Anons

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Dünən, 11:53- Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Dünən, 09:43- Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Dünən, 09:10- Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

20-04-2024, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

20-04-2024, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

20-04-2024, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

20-04-2024, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Haqqımızda Əlaqə

"Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir..."

Tarix:25-10-2021, 11:00

"Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir..."
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.

Bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdədir.

İşi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutmalı olan sonuncu məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb eyni zamanda sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasının baş tutması olub. Hakim Zeynal Ağayevin həmin işi araşdıran tərkibdə olduğu üçün proses təxirə düşüb.

Məhkəmədə məlum olub ki, Sahil Abuşov ötən proseslərə gecikdiyi üçün hakim ona sonuncu xəbərdarlığı edib. Bildirib ki, polis nəzarətində olduğu halda növbəti dəfə məhkəmə proseslərinə vaxtında gəlməsə, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs ediləcək.

Məhkəmə zalında gələn başqa bir şəxs isə İran vətəndaşı olduğunu, həbsdə olan Səadət Xəlilovdan 110 min manat alacağının olduğunu deyib. Onunla Sədaət Xəlilovun yaxınları arasında gərginlik də yaşanıb. Həmin şəxs məhkəmə icraçıları tərəfindən zaldan çıxarılıb.

İş üzrə zərərçəkmiş şəxs AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.

Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona 2 milyon borclu qalıb.

S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adı çəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.

S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” kimi ifadələr işlədib.

Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.

Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:

“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni söyüb biabır elədi”.

İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından ortaya çıxıb ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub. Bu söz-söhbətdən sonra Tağı Əhmədov YAP-dakı vəzifəsindən çıxarılıb. Bu azmış kimi Tağı Əhmədovun Nizami Rayon Məhkəməsinin hakimi işləyən oğlu Rauf Əhmədovun da adı sələm işində hallanıb. Təqsirləndirilən şəxsin oğlu jurnalistlərə açıqlamasında atasının sələmi gecikdirməsindən sonra yaranan "razborka"ların birinə məhz Rauf Əhmədovun gəldiyini bildirib.

Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.

Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. Tağı Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi. (musavat.com)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...