olmuşdur. Pangeyanı hər tərəfdən Dünya okeanı – Pantalas əhatə etmişdir. Sonra vahid quru sahəsi iki materik tipli litosfer tavalarına ayrılmışdır. Lavrasiyanın tərkibinə müasir Şimalı Amerika və Avrasiya materikləri daxil idi. Hondvanın tərkibinə isə Cənub yarımkürəsində yerləşən quru sahələri daxil idi. Həmçinin Ərəbistan və Hindistan yarımadları Hondvananın tərkibinə aid edilirdi. Lavrasiya Hondvana materikləri arasındakı ensiz su sahəsi Tetis okeanı adlandırılmışdır. Mezozoy erasının Yura dövründə, tıqribən 140-160 mln. il bundan əvvəl Lavrasiya və Hondvana parçalanmaqa başlamışdır. Nəticədə müasir materiklər yaranmışdır. Sakit və Şimal Buzlu okeanın sahələri getdikcə kiçilir. Atlantik okeanı isə fasiləsiz olaraq genişlənir.
Kaynozoy erasında Afrika, Hindistan və Ərəbistan tavaları şimala hərəkət edərək Avrasiya ilə toqquşmuşlar. Bu da Tetis okeanının qapanması ilə nəticələnmişdir. Xəzər və Aral dənizləri gölə, Azov, Qara, Aralıq dənizləri daxili dənizlərə çevrilmişdir.
Bütün bunları ona görə qeyd etdim ki, Yer kürəsi yarandığı ilk gündən müasir dövrə qədər çox mürəkkəb inkişaf yolu küçmişdir. Burada qaranlıq qalan məsələlər də çoxdur. Məlum olan proseslərin hamısını da izah etmək mümkün deyildir. Lakin, qeyd etdiklərim Atlantidanın ərazisi, yaranması və məhv olması haqqında düzgün məlumatlar verməyə əsas verir. Eyni zamanda müasir dövrdə Atlantida faciəsinin təkrar olunmasını dərk etmək üçün çox vacibdir.
Nəhayət, Atlantida ilə əlaqədar, mənə tamamilə aydın olan məsələlər aşağıdakılardır:
1. Platonun Atlantida ilə əlaqədar olan mülahizələrinin həqiqətə uyğun olanları vardır və bunlardır: Atlantida həqiqətən Atlantik okeanında yerləşirdi. Faciə zamanı xilas olmuş insanlar olmuşdur. Həmin insanların şifahi məlumatlarını Platon öz dialoqlarında qeyd etmişdir. Atlantida yaşayan insanlar mədəni, qüdrətli və çox savadlı olmuşlar.
Platonun həqiqətə uyğun olmayan mülahizələri də vardır: Atlantida Asiya qitəsi böyüklükdə mövcud ola bilməzdi. Çünki, Yer kürəsinin ən qədim dövrdən başlayaraq müasir dövrə və gələcəyə doğru inkişafında çox ciddi qanunauyğunluq Platona məlum olmamışdır. Bunun izahı isə ayrı mövzudur. Nəhayət. Atlantida Cəbəlüttarinq boğazının yaxınlığında yerləşə bilməzdi. Ən azı 700-800 km uzaqda. Cənub-qərbdə yerləşirdi. Başqa. Həqiqətə uyğun olamayan mülahizələr də vardır.
2. Platondan masir dövrə qədər bütün tədqiqatçılar Atlantidanın yerləşdiyi ərazi haqqında düzgün məlumat verməmişlər. Bu da yazılı məlumatların olmaması ilə əlaqədardır. Mülahizələrin hamısında Atlantidanın Afrikanın qərbində, Aralıq dənizinə yaxın yerləşdiyi bildirilir. Hətta qitə və ya materik olduğu fikirlərinə rast gəlmək mümkündür. Bu fikirləərin hamısı həqiqətdən çox uzaqdır.
3. Mülahizələrin əksəriyyətində Atllantların Afrikaya, Aralıq dənizi ətrafına tez-tez gəlibgetdikləri bildirilir. Əslində bu da mümkün deyildir. Çünki, onların istifadə etdikləri qayıqlar qamışdan düzəldilmişdir. Həmin qayıqlarla uzaq məsafələrə üzmək mümkün deyildir. Atlantlar daha çox Peru və Boliviya dövlətlərinin ərazisində yaşayan insanlarla əlaqə saxlamışlar.
