Anons

Bu gün, 17:00- Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

Bu gün, 16:40- BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Bu gün, 16:15- " `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

Bu gün, 15:38- "AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Bu gün, 14:53- “Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

Bu gün, 14:28- Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Bu gün, 14:08- Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

Bu gün, 13:44- Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Bu gün, 13:03- Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

Bu gün, 12:36- Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu gün, 12:06- “Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

Bu gün, 11:33- İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:53- “İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

Bu gün, 10:10- Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Bu gün, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Bu gün, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Dünən, 21:04- Bayramov Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Dünən, 20:49- Ramin Abdullayevin “göydələn” biznesi

Dünən, 19:38- “Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR

Dünən, 19:19- Ən çox şikayət edilən banklar açıqlandı: "Bank of Baku" liderliyini qoruyur - SİYAHI

Haqqımızda Əlaqə

Nəsimi rayonunda "Yaşıl soyqırım" törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət

Tarix:10-01-2021, 15:45

Nəsimi rayonunda "Yaşıl soyqırım"  törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsinin bir qrup sakinləri Fədail adlı iş adamının qanunsuz əməllərindən boğaza yığılaraq redaksiyamıza müraciət ediblər. Vətəndaşlar Ulu Öndər Heydər Əliyevin Sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi zamanlarda 4-cü mikrorayon ərazisində xeyli sayda agac əkilərək yaşıllıq zonası yaradıldığını vurğulayıblar. Daha sonra sakinlər qeyd edirlər:

"Aparılan yaşıllaşdırma işləri zamanı, Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsi ərazisində torpaq sürüşməsi və ya digər baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə xeyli sayda iynə yarpaqlı ağaclar əkilmiş, həmin küçənin 37 saylı binasının qarşısı mişar daşı ilə hörülmüşdür.

Nəsimi rayonunda "Yaşıl soyqırım"  törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət


Bundan sonra sakinlər tərəfindən burada xeyli sayda müxtəlif növ ağac və gül kolları əkilərək, yaşıllıqlara qulluq edilmişdir.

Bildiririk ki, 2018-ci ildə özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edən Fədail adlı şəxs binanın qarşısında olan bu yaşıllıq ərazisində Laçın rayonundan olan Şahruz adlı şəxslə əlbir olaraq ikinciyə məxsus yardımçı tikilinin sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisini planlaşdırmışdır. Bununla bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə müraciətin nəticəsi olaraq, tikintinin qarşısı alınmışdır.

Lakin, son günlər həmin ərazidə adları yuxarıda qeyd olunan Fədail adlı şəxs tərəfindən yenidən yaşayış binasının tikintisinin planlaşdırıldığı məlum olmuşdur. Belə ki, Fədail adlı şəxsin yaxın adamları vasitəsilə həmin ərazidə tikinti ilə bağlı icazənin (sərəncam) alındığı bildirilərək, ətrafda yaşayan sakinlərə müxtəlif vədlər verilərək tikinti başlanılan zaman səs-küy salmamaları barədə xahiş etmişlər.

Bildiririk ki, qeyd olunan ərazidə xeyli sayda iri gövdəli iynə yarpaqlı ağaclar, meyvə ağacları və gül kolları vardır ki, bu da tikinti zamanı gələcəkdə yaşıllığın məhvi ilə yanaşı fövqəladə halların yaranmasına da şərait yaradır."

P.S... Vətəndaşların müraciətlərini araşdırarkən iş adamı, oliqarx kimi tanınan Fədail adlı şəxsin ətrafında apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə edə bildik. Müxtəlif mənbələrdən əldə etdiyimiz informasiyalara görə əslində Fədail kifayət qədər kapitala malik olan qaranlıq oliqarxlardan biridir, Bakı şəhəri daxil olmaqla bölgələrdə də geniş imtiyazları olan iş adamıdır. Ölkə üçün xarakterik olan qohumluq və yaxınlıq əlaqələrindən bəhrələnmək tendensiyası Fədailin timsalında özünü çılpaq biruzə verir. Əldə etdiyimiz məlumatlara görə Fədail Milli Məclisin üzvü Malik Həsənovla qudadır. Malik Həsənovun isə öz növbəsində kimin qardaşı olması haqqında fikir söyləməyə ehtiyac yoxdur. Ölkədə narazılıq yaradan, hər addımda vətəndaşların hüquqlarını pozan, insanların haqqlarını mənimsəyən, pul qazanmaq naminə dövlətin imicinə xələl gətirən oliqarxların arxasından həmişə yüksək çinli məmurların çıxması adi hala çevrilib. İddia olunur ki, Fədail adlı iş adamı da məhz bu səbəblərdən özünü fövqəl gücə malik qüvvə kimi təqdim edir. Apardığımız kiçik araşdırmalar zamanı məlum oldu ki, Fədailin qanunsuz əməlləri bununla yekunlaşmır. Sən demə, hündür mərtəbəli binalar inşa etdirən arxalı iş adamı satılan mənzillərin sahəsini olduğundan artıq hesaba vuraraq alıcılardan külli miqdarda əlavə vəsaitlər qopara bilib. Bu və digər məsələlərlə bağlı araşdırmalarımızın nəticəsi ilə gələn yazılarımızda tanış ola biləcəksiniz.
Ardı var...
Mövzu ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...