Bu gün, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bu gün, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
Bu gün, 19:50- Azərbaycanda yeni kollec yaradıldı
Bu gün, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
Bu gün, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi
Bu gün, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş
Bu gün, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi
Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO
Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ
Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL
Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...
Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR
Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?
Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir
Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?
Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...
Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA
Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA
Dünən, 22:33- “Azərreyl” çempion oldu
Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi
Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanlarına asfalt örtüyü çəkməklə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, tenderin qalibi “Ərdağı” MMC olub. İcra hakimiyyəti şirkətə gördüyü işlərin müqabilində 804 995.21 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri “Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə “Ərdağı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.
Şirkətin adına əsasən Gəncəbasar bölgəsinin yerli qurumlarının elan etdiyi satınalma müsabiqələrində rast gəlinir.
“Ərdağı” MMC ilə daha çox Gəncə, Gədəbəy, Naftalan, Samux, Goranboy və Daşkəsən icra hakimiyyətləri, onların tabeliyindəki qurumlar əməkdaşlıq edir. 2020-2021-ci illərdə sözügedən rayonların yerli icra hakimiyyəti orqanları şirkətlə toplam olaraq 11 220 017.67 AZN (11 milyon 220 min 17 manat 67 qəpik) dəyərində sifarişlər verib.
2020-ci ildə təkcə Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 1 milyon 997 min 796 manatlıq müqavilə imzalayıb. Müqavilədə Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması nəzərdə tutulub.
Bəzi iddialara görə, “Ərdağı” MMC şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkətdir. MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov əslində proxy fiqurdur.
Şirkətin Gəncədəki “Asfalt Zavodu”nun rəhbərliyinə məxsus olması barədə məlumatlar var.