Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Kəlbəcərdə ərazimizi minalamaq istəyən erməni diversiya qrupa saxlanılıb - sabah məhkəmələridir

Tarix:22-11-2021, 14:42

Kəlbəcərdə ərazimizi minalamaq istəyən erməni diversiya qrupa saxlanılıb - sabah məhkəmələridir
Ermənistan vətəndaşları Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otari barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Musavat.com-un əldə etdiyi məlumatda bildirir ki, qeyd olunan şəxslər dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, təxribat və digər cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirmişlər.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanmış, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri «TM 62 – M» və «E-00-M» tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülmüşdür.

Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı noyabr ayının 23-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə mülki şəxslərin minaya düşmələri nəticəsində həlak olması və yaralanması hallarına baxmayaraq Ermənistan tərəfi ərazinin minalama xəritələrini tam təqdim etməməkdə, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir.

Hazırda Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə minadan təmizləmə işləri aparır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...