4. 1624-cü ildə ingilis alimi Frensis Bekon Berulamski “Yeni Atlantida” əsərində Atlantların Braziliya ətrafında yaşamaları haqqında məlumat vermişdi. 1762-ci ildə Robert Boqudi xəritə tərtib etmişdi. Həmin xəritədə Atlantidanın Braziliyanın ərazisində yerləşməsi haqqında məlumatlar vardır. Bütün bu məlumatların hamısı həqiqətdən çox uzaqdır.
5. 1882-ci ildə ABŞ atlantoloqu və yazıçısı İqnatus Dokelli “atlantoloqların atası” hesab edilirdi. O, öz əsərlərində qeyd etmişdir ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Çünki, hindu, skandinav və s. xalqların mifologiyalarında allahların hamısı Atlantida vətəndaşı sayılır.
Yazıçının fikrincə Atlantidanın ən qədim koloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya Atlantidadan ayaq açıb. Ilk dəfə dəmirdən Atlantların istifadə etdikləri qeyd edilib.
Qısaca olaraq onu qeyd etmək istəyirəm ki, bütün bunlar reallıqdan uzaqdır. İzahı isə ayrı mövzudur. Dünya sivilizasiyasının vətəni Atlantida deyil. Misir sivilizasiyası Atlantida sivilizasiyasının təzahürü ola bilməz. Bürünc və dəmir ilk dəfə Avropaya başqa ərazilərdən gətirilmişdir. Bütün bunların elmi yolla sübutlarının izahı ayrı mövzudur.
Elə isə belə bir sual meydana çıxır. Dünyanın bütün tədqiqatçılarının Atlantida ilə əlaqədar mülahizələri reallıqdan çox uzaqdır. Onda Atlantida harada və nə vaxt mövcud olmuşdur, məhv olmasına səbəb nədir?
Sualın cavabı elmi yolla geniş izahat tələb edir. Öz düşüncələrimin və fikirlərimin düzgünlüyünə inandığım üçün qısa izah etməyə çalışacağam.
Məlumdur ki, Yer kürəsinin ilk quru sahəsi Pangeya adlandırılmışdır. İlk vaxtlar Yer öz oxu ətrafında və Günəş ətrafında sürətlə fırlanırdı. Mərkəzdənqaçma və başqa qüvvələrinin təsiri nəticəsində materiklər Pangeyadan ayrılmağa başlamışdır. Cənubi Amerikanın şərq sahillərinə xəritədə fikir verdikdə Afrikanın qərb sahilləri ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkündür. Doğrudan da, Cənubi Amerika materiki Afrikadan ayrılmışdır. Cənubi Amerikanın qərb sahilləri diqqətləə fikir verdikdə, nə vaxtsa buradan da böyük torpaq sahəsinin ayrıldığını hiss etmək mümkündür.
Həqiqətən Atlantida Cənubi Amerikanın qərb sahillərindən ayrılmışdır. Bu o vaxt baş vermişdir ki, Cənubi Amerika Afrika ilə birlikdə Pangeyanın tərkibində olmuşdur. Atlantida digər materiklər Pangeyadan ayrılmamışdan əvvəl ayrılaraq mantiyanın ütü ilə sürüşərək qərbə doğru hərəkət etmişdir. Həmin vaxtlarda mantiyanın üst hissəsi daha çox sürüşkən olmuşdur. Təqribən, indi Cənubi Amerikanın dayandığı yerə çatdıqda Atlantidanın hərəkəti dayanmışdır. Bundan sonra Cənubi Amerika materiki Afrikadan ayrılaraq qərbə tərəf yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bu vaxtlar Yer kürəsinin hər yerində, suda və quruda canlı orqanizmlərin çox güclü inkişaf vaxtları idi. Bu dövrlərdə Atlantida şimal-cənub istiqamətində uzanan ada idi. Təqribən ekvatordan cənuba tərəf, indiki Dreyk boğazına qədər çox da enli olmayan zolaq formasında, meridianal istiqamətdə uzanırdı. Şimali hissələrdə adanın eni 400-500 km, cənub hissələrdə isə 900-1000 km olmuşdur. Uzunluğu isə təqribən Cənubi Amerikanın uzunluğuna bərabər olmuşdur. Həmin vaxtlarda adanın qərbə tərəf hərəkəti yavaşlasa da, tamamilə olayanmamışdır.
