Anons

Bu gün, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Bu gün, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Bu gün, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Bu gün, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Dünən, 11:53- Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Dünən, 09:43- Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Dünən, 09:10- Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Haqqımızda Əlaqə

ŞƏHİD RƏVAN LƏTİFOV

Tarix:3-04-2021, 19:40

ŞƏHİD  RƏVAN  LƏTİFOV Rəvan Lətifov 1991-ci il avqustun 26-da Oğuz rayonu Xaşmaz kəndində ziyalı ailəsində anadan olmuşdur.2008-ci ildə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetin “Təhsilin təşkili və idarə edilməsi‘’ fakultəsinə qəbul olunmuşdur. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında “N”saylı hərbi hissədə qulluq etmişdir. Qulluq zamanı bir neçə təltifnamə və təşəkkürnamə almışdır. 2014-cü ildə Oğuz rayonu şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd orta məktəbində təşkilatçı vəzifəsində işləməyə başlamışdır. 2020–ci il sentyabrın 28-də səfərbərliklə ordu sıralarına çağrilmışdır.
Rəvan Lərifov 29 sentyabr 2020 –ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin “N”saylı hərbi hissəsində iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulmuşdur. 29 oktyabr tarixdə Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Füzuli rayonunun ikinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir. 6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü olur. Bu istiqamətlərdə gedın qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunur.
16 noyabr 2020 –ci ildə Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Rəvan Lətifovun Ömür adlı oğlu yadigar qalmışdır.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN ŞƏHİDİM.VƏTƏNİN İGİD QƏHRƏMAN OĞLU.

ELDAR QAFAROV

ŞƏHİD  RƏVAN  LƏTİFOV
ŞƏHİD  RƏVAN  LƏTİFOVскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...