Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

ŞƏHİD MUSAYEV ELŞƏN HÜSEYN OĞLU

Tarix:12-06-2021, 21:34

ŞƏHİD  MUSAYEV  ELŞƏN  HÜSEYN  OĞLU Musayev Elşən Hüseyn oğlu 1988-ci il 21 iyunda Ağsu şəhərində zəhmətkeş bir ailədə doğulmuşdur. 1994-cü ildə Ağsu şəhərinin 3 saylı orta məktəbində ilk təhsilini almışdır. 2005-ci ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşür. 2006-cı ilin oktyabr ayında hərbi xidməti başa vurub evə qayıdır. 2012-ci ilin iyul ayında ailə qurur. Ailə qurduqdan bir müddət sonra Bakıya yola düşür. Çevik mühafizə xidmətində mühafizəçi işləyir. Vətən sevgisi Elşəni hərbçi olmağa sövq edir. Belə ki, Elşən 2014-cü ildə öz arzusuna çatır. N saylı hərbi taborda çalışmağa başlayır. İş bacarığını nəzərə alıb onu 3-cü bölüyə rəhbər təyin edirlər. 2020-ci il 27 sentyabrda 2-ci Qarabağ Vətən müharibəsinə yola düşür. Oktyabrın 2-də sol qolundan qəlpə yarası alır. Bir neçə döyüş yoldaşlarının şəhirdliyinə şahid olur. Yoldaşları onun hospitala getməsini xahiş etsələr də Elşən getmir. Sonra Füzuli rayonunun Alxanlı kəndində döyüşə girirlər. 6 oktyabrda döyüşə girən Elşənin yarası daha da ağırlaşır. Ancaq o, yarasına məhəl qoymur. Döyüş yoldaşları üçün narahatlıq keçirir. Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Elşən Musayev oktyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhir olur. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn olunur. Üç övladı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasınin Prezidenti Ali Baş Komandan İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elşən Musayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

Vətən uğrunda canını fəda edən vətən övladı əslində ölmür, əksinə ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan da yüksək ucalıq ola bilərmi?!
Vətən torpağının ucalığında,
Millətin qəlbində qaldı şəhidlər!
Ölümün gözünə dik baxa-baxa,
Ölümə qələbə çaldı şəhidlər.


Eldar Qafarov

ŞƏHİD  MUSAYEV  ELŞƏN  HÜSEYN  OĞLU
ŞƏHİD  MUSAYEV  ELŞƏN  HÜSEYN  OĞLUскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...