Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

İyul döyüşlərı tarixi Zəfərimizə yol açdı

Tarix:13-07-2021, 08:55

İyul döyüşlərı  tarixi Zəfərimizə yol açdı 12 iyul 2020-ci il tarixində Tovuz rayonunda baş vermiş məlum erməni təxribatının və təcavüzünün qarşısının alınması, düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gü¬cünün əyani nümayişi oldu. Həmin gün Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədlərini, hərbçilərimizin mövqelərini, yaşayış məntəqələrini iriçaplı və uzaqmənzilli toplardan atəşə tutdu. Törədilən qanlı təxribatların qarşısı Ali Baş Komandanın müdrik rəhbərliyi və göstərişi ilə Ordumuzun qəhrəman əsgər və zabitlərinin yüksək sayıqlığı, şücaəti nəticəsində layiqincə alındı.
Döyüş meydanında mənfur düşmən Azərbaycan Ordusunun güclü müqaviməti və əks-həmləsi ilə üzləşdi. Dəqiq, sarsıdıcı zərbələr nəticəsində düşmən başından zərbə aldı.
Müharibədə istər canlı insan, istərsə də texnika itkisi vermədən ötüşmək qeyri-mümkündür. Başda qəhrəman generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev olmaqla bir neçə zabit, gizir və əsgərimizin həlak olması çox kədərləndirici olsa da, onların igidliyi və vətənsevərliyi bütün cəmiyyətimiz üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu hadisə bir daha göstərdi ki, istər Azərbaycan əsgəri, istərsə də onun yüksəkrütbəli zabitləri məqamı gələndə Vətən uğrunda canını fəda etməyə hazırdır və torpaq uğrunda gözlərini qırpmadan belə şəhidlik zirvəsinə ucalmağı özlərinin müqəddəs borcu bilirlər.
Tovuz döyüşləri Aprel savaşı kimi Ali Baş Komandana ümumxalq məhəbbətinin növbəti təsdiqinə çevrildi və tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin nümunəsi kimi düşdü. Bütün bunların davamı olaraq,Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan ¬İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli ordusunun misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı.
İyul döyüşlərində qəhrəmancasına həlak olan bütün hərbi qulluqçularımıza Ulu Tanrıdan rəhmət diləyirəm.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...