Anons

Bu gün, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Bu gün, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Bu gün, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Bu gün, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Bu gün, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL

Tarix:25-10-2021, 16:34

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL
“Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, amma öz ləyaqətimizi, qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin!”

2021-ci ilin oktyabr ayı azərbaycanlıların xatirində işğaldan azad edilmiş torpaqlarda başlamış misilsiz quruculuq işləri zamanı Azərbaycan Respublikası Prezidentinin dediyi bu sözlərlə qalacaq.

Bir də qalib dövlətimizin genişlənən imkanlarından xofa düşüb, yorğun əzələlərini nümayiş etdirməyə cəhd edən bütün qüvvələrə dövlət-xalq vəhdətinin verdiyi dərslə...

Azərbaycanın Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvanla əsas nəqliyyat yollarını birbaşa birləşdirməsi, qonşu ərazilərindən keçid asılılığının aradan qalxması, dəmiryolu xətlərinin Naxçıvan və Türkiyəyə birləşəcəyinin məlum olması, Azərbaycanın öz cənub sərhədində nəzarəti tam bərpa edib təbii resurslarının məkrli istismarının qarşısını alması və ölkənin daha sürətli inkişafını labüd edən digər çoxsaylı nailiyyətlər bəzi “dost”larımızın daxili narahatçılığını açıb ortaya qoydu.

İranın “kənd mollası”nın üzündən oxuyub səsləndirdiyi şüarlar digər aqressiya görüntüsü, Azərbaycan daxilində əmr qullarının ayaqlanması ilə müşayiət edincə, dövlətimizin maraqlarına və xalqımızın gələcəyinə qarşı yönələn hücumlar vüsət aldı.

Dövlətçilik ənənələrini bərqərar etmiş dövlətimizin soyuqqanlı cavab addımları da özünü çox gözlətmədi. Təbii ki, içimizdə bu irilikdə İran şəbəkəsi ilə də biz çox yol gedə bilməzdik. Dost dostun yanında olar, daxili işlərinə qarışmaz, daxili işlərini qarışdırmaq imkanlarında olmağı da arzulamaz.

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL

Çox keçmədi ki, hər İran həmləsi gələndə Azərbaycan dövlətinə qarşı bəyanatlar verən, Qarabağ müharibəsində ortalıqda görünməyən “Azərbaycan Ruhanilər Məclisi” adlı İran xüsusi xidmət orqanlarının əl oyuncağı təsisatın rəhbəri Sərdar Babayevin dövlətə xəyanət ittihamı ilə həbs edildiyi məlum oldu. Bu o Sərdar Babayevdir ki, xarici kapital hesabına “maide.az” saytını yaradıb, hansı ki məqsədyönlü dini təbliğatdan boldur, ancaq dindarlarımızın haqq yolunda savaşdığı, can qoyub şəhid olduğu Vətən müharibəmizə dəstək və qələbəmizə sevinc bildirən heç bir yazı yayımlamadı. Niyəsi hamıya məlumdur.

Ardınca Azərbaycanın digər dövlətlərlə münasibətlərini korlamaq, müasir silahlarla hərbi təchizatımıza xələl gətirmək üçün nəfəs almadan xarici səfirliklərin qarşısında aksiya keçirib həmin dövlətlərə xalq adından lənətlər yağdıran, dini pərdə altında xarici pullar hesabına sovqat paylayıb həyətinə yığdığı insanlara havasını udub, çörəyini yediyi Azərbaycana qarşı şüarlar təkrarladan, xarici xüsusi xidmət orqanlarının adından camaatı bir-bir hədələyib xof altında saxlayan Səbuhi Səlimovun da dövlətə xəyanət ittihamı ilə həbs xəbəri gəldi.

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL

Ölkədə xain hüceyrələrin zərərsizləşdirilməsinə qarşı çıxanlar gözə dəymədi. Görünən odur ki, bu tədbirlərlə kifayətlənməyən, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər casus şəbəkədə öz növbəsini gözləyənlərin hamısına hesab gecəsi yaşadıb.

Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL

Sosial şəbəkələrdə yayılan görüntülərdən adı belə müəmmalı olan DEVAMM təşkilatının rəhbəri İlqar İbrahimoğlunun da Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi üzrə araşdırmalara cəlb edildiyi, ardınca özünün açıqladığı kimi “peşəkar” insanlar tərəfindən sorğulandıqdan sonra telefonunu bağladığı, yaratdığı “deyerler.org” adlı informasiya saytını xaricilərin təmənnalı xidmətindən çıxardığı məlum oldu.

Bir neçə günün içində görülən tədbirlər onunla nəticələndi ki, birtərəfli İran xidmətində olan informasiya saytlarının rəhbərləri də olduqları gəmiyə sədaqət andı içib, Azərbaycan xalqının maraqları ilə razılaşası oldu.

Qara əməllərin yaşatdığı hisslərlə xalqın qəzəbindən qorxub gəldiyi yerə qaçanları da gördük.

Biz mətbuat olaraq müşahidə etdiyimiz qədər görürük və gördüyümüz hər ədalətdə güclü iradə, dəmir yumruğun yanındayıq.

Müstəqil və güclü olmağa qətiyyətli olan xalqın qarşılaşa biləcəyi müqavimətləri də sevə-sevə göz önünə alırıq.

Əziz qonşular! Azərbaycan sülh və inkişaf ölkəsidir. Azərbaycan sizin diktə ilə danışmağa ümid etdiyiniz dövlət ola bilməz. Bu torpaqların yiyəsi olan Azərbaycan xalqı, dövləti, dövlətçiliyi var. Məcbur olun, hörmət edin.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...