Anons

Bu gün, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Haqqımızda Əlaqə

İki milyon manatı həzmi-rabedən keçirən AKADEMİK ŞƏBƏKƏ — Dövlət onlara bata biləcəkmi?!

Tarix:31-01-2021, 18:39

İki milyon manatı həzmi-rabedən keçirən AKADEMİK ŞƏBƏKƏ — Dövlət onlara bata biləcəkmi?! Bir neçə gün öncə professor İdris Abbasovun özünün şəxsi profil səhifəsində “Akademiklər İsa Həbibbəyli və Möhsün Nağısoylunu bağışlamaq olarmı?!” başlıqlı paylaşımının rəy bölməsində İsa Həbibbəylinin 2 trolunun fəal iştirakının şahidi olduq. Bunlar kimdirlər? Biri Rəşad Qasımovdur. Rəşad, bilməyənlər üçün qeyd edək ki, İsa Həbibbəylinin bircəcik şirinciyəz bacısı oğludur. Deyirlər, dayılar bacısı oğlanlarını çox sevərlər. Digər tərəfdən də belə bir el məsəli var: “İgid oğlan dayısına çəkər.”

Ona görə də İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutuna direktor gələr-gəlməz dərhal dayı sevgisini bacısı oğluna real göstərmək üçün onu ən “xod” gedən vəzifəyə gətirib qoydu. Ona qədər bu işin layiqincə öhdəsindən gələn və heç bir qüsuru olmayan Vahid adlı şəxs idi bu vəzifədə.

Ədəbiyyat İnstitutunda indi də İsanın qorxusundan nümayişkaranə şəkildə deməsələr də, ancaq yeri gəlmişkən Vahid müəllimin institutun ümumi işlər üzrə direktor müavini işindən getməsinə acıyırlar. Çünki Vahid müəllim hər zaman işini vicdanla yerinə yetirmişdir. Əslində Vahid müəllimin bu işdən uzaqlaşdırılması “İsa Həbibbəyli prizması”ndan “haqlı və düzgün” bir addımdır.

Uzun illər Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli çox gözəl bilir ki, özü kimi bir maxinator, dövlət büdcəsini yeyib-dağıdan adamçün Vahid müəllim kimi vicdanlı, ləyaqətli bir adamla işləmək əmələ gəlməz. Bu vəzifədə Rəşad kimi bir bacıoğlu olmalıdır ki, dayısının müxtəlif donlar geyindirməklə dövlət büdcəsini dağıtmaq əmrini dərhal yerinə yetirsin. Axı instituta bütün inventarlar, keçirilən tədbir və digər məsələlərin maddi xərcləri məhz bu vəzifədə olanın əli ilə rəhbərin istədiyi şəkildə həzmi-rabedən keçirilir.

Necə ki bir neçə il bundan öncə cənab Prezidentin Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə akademiyanın Rəyasət Heyətinin hesabına köçürdüyü 2 milyonun acı taleyi məhz 2 şəxs – o zaman Rəyasət Heyətində Humanitar Bölmənin akademik katibi Kamal Abdulla (indiki Azərbaycan Dillər Universitetinin rektoru) və vitse-prezident İsa Həbibbəyli tərəfindən sona yetmişdir (2013-2014-cü illərdə nə qədər pul keyfiyyətsiz kitab nəşrinə, sınıq-salxaq inventarlara silinmişdir!). Bu 2 şəxs çox möhkəm dostdurlar, onları birləşdirən ən böyük amal büdcəgir sevdalı olub illərdir vəzifədə oturaraq dövlət büdcəsini dağıtmaqla nəinki özlərinə, həm də nəvə-nəticələrinə gözəl, firavan həyat qurmalarıdır. Onlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə qohum olduqlarını deyərək insanları qorxu altında saxlamışlar.

İdris Abbasovun 2 milyon manatla və külli miqdar qrantlarla bağlı paylaşımında bacıoğlu Rəşadın Samirə Kərimovanı da özünə qoşaraq rəy bölməsində canfəşanlıq etmələri elə-belə deyil.
Şirinxətəm Rəşad vaxtilə Kamal Abdulla və İsa Həbibbəylinin sifarişi ilə yazılaraq Dilçilik İnstitutunun qısamüddətli direktoru olmuş Fəxrəddin Veysəllinin boynuna atılaraq “günalandırılan” hansısa yazını skrin edib rəy bölümünə atmaqla özlüyündə elə fikirləşir ki, əzizxələt dayısı İsa Həbibbəylini və onun büdcəgir sevdalı silahdaşı Kamal Abdullanı xilas edir. Bu əsla belə deyil. Bilənlər bilir.

Dəfələrlə öz yazılarında 2 milyon və yüz minlərlə qrant məsələsini qaldıran İdris Abbasovun harayına isə zavallı Fəxrəddin Veysəllini günahlandıran skrin ilə “cavab” verilir.
Altında 60 minlik Toyota avtomobili, lüks həyat şəraiti olan şirinxətəm bacıoğlu Rəşad Qasımov İsa Həbibbəyliyə belə ağır günlərdə lazımdır ki, qol gücü göstərsin. Hələ bu harasıdı!
Möhtərəm Prezidentin sərəncamı ilə AMEA Rəyasət Heyətinin balansına köçürülən 2 milyonun Dilçilik İnstitutu üçün səmərəsiz, taleyinin acı olmasının günahkarları məhz o zaman Rəyasət Heyətində rəhbər vəzifədə olmuş büdcəgir sevdalı akademiklər Kamal Abdulla və İsa Həbibbəylidir. Müsibəti-Fəxrəddindən sonra “günah keçisi” Möhsün Nağısoylunu da o iki şəxs direktor qoydular. İ.Abbasovun yazdığı kimi, M.Nağısoylu ört-basdır əməliyyatını uğurla həyata keçirdiyi üçün təltifləndiriblər. Bəli, Möhsünü də özləri kimi “akademik” qayırdılar.

Fəxrəddin Veysəlli isə Kamal Abdullanın əmrilə institut üçün o zaman alınmış bəzi keyfiyyətsiz əşyaların qəbulu ilə bağlı bəzi sənədlərə imza etmişdir. Qeyd edək ki, həmin əşyalar öz real bazar qiymətlərindən 10 qat fantastik qiymətlərlə sənədləşdirilərək həmin 2 milyonun anasını ağlatmışlar.
Əziz oxucular, əsl həqiqət budur!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...