Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Keçmiş spikerin qudası dövlətin malına göz dikib

Tarix:26-10-2021, 14:08

Keçmiş spikerin qudası dövlətin malına göz dikib
Bu yaxınlarda aktualxeber.az saytında “Oqtay Əsədovun qudasından qeyri-etik hərəkət” və “Alı Qocayev gərgin durumda” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Samux rayonunun icra başçısı Alı Qocayevin qanunsuz yolla qazandığı pullarla özünə ölkəmizdə və xaricdə böyük biznes qurmasından, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Əsgərova Almaz İsa qızının 14 ildir ki, ona verdiyi 20.000 manat pulu ala bilməməsindən bəhs etmişdik. Redaksiyamıza Alı Qocayevin daha bir qalmaqallı addımı ilə bağlı yeni məlumatlar daxil olub. Aktulaxeber.az-ı məlumatlandıran mənbənin iddiasına görə, icra başçısı Alı Qocayev vəzifə səlahiyyətlərindən istifadə edərək ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Ancaq Alı Ocayevin bu təyinatı Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmayıb. Hələ bu azmış kimi İcra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin edib. Alı Qocayevin bu ailəyə olan gözlənilməz diqqət və qayğısı bununla da yekunlaşmayıb. O, 2 ildir ki, Əhmədbəyli kəndində müdirəlik edən Şəms xanımı DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə də qəbul etdirib. Mənbə onu da iddia edir ki, Şəms Məmmədbəyova guya 2011-ci ildə Gəncə Musiqi Texnikumunu bitirib. Çünki o, BB-118511 saylı saxta diplomu qanunsuz yolla əldə edib. Ən maraqlı və diqqətçəkən məqamlardan bir də ondan ibarətdir ki, qısa zaman kəsiyində Şəms Məmmədbəyova Körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobil də ala bilib. 20- EF- 533 dövlət nömrə nişanlı bu “ağ ceyran”ı nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən villaya da sahiblənib. Bu sehirli xanımın qısa zaman kəsiyində geniş maliyyə imkanlarına sahiblənməsi və əldə etdiyi “uğurlar” istər-istəməz ciddi suallar doğurur. Əhmədbəyli sakinləri deyir ki, bəlkə Alı Qocayev bu haqda bir açıqlama versin, biz də sakitcə oturaq yerimizdə. Samuxdakı mənbəmiz onu da deyir ki, Şəms Məmmədbəyova ürəyi istədiyi vaxt Alı Qocayevin qəbuluna düşə bilir. Lap orada yüzlərlə adam gözləsə belə… Görəsən, Şəms xanım bu təhsillə, bu yaşam tərzi ilə Əhmədbəyli kəndindəki körpələr üçün rəhbərlik etdiyi uşaq bağçasında elementar təlim-tərbiyə təşkil edə bilirmi? Daha bir ilginc iddia: Samuxdakı mənbə deyir ki, Şəms Məmmədbəyovanın anası Sərkar kənd Musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da saxta diplomla işləyir.O, 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə edib. Səadət Məmmədbəyovanın həmin sənəddən istifadə edərək, adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazır, uşaqların sayını artırmaqla əlavə sinif açır.Bununla da külli miqdarda dövlət vəsaitini mənimsəyir. Sakinlər deyir ki, icra başçısı yenə də qudası Oqtay Əsədova arxayın olaraq qanunsuz əməllərinə davam etməkdədir. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqlar.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...