Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Oneyromant Günay Bayramova: "Yuxuları doğru anlamaq lazımdır"

Tarix:8-09-2021, 14:22

Oneyromant Günay Bayramova: "Yuxuları doğru anlamaq lazımdır"
- Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İlk olaraq, oneyromantın kim olduğu izah etməyimdə fayda var düşünürəm . Oneyromant, yəni insanların yuxularını psixoloji cəhətdən analiz edən insan.
Qədim zamanlarda bütün xalqların və qəbilələrin bir inancı var idi ki, insan yatarkən ruh bədəni tərk edir. Müqəddəs bir yerə yığışırlar ki, məlumatları da ordan alırlar. Həmçinin antik dövrlərdə yuxuların gələcəkdən xəbər gətirildiyinə inanılırdı və bütün bu düşüncə , inanclar yuxulara xüsusi bir baxış növü olan Oneyromantikanı yaratdı . Oneyros - Yunan mifologiyasında yuxu şəxsiyyəti , mantika - qədim yunancadan tərcümədə kəhanət sənəti . Kəhanət yəni bir hadisənin baş verəcəyini qabaqcadan xəbər verilməsi. Daha sonra Lidiyalı Artemidor B.e 2 əsrində yuxuların təfsiri üçün bir sıra qaydalar yazdı . O , yuxuların psixoloji analizinin banisi hesab olunur .
Bax beləcə, həm psixilogiyada həm də insanların düşüncə tərzində yuxular önəmli bir məna kəsb etməyə başladı. Yuxular insan orqanizmində hələ hüceyrə səviyyəsində baş verən bir dəyişikliyi bildirməyə qadirdir . İndi isə gələk əsas suala ki , mən niyə oneyromant oldum . Çünki yaddaşımda həkk olunan ilk yuxum 5 yaşıma təsadüf edir və o yuxunun təsiri unutmadığım üçün sonrakı illərdə onu araşdırmağa başladım . Beləliklə, yuxuların çox geniş bir anlayış olduğunu anladım . İllər keçdikcə mənim də həyatımda yuxular çox önəmli bir pillədə dayanırdı .
Daha sonra isə Azərbaycanda tanınmayan bir sfera olduğunu anladım və insanları maarifləndirmək eşqinə 2018-ci ildə səhifə yaradıb bu günlərə qədər gəlib çıxdım.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Neçə ildir bu sahədəyəm demək çətindir . Çünki həyatımın hər mərhələsində yuxuları araşdırma , öyrənmə , analiz etmə mövcud olub . İndi 30 yaşım var və nəzərə alın ki , oxumağı bacarandan rus dilində olan yuxu - psixologiya kitabları ilə maraqlanırdım . Hətta 16 yaşımda ilk maaşıma aldığım kitab da fizioqnomikadan(insan simasını oxuma sənəti) bəhs edirdi .

- Hansı prinsiplər əsasında çalışırsınız?

- Tək prinsip üzrə çalışıram - pozitivə köklənmək . İnsanlara da aşılamağa çalışdığım məhs budur . Yuxular pis və ya yaxşı deyə bölünməli deyil . Yuxuları doğru anlamaq lazımdır və ən əsası önəmsəmək gərəkdir. Əminəm ki , hər birinizin həyatında daim yadınızda qalan xüsusi bir yuxunuz olub .

- Hanı yaş qrupları ilə işləyirsiniz?

- Əslində hər yaş qrupları ilə çalışıram . Uşaqlara körpəliyindən yuxularına önəm verməsi öyrədilməli , yuxuda yıxılarsa (bu uşaqlarla tez - tez olur ) o an uçmağa çalışmağı təlqin olunmalıdır . Belə olduğu halda, həm gecə kabusundan qurtulmuş , həm də real həyatda məsələ həll edərkən alternativ variant tapa bilmələrinə gətirib çıxarır. Çalışdığım insanlar arasında hər yaşdan insan var, amma ən çox 25 - 35 yaş arasıdır.

- Ən çox qarşılaşdığınız problemlər hansılardır?

- Hal-hazırda ən çox qarşılaşdığım problem insanların mənbəyini araşdırmadan müxtəlif yerlərdən əldə etdiyi material , şəkil və ya bilmədikləri bir dildə sözləri istifadə edərək yuxudan cavab almağa çalışmalarıdır . Bu nəinki faydalı deyil, hətta çox təhlükəlidir . Əgər bir şeylərin cavabını yuxuda almaq istəyirsinizsə doğru niyyət etməniz belə kifayət edər .

- Pasientlərin bilmədiyi cəhətləriniz varmı?

- Var . Hər kəsə hər şeyi çox səbrlə izah etməyə çalışıram . Amma əslində çox hövsələsiz insanam . Lakin bunu işimə yansıtmamaqda qərarlıyam .

- Oxuculara nə məsləhət görərdiniz?

- Bu həyatda hər kəslə və hər şeylə savaş halında ola bilərsiniz . Lakin nə olursa olsun, çalışın özünüzlə barış halında olasınız . İnsan heç bir duyğunu özündən kənarda yaşaya bilməz . Bütün hiss etdikləriniz bir başa sizin daxili aləminizə təsir edir . Başqalarına sizin daxili emosiyalarınızı idarə etməyə izin verməyin .

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən oneyromant olmaqla yanaşı psixologiya ilə də yaxından maraqlanıb, xüsusi kurslarını keçmişəm. Azərbaycanda ilk oneyromant olaraq müsahibə verəcəyim ağlıma gəlməmişdi .

Əlaqə nömrəsi: (070) 350 63 91 (Yalnız whatsapp)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...