Cənubi Amerika materiki də Afrikadan ayrılaraq tədricən qərbə tərəf hərəkətə başlamışdır. Bu vaxtlar Avropa və Afrikada qərb tərəfdə torpaqların olması hələ insanlara məlum deyildir. Atlantidanın təbii şəraiti çox əlverişli idi. Bitki və heyvanlar aləmi çox zəngin idi. Ada hər cür qida ehtiyatı ilə təmin olunmuşdu. İnsanlar mədəni və qüdrətli idi. Insanlıqdan uzaq olan fikirlər onlar üçün tamamilə uzaq idi. Onlarda sinir sistemi, şüur çox yüksək səviyyədə inkişaf etmişdi. Lakin, ada həm qərbdə, həm də şərqdə quru sahələrinə nisbətən uzaqda yerləşirdi. Ona görə də digər materiklərdə yerləşən dövlətlərlə müntəzəm olaraq əlaqə saxlamq mümkün deyildir. Digər tərəfdən Afrika və Avropada baş verən qanlı müharibələrdən Atlantların xəbəri var idi. Buna görə də onlar digər quru sahələrinə gedib-gəlməyə çalışmırdılar. Daha çox Cənubi Amerikada Peru və Boliviyanın ərazisinə gedib-gəlirdilər. Ancaq, başqa yerlərdə Atlantlar daimi və ya uzun müddət qalmamışlar. Onların görünüşü, rəngirakteri və başqa əlamətləri başqa yerlərin insanlarından müəyyən qədər fərqlənirdi. Məlumdur ki, hazırda Yer kürəsində yaşayan insanlar 3 böyük irqə ayırd edilir: avropoid, manqoloid və neqroid. Atlantları bu irqlərin heç birinə aid etmək olmaz. Necə olmuşdur ki, ada heç bir iz qoymadan məhv olmuşdur?
Yazının əvvəlində qeyd etdim ki, Yer kürəsinin hər hansı bir yerində sıxılma gedirsə, başqa bir yerində isə genişlənmə gedir. Bu proses ən qədim vaxtlarda da belə olmuşdur, indi də belədir. Məsələn, Sakit okeanda sıxılma, Atlantik okeanında isə genişlənmə gedir. Özü də genişlənmə tektonik hərəkətlərlə və anomal hadisələrlə nəticələnir. Məsələn, bermud üçbucağı belə anomal yerlərdəndir. Onu da qeyd edim ki, Bermud üçbucağının Atlantida ilə heç bir əlaqəsi olmamışdır. Orada, suyun dibində nəhəng daşların sıra ilə düzülməsinə gəldikdə bu okean cərəyanlarının gördüyü işdir. Bermud üçbucağı Atlantik okeanında anomal hadisələrin hər an baş verə biləcəyini sübut edən faktdır.
Atlantida adasının bünövrəsi yumşaq, kristalik, suda həll olan süxurlar üzərində yerləşmişdir. Eyni zamanda Atlantik okeanında genişlənmə daha çox meridianal istiqamətdə baş verir. Ada da bu istiqamətdə yerləşir. Genişlənmə müəyyən həddə çatdıqda ağırlıq qüvvəsinin təsiri altında Atlantida qısa vaxt ərzində suyun dibində yox olmuşdur. Genişlənmə nəticəsində Atlantik okeanının dibində, adanın altında dərin yarıq əmələ gəlmişdir. Məhz həmin yarılmış, çatlamış yer Atlantidanı udmuşdur. Həmin çatlamış yerin dərinliyi mantiyaya qədər gedib çatır. Çatlamış yerin genişlənməsi indi də davam edir. Ancaq, onun üzərini hazırda Cənubi Amerika materiki örtür. Deməli, Cənubi Amerika materiki üçün də həmin faciənin hər an baş verməsi mümkündür.
Yuxrıda qeyd etdim ki, adada yaşayan insanların sinir sistemi müasir insanlara nisbətən 2-3 dəfə çox inkişaf etmişdir. Bunun nəticəsində adada yaşayan çox az nadir insanlar faciənin baş verəcəyini 3-4 gün əvvəlcədən hiss etmişlər. Faciə baş verə biləcəyi haqqında adanın rəhbərlərinə də məlumat vermişlər. Lakin, onların məlumatı inandırıcı görünməmişdir. Ada bir gecə və gündüzün ərzində batmışdır. Sahil zonasında yaşayan insanların bir qrupu qayıqlarla üzərək xilas ola bilmişdilər. Hətta, adanın mərkəzi hissəsində yaşayan, faciənin baş verə biləcəyini hiss edən inanların bbir qrupu da sahil zonasına gələrək xilas olmuşdular. Xilas olmuş insanlar qayıqlarla üzərək Cənubi Amerikada yerləşən Ekvador, Peru, Boliviya, Çili və başqa dövvlətlərin ərazisinə gəlmişlər və burada yaşamağa başlamışlar. Xilas olmuş insanlar Atlantidanın mövcudluğu, baş vermiş faciə haqqında yerli sakinlərə ətraflı, şifahi məlumatlar vermişlər. Həmin şifahi məlumatlar bütün qitələrə yayılmışdır. Məlumatlar şifahi olduğu üçün müxtəlif, bir-birindən tamamilə fərqli fikir və mülahizələrin yaranmasına səbəb olmuşdur. Bu gün də həmin məlumatlara hər yerdə rast gəlmək mümkündür.
