Anons

Bu gün, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Bu gün, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Nazir müavininin atası kimləri ittiham etdi?... -520 manatın əks sədası...

Tarix:5-09-2021, 17:38

Nazir müavininin atası kimləri  ittiham etdi?... -520 manatın əks sədası...
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin atası, AMEA-nın Ədəbiyyat İnstitunun baş elmi işçisi, Filologiya elmləri doktoru və Azərbaycan Yazıçılar İttifaqının üzvü Rəhim Əliyev "monex card"dakı 520 manat pulunun oğurlanmasına görə "od püskürüb". Hesabda 16 qəpik saxlamaqla oğrular şairin əsəblərini tarıma çəkiblər. Isterik halda masterkart'ın üstündəki nömrəyə zəng vuran nazir müavinin atası anlayıb ki, həmin nömrə işləmir. Daha sonra 194 çağrı mərkəzinə müraciət edən elmlər doktoruna bəyan ediblər ki, oğurluq faktını qeydiyyata sala bilmərik. Maraqlı orasıdır ki, oğrular 520 manat pulu 50-60 dəfəyə 1-4 dollar hesabı ilə yavaş -yavaş hesabdan mənimsəyiblər. Oğlu nazir müavini olan Rəhim Əliyevin aşağıdakı ifadələrinə diqqət edək: " Üç il qabaq "hesab.az" firması öz proqramının formasında dəyişiklik etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "hesab.az"-ın "Azərişıq ", "Azərsu", "Azəriqaz", Rabitə nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım.
Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur.!"
Əvvəlcədən qeyd edək ki, baş verən hadisəni qətiyyətlə pisləyirik və hüquq-mühafizə orqanlarını baş verənlərə operativ yanaşaraq cinayətkarların qısa zamanda cəzalandırılmasına nail olmağa çalışırıq. Eyni zamanda, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi də təmin olunmalıdır. Diqqətimizi çəkən məqam ondan ibarətdir ki , nazir müavinin atası DİN-i, Rabitə nazirliyini, "Azərişıq", "Azərsu", “Azəriqaz"-ı kəskin ittiham edir, onları mütəşəkkil cinayətkarlığa və xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə aparmadığını bəyan edir. Şairin bu ittihamlarına cavab verməyi buraxırıq adıçəkilən qurumların rəhbərlərinin ixtiyarına.
Bu zaman ortaya bir neçə maraqlı suallar çıxır. 520 manat puluna görə az qala "dövlətə üsyan etməyə çalışan" elmlər doktorunun görəsən, oğlunun nazir müavini olduğu Əmək və Sosial Müdafiə Nazirliyində minlərlə vətəndaşın haqqının necə yeyilməsindən, mənimsənilməsindən xəbəri yoxdurmu?...
Yuxarıda sadalanan titullardan bəlli olur ki, Rəhim Əliyev həm də ziyalıdır. O zaman illərdir ölkədə tüğyan edən korrupsiya və rüşvətə, minlərlə hüququ pozulan və haqqı mənimsənilən insanların müdafiəsi istiqamətində ziyalı kimi etiraz səsini qaldırıbmı? ...
Müxtəlif orqanlara illərlə müraciət edib məmur qapılarında süründürülən məzlum insanların taleyi ilə maraqlanıbmı? ...
Biz bu barədə heç nə eşitməmişik. Əgər kiminsə məlumatı varsa bizə müraciət edə bilər və onu işıqlandıra bilərik. Amma, əlahəzrət fakt ondan ibarətdir ki, elmlər doktoru və şair olan Rəhim Əliyevin ölkədəki ictimai-siyasi proseslərin ən gərgin vaxtlarında belə səsini eşitməmişik.
Çox təəssüflər olsun ki, Azərbaycanda özünə ziyalı deyən kəslərin əksəriyyəti ancaq övladlarını və yaxın qohum-əqrabalarını yağlı vəzifələrə yerləşdirmək üçün "vuruşublar". Rəhim Əliyev də oğlu Anar Əliyevi nazir müavini postuna qədər yüksəldə bilib.
Məşhur bir kəlamı xatırlatmaq yerinə düşər. “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə "...
Yazıda adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq, əgər deməyə sözləri varsa...

P.S... Xatırladırıq ki, Rəhim Əliyev eyni zamanda AMEA-nın Ədəbiyyat İnstitunun baş elmi işçisidir. Həmin AMEA-nın prezidenti isə Ramiz Mehdiyevdir. R.Mehdiyevin Elmlər Akademiyasının başına açdığı oyunlardan az qala bütün dünya danışdığı halda, nədənsə baş elmi işçi olan Rəhim Əliyevin səsi çıxmır. AMEA-da haqqı mənimsənilən onlarla sıravı işçinin, müxtəlif adlar altında mənimsənilən milyonlarla vəsaitin taleyinə susqun qalmağı da başa düşülən deyil...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...