Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Mərkəzi Univermaqda nələr baş verir?-Araşdırma

Tarix:26-01-2022, 13:12

Mərkəzi Univermaqda nələr baş verir?-Araşdırma
Mərkəzi Univermaqda çalışan sahibkarlar bu gün etiraz aksiyası keçiriblər. Ticarətlə məşğul olan şəxslər univermaq rəhbərliyinin və vergi əməkdaşlarının səhlənkarlığı və məsuliyyətsizliyinin qurbanına çevriliblər. Belə ki, univermaq rəhbərliyi keçən ilin dekabr ayının vergisini sahibkarlardan toplasa da vergi xidmətinə təqdim etməyib. Bu o deməkdir ki, dövlət büdcəsinə ödənişlər olunmayıb.Bunu əsas gətirən vergi əməkdaşları Mərkəzi Univermaqda ticarətlə məşğul olan sahibkarları kütləvi şəkildə cərimələməyə başlayıblar. Vəziyyət o həddə çatıb ki, sahibkarlar mallarını yığışdıraraq ticarət yerlərini tərk ediblər.Baş verənlərdən həm maddi həm də, mənəvi əziyyət çəkən vətəndaşlar yaranmış problemlərin həll olunması üçün univermaq daxilində etiraz aksiyasına başlayıblar. Problem həllini tapmasa belə aksiyaların küçələrdə davam edəcəyinə şübhə etmirik.İnsanları dövlətdən narazı salıb, onları küçələrdə etiraz aksiyalarına sürükləyənlər kimlərdir?...

Görünən odur ki, problemin yaranmasında iki tərəf günahkardır,Vergi Xidməti və Mərkəzi Univermağın rəhbərliyi!!!Məhz bu iki tərəfin arasında mövcud olan "sövdələşmənin" hansısa səbəblərdən pozulması nəticəsində sahibkarlar hədəfə çevrilib,onlara haqsız yerə cərimələr tətbiq olunur, iş yerləri qapadılır, etiraz aksiyalarına start verilir. İqtisadi təlatümlərdən ayıla bilməyən sahibkarları belə təzyiqlərlə küncə sıxışdırmaq hansı mərkəzlərin və ya "başların" məhsuludur, deyə bilmərik. Görünən odur ki, yüzlərlə sahibkar və onların ətrafında çalışan o qədər də insan iş yerlərini itirmək təhlükəsi ilə üzləşiblər. Faktiki mənzərə ondan ibarətdir ki, sahibkarlar vaxtında vergi ödənişlərini yerinə yetiriblər. Vergi əməkdaşları ilə Univermaq rəhbərliyi arasında hansısa qaranlıq məsələlərin mövcudluğu sonda xoşagəlməz mənzərənin yaranmasına səbəb olub. Kimdir günahkar??? Dövlətin müvafiq qurumları baş verənləri incəliklərinə qədər araşdırıb günahkarları üzə çıxarmalıdır. Çünki,belə hadisələr Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və siyasi kursla daban-dabana ziddir.

Mövzunu diqqətdə saxlayacağıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...