Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Əhmədzadənin Sabirabaddakı oliqarxı – Elman Nuriyev bölgənin kralıdır

Tarix:9-01-2021, 18:01

Əhmədzadənin Sabirabaddakı oliqarxı – Elman Nuriyev bölgənin kralıdır Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Savaşı böyük zəfərimizlə başa çatdı. Torpaqlarımızın azad edilməsində şəhidlərimiz canından keçdi. Yaralı əsgərlərimizə dövlət başçısının göstərişi ilə böyük qayğı və diqqət göstərilir. Lakin 44 günlük Vətən Savaşı dövründə bəzi məmurlar gözə dəymədi. Daha sonra da savaşımız qələbə ilə yekunlaşandan sonra da öz övladlarını ABŞ-da təhsil adı ilə yollayan yerli balaca məmurlar da oldu. Belə məmurlardan biri də, Meliorasiya və Su Təsərrüfatı ASC-nin regional idarələrindən birinin rəhbəridir. Kür-Araz Çaylarının Aran Mühfaizə İdarəsinin rəisi Elman Nuriyev əslində 44 günlük savaş dövründə özünə imperiya qurmaqla məşğul idi. DİA.AZ-ın elektron poçtuna daxil olan məlumatda bildirilir ki, Elman Nuriyev Vətən Savaşı dönəmində bütün idarələrin texniki imkanları səfərbər olduğu bir zamanda özünə, qardaşına və qardaşının oğluna biznes imperiyası qururmuş.

Belə ki, E.Nuriyev uzun illərdir ki, 7 Aran rayonunu əhatə edən Kür və Araz çaylarının mühafizə bəndlərinin tikinti qadağan edilən ərazilərində özünə obyektlər inşa etməklə məşğul olub. DİA.AZ-a bilgi verən mənbə bildirir ki, uzun illərdir ki, Kür çayının Sabirabad şəhəri sahilində yerləşən “Şamlıq” Restoranı da E.Nuriyevə məxsusdur. E.Nuriyev 44 günlük Vətən Savaşı dövründə bu restoranı ləğv edərək özünə hektarlarla ərazidə, özü də Kür çayının mühafizə bəndləri zonasında böyük bir Şadlıq Evi inşa etməklə məşğul olub. Məlumat verən mənbə bildirir ki, bir çox yerli və idarələrin texnikaları işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb edildiyi bir vaxtda Nuriyev özünə şadlıq evi inşa etdirib və texnikaları da öz şəxsi mülkiyyətini, sərvətini artırmaq üçün saxlayıb.

Sabirabad rayonunda bütün əhali şəhidlərini son mənzilə yola salarkən, rayonun demək olar ki, bