Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab

Tarix:9-04-2021, 10:13

“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab 2020-ci ilin payızında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu möhtəşəm qələbə qazanaraq 30 il işğal altında qalmış torpaqılarımızı yağı tapdağından azad etdi. Bu zəfər dövlət rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti, silahlı qüvvələrimizin mütərəqqi texnologiyalarla təchizatı və əlbəttə ki, vətənpərvər əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində təmin olunmuşdur. Odur ki, şəhid ailələrinin, əlil olmuş, yaralanmış döyüşçülərimizin sosial rifah halının yaxşılaşdırılması kimi, evinə salamat dönmüş qalib əsgərlərin mülki cəmiyyətdə məşğulluğunun təmini də hökumətimizin diqqət mərkəzindədir. Müharibənin gedişində ordu ilə vəhdət təşkil edən xalqımızdan məmurlar da ibrət götürməli, qələbəmizə töhfə vermiş vətəndaşların önündə bürokratik əngəllər, süni manelər yaratmamalı, onların qarşısına korruptiv tələblər qoymamalıdırlar.

Amma görünür, bütün bu sadalanan məsələlərin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhərindəki 5 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Mübariz Əhədov üçün bir qara qəpik qədər əhəmiyyəti yoxdur. Onu yalnız öz cibi maraqlandırır.

Redaksiyamıza müraciət edən Masallı rayonunun Miyankü kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Natiq Şirzad oğlu bildirir ki, könüllü olaraq yollandığı Vətən müharibəsinin çəkdiyi 44 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, yaralanıb. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlarla təltif olunub. Bu təqdimatı onun müraciətinə qoşma etdiyi sənəd surətləri ilə də təsdiq olunur.

Natiq evlidir, iki azyaşlı övlad atasıdır. Mənzil və məşğulluq problemləri var, Masallının Miyankü kəndində kirayə yaşayır. Qazi kimi cəbhədən qayıtdıqdan sonra yenə də diqqətini həyati - məişət qayğılarının öhdəsindən gəlmək üçün cəmləşdirib. Peşəsi sürücülükdür, “BC” dərəcəsi daşıyır. İş axtarırkən, ona bir şirkətdə sürücülük təklif olunub. Bir şərtlə ki, “E” kateqoriyasına yiyələnsin. Onsuz da üç aydan sonra sürücülük vəsiqəsinin vaxtının bitəcəyini nəzərə alan və “E” kateqoriyasına uyğun sürücülük qabiliyyətinə də malik olduğuna güvənən Natiq Hüseynov 5 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinə müraciət edir. Onu imtahan edirlər, iddia etdiyi kateqoriyaya uyğun qabiliyyət nümyiş etdirsə də, müxtəlif bəhanələrlə, çaşdırıcı fəndlərlə imtahandan kəsirlər. Etirazını bildirmək üçün RQİTB Şöbəsinin rəisi Mübariz Əhədovla görüşür və ümid edir ki, Vətən müharibəsi qazisi olduğu üçün rəis ona qarşı haqsızlıq edilməsini rəva bilməz. Lakin şəxsən rəisin özündən eşitdiyi tələb Natiqi şoka salır: “Mənimçün maraqlı deyil sən müharibə iştirakçısısan, 1200 manat verməsən, “prava” üzünə həsrət qalacaqsan!”

Hazırda iş tapmaq üçün həmin şirkətin təklifindən başqa işıq gələn yeri olmayan Natiq Hüseynov üçün isə Mübariz Əhədovun cavabı onu öldürə bilməyən erməni gülləsindən daha bedtər olub.

Cənub bölgəsində “Mübariz” adına böyük rəğbət var. Bunu şərtləndirən səbəbləri sadalamaq istəmirik, yəqin müşahidəli oxucu özü nələri, kimləri nəzərdə tutduğumuzu başa düşər. Öyrəndik ki, əslən Ucar rayonundan olan Mübariz Əhədov bölgədə məlum vəzifəyə təyin olunandan sonra onun ünvanına səslənən gileyləri belə bir məyusluq ifadəsi müşayiət edir: “Heyf o daşıdığı addan!”

O da bəlirlənib ki, Mübariz Əhədovun təqaüdə çıxmasına cəmi bir ay qalıb, amma daxili işlər orqanlarında xidmət (əgər buna xidmət demək olarsa) müddətinin uzadılmasına çalışır. Son təyinatına qədər DİN-nin BDYPİ nin İmtahan Qeydiyyat İdarəsində işləyib. Görünür, o, baş idarədə işlədiyi vaxt yiyələndiyi vərdişləri indi tərgidə bilmir. Ancaq Lənkərana təyinat alandan sonra KİV-də barəsində yetərincə tənqidi məqalələr getdiyindən, təxmin etmək olar ki, M.Əhədovun sistemdən kənarlaşmağını ertələmək arzusu baş tutmayacaq. Çox hörmətli nazir Vilayət Eyvazov DİN-ə rəhbərlik etməyə başladığı iki ilə yaxın müddət ərzində DİO-da korrupsiyaya qarşı mübarizə işə sərtləşdirilib. Ehtimal etmək olar ki, rəhbərlik də M.Əhədovun təqaüd yaşının tamam olmasına az qaldığını nəzərə alıb xidməti tarixçəsinə qara yazı düşməsini istəmir. Buna görə M.Əhədov rəhbərliyə minnətdar olmalı, karyerasının son akkordlarını yaxşı əməllərlə başa vurmalıdır.

“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavabскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...