Anons

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Dünən, 09:29- Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

Haqqımızda Əlaqə

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor — ARAŞDIRMA

Tarix:6-05-2021, 17:43

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor — ARAŞDIRMA Index.az oxucularını yerli bankların və onların sahiblərinin qazancı barədə məlumatlandırmağa davam edir.

Növbəti araşdırmamızın qəhrəmanları Muğan Bank və 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olmuş Əhməd Vəliyevdir. "Muğan Bank"ın məhz Əhməd Vəliyevə məxsus olması az qala hər kəsə məlumdur. Hərçənd, bankın rəsmi səhmdarları keçmiş deputatın qızı, kürəkəni və qudalarıdır. Səhmdar kapitalının 66.17%-nə nəzarət edən Elmir Maqbet oğlu Mehdiyev Əhməd Vəliyevin qızı Vəfa Vəliyevanın həyat yoldaşıdır. Vəfa Vəliyevaya isə səhmdar kapitalından 11.17% pay düşüb. Elmir Mehdiyevin valideynləri Maqbet Mehdiyev və Fəridə Mehdiyeva isə müvafiq olaraq 12.14% və 10.52%-lik səhm paketinə nəzarət edir.

Qeyd edək ki, 2021-ci ilin martın 30-da Muğan Bank nizamnamə kapitalını 5 milyon manat artıraraq 107.5 milyon manata çatdırıb.

"QOHUMUMUN BANKIDIR"

Vaxtilə mətbuat Əhməd Vəliyevdən Muğan Bankın ona aid olub-olmamasını soruşub. Cavab belə olub: "Oranın sahibi mənim qohumumdur, mən o bankı respublikada ciddi bank kimi tanıyıram".

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor — ARAŞDIRMA

Həmin vaxt Muğan Bankın bağlanması gündəmdə idi. Lakin illərdir bank-maliyyə sektoru barədə xəbər istehsal jurnalistlər yaxşı bilir ki, Muğan Bankın qeyri-rəsmi sahibi Əhməd Vəliyevdir.

REKTORUN OKSİGENİ

Əhməd Vəliyev 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur. Hətta iki çağırış millət vəkili olması da buna mane olmadı. Fizika-riyaziyyat elmləri doktorudur. Üstəlik, Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni təhsil texnologiyalarının tətbiqindəki nəaliyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülüb.

Mətbuatın yazdığına görə, "Oksigen" klinikası da rektora məxsusdur. Adıçəkilən klinikanın illərdir fəaliyyətdə olması onu göstərir ki, cənab Vəliyevin riyazi hesablamaları özünü doğrultdu. Onun adı ilə əlaqələndirilən daha bir biznes layihəsi isə "Fresco" adlı marketlər şəbəkəsidir. Şəbəkənin taleyi isə göstərdi ki, hətta güclü riyaziyyatçılar da bəzən hesablamalarda yanlışa yol verə bilirmiş.

MUĞAN ADLI BANKIN DAĞ BOYDA DƏRDİ

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor — ARAŞDIRMA

Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev düz 21 ildir (2000-ci ildən) əsas səhmdar olmaqla yanaşı, bankın Müşahidə Şurasının sədridir. Azərbaycana xas olan tipik üsulla idarə olunan bankın tipik problemləri var. Digər banklar kimi, Muğan Bank da manatın devalvasiyasına qədər yüksək qazanc əldə edə bilirdi. Index.az bankın audit hesabatına (2009-cu ildən açıqlanır) istinadən hesablamalar aparıb və müəyyən edib ki, son 10 ildə Muğan Bank 22 milyon manata yaxın mənfəət əldə edib. Bu vəsaitin hamısı Mehdiyevlər ailəsinin cibinə axıb. Milli valyutanın ucuzlaşması bankın bütün problemlərini ortaya çıxardı. 2015-ci ili bank 444 min manat mənfəətlə bağlaya bilsə də, 2016-cı ildə 20 milyon manat, 2017-ci ildə isə 7.8 milyon manat zərərlə üzləşdi. 2018-ci ildə bank 1 milyon manatdan bir qədər artıq qazanc əldə etsə də, 2019-cu ildə zərər 28 milyon manata yaxınlaşırdı. Ötən il əldə olunan 707 min manatlıq mənfəət bankın dərdinə dərman ola bilmədi. Baxmayaraq ki, səhmdarlar arasında həm maliyyəçi var, həm də həkim (Vəfa Vəliyeva ixtisasca həkimdir). Elmir Mehdiyev isə problemləri müşahidə etməyə davam edir. Hazırda bankın bölüşdürülməmiş zərəri 25 milyon manatdan bir qədər azdır.

2020-ci ildə Muğan Bankın aktivləri 10.6% azalaraq 591 milyon manata enib. Aktivlərin 328 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Yeri gəlmişkən, ötən il bankın kredit portfeli 8.3% azalıb. Bankın depozit portfeli isə 16.7% azalaraq 279 milyon manata düşüb.

2021-ci ilə Muğan Bank yaxşı başlayıb. Rüblük hesabatdan bəlli olur ki, bankın mənfəəti 1.6 milyona yaxındır. Halbuki, bank ötən ilin eyni dövrünü 1.3 milyon manat zərərlə başa vurmuşdu.

Bankın aktivləri 1% və kredit portfeli isə 9% azalıb. Muğan Bankdan depozit axını da davam edir. Bankın depozit portfeli 7.6% azalaraq 250.4 milyon manata düşüb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...