Anons

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Haqqımızda Əlaqə

"Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi" — Keçmiş səfirimiz İlham Əliyevin Ukraynaya səfərini ŞƏRH ETDİ

Tarix:15-01-2022, 22:06

"Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi" — Keçmiş səfirimiz İlham Əliyevin Ukraynaya səfərini ŞƏRH ETDİ
Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.

Müsahibəsində keçmiş səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Ukrayna münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Azər Xudiyevin Demokrat.az-ın suallarına cavabını təqdim edirik:

— Azər müəllim, Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

— Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin kökü zəngin tarixə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hətta belə deyərdim ki, xalqlarımız tarix boyu müstəqillik əldə etmək, öz talelərinə sahib çıxmaq üçün oxşar və məşəqqətli yollar keçiblər. Tarix boyu hər iki xalqın düşünən beyinləri, deyən dilləri imperiya dövlətləri tərəfindən kəsilib. Onların müstəqilliyə gedən yollarına daim daş, kəsək atılıb. Bütün bunlara baxmayaraq hər iki xalq müstəqilliklərinə qovuşmaq üçün ölüm-dirim savaşına qatılıb, nə qədər çətin də olsa öz istəklərinə qovuşublar. Bu baxımdan xalqlarımızın tale oxşarlıqları arasında tarixi paralellər mövcuddur. Baxın, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir-birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Əlbətdə dünən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Təbii ki, bu qane edən rəqəm deyil. Hesab edirəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Səfər çərçivəsində bu dəfə əsas hədəflərdən biri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına fokslanıb. Bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkəyə çevrilə bilər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

"Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi" — Keçmiş səfirimiz İlham Əliyevin Ukraynaya səfərini ŞƏRH ETDİ

— Sizcə, keçmiş postsovet məkanında cərəyan edən geosiyasi hadisələr fonunda bu səfər Azərbaycan Ukrayna münasibətlərinə necə təsir edəcək?

— Bildiyiniz kimi, bu gün Ukrayna müstəqillik tarixinin ən gərgin geosiyasi anlarını yaşayır. Qonşu Rusiya ilə münasibətlər pik həddinə çatıb. Hər an iki ölkə arasında aparılan informasiya savaşı real müharibəyə transfer oluna bilər. Təbiiki, belə bir həssas məqamda Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin etibarlı tərəfdaş kimi, nəinki sözdə, o cümlədən praktik əməldə də Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi. Bu, həm də dünya ölkələrinə bir mesajdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və tarixin doğru tərəfindədir.

Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasına böyük töhfələr veririk. Bu gün bölgədə dost Ukraynanın qayğısı və problemləri kifayət qədərdir. Belə həssas məqamda Azərbaycanın Ukraynanın yanında olması, geosiyasi zərurətdən yox, xalqlarımız və dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Və bu münasibətlərdən çıxış edərək demək olar ki, ölkələrimiz dünyada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq bundan sonrada bir birinin yanında olacaqlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...