Müasir dövrümüzdə Atlantidaya oxşar faciənin baş verməsi mümkündürmü?
Təəssüflə qeyd etməliyəm ki, mümkündür. Yer kürəsinin bəzi ərazilərində həmin faciənin hər vaxt baş verməsi müəyyən edilə bilər. Bunlar aşağıdakılardır:
1. Yuxarıda qeyd etdiyim kimi Cənubi Amerika materiki tədricən qərbə tərəf hərəkət edərək Atlantidanın batdığı ərazinin üzərində dayanmışdır. Materikin altında çox dərin çuxur vardır. Həmin çuxur və çat getdikcə genişlənir və dərinləşir. Allah göstərməsin, genişlənmənin sürəti artarsa baş verə biləcək faciənin miqyasını təsəvvür etmək çətin deyil.
2. Hazırda Yer kürəsinin bir çox əraziləri müasir elm sahələrinə çox sakit, tərpənməz kimi görünür. Əslində bu sakitlik isbidir. Belə ərazilərə Afrika, Qərbi, Mərkəzi, Şərqi Avropa, Sibir regionu və başqaları aiddir. Həmin ərazilərdə hər vaxt dəqiq elmi müşahidələr aparılır. Heç bir təhlükəli dəyişiklik üşahidə edilmir. Əslində isə həmin ərazilərdə elm və texnologiyanın öyrənə bilmədiyi çox ciddi dəyişikliklər baş verə bilər. Onların izahı isə ayrı mövzudur.
3. Mərkəzi Amerika ABŞ-ın cənubi hissələri, Qərbi Avropanın şimal hissələrində, Aralıq dənizi ətrafında, Asiya qitəsinin şərqində yaxın vaxtlarda ciddi dəyişikliklər baş verəcəkdir.
Yer kürəsi bir planet kimi formalaşmağa başladıqda əvvəlcə onun quruluşu çox sadə olmuşdur. Sonra tədricən mürəkkəbləşmə baş vermişdir. Sadədən mürəkkəbə doğru inkişafa diqqət verdikdə görürük bütün proseslər çox ciddi qanunların təsiri altında baş verir. Bütün hadisə və proseslərin istiqaməti insanın və şüurun əmələ gəlməsinə doğru yönəlmişdir. Allah insanı və şüuru yaratmışdır ki, elm öyrənsinlər. Elm Kainatı öyrənmək üçün, onun sirlərinə bələd olmaq üçün yeganə yoldur.
Hazırda Yer kürəsi özünün mürəkkəb inkişaf dövrünü başa vurmuşdur. İstəsək də, istəməsək də planetimiz öz quruluşunun sadələşməsinə doğru gedir. Sadələşmə isə ciddi dəyişikliklər deməkdir. Bu dəyişikliklər isə Yerin bütün təbəqələrini, litosferi, atmosferi, hidrosferi, bir sözlə nə varsa hamısını əhatə edir. Allah həmişə baş verən hadisə və proseslərdə insanları qorumuş və bundan sonra da qoruyacaqdır. Ancaq bu insanların şüurlu və ağıllı fəaliyyəti nəticəsində mümkündür.
Mən bu yazıda Atlantida ilə əlaqədar olan, heç bir vaxtheç bir yerdə yazılmamış məlumatları öz düşüncələrimə əsasən qeyd etdim. Bundan sonra da planetimizdə baş verə biləcək bütün dəyişikliklər mənə tamamilə aydındır. Onların hamısını qeyd etmək fikrindən uzağam. Bilirəm ki, bütün bunlar ciddi müzakirələrə səbəb olacaqdır. Ona görə də mənimlə fikir mübadiləsi aparanların hamısına əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
İmza: İbrahimov Tahə Lətif oğlu
Ağsu rayonu, İlxıçı kəndi
22.VII.2018скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...