Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Azərsu ASC-yə ayrılan 7 milyard necə yox oldu? – EKSPERT

Tarix:1-02-2021, 10:16

Azərsu ASC-yə ayrılan 7 milyard necə yox oldu? – EKSPERT 2015-ci ilin sonuna Azərsu ASC-nin balans zərərinin məbləği 5 milyard manat olub. 2016-cı ilin mayında suyun qiyməti artırılıb.

Stimulxəbər.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Azər Mehtiyev Tarif Şurasının suyun qiymətini ikiqat artırmasını şərh edərkən qeyd edib.

O bildirib ki, 2015-ci ilin sonuna Azərsu ASC-yə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4.3 milyard manat, 2019-cu ilin sonuna isə bu məbləğ (əlavə ödənilmiş kapitaldakı nəzərə alınmaqla) 6.9 milyard manat olub:

“Yəni bu dövrdə dövlət ASC-yə əlavə olaraq 2.6 milyard manat vəsait yatırıb. 2019-cu ilin sonuna ASC-nin balans zərərinin məbləği 7 milyard manata yüksəlib. 2020-ci ilin hesabatı hələ yoxdur. Amma yəqin ki, “Azərsu”nun zərəri daha da artmış olar: ən azı ona görə ki, onlar ilin son 3 ayında “daxili mənbələr” hesabına işğaldan azad edilmiş ərazilərdə su infrastrukturunu bərpa etməyə başlayıbdır”.

Ekspertin sözlərinə görə, artıq dövlətin öz şirkətlərinə büdcədən böyük pullar ayırmaq imkanı yoxdur:

“Buna görə də suyun qiymətinin qalxması gözlənilən idi. Eyni addımların digər dövlət şirkətlərinin xidmətləri üzrə olacağı da gözləniləndir. Amma bir şey var ki, suyun qiyməti artırıldıqca, ASC-nin zərəri də artmaqdadır. Deməli, problem heç də yalnız suyun qiymətində yox, daha çox “quyunun dibi”ndə, yəni ASC-nin bədxərc fəaliyyətindədir. Bütün dövlət şirkətlərinin xərcləri çox şişirdilir. Bundan sonra dövlət bu xərcləri “investisiya” adı altında subsidiyalaşdıra bilməyəcəyindən, məsələ “daxili mənbələr”in üzərinə keçir. Bu halda hələlik əsas hədəfdə olan “daxili mənbə” müştərilərdir”.

A.Mehtiyev bütün bunların hökumətin dövlət şirkətlərində islahat aparmamasının acı nəticəsi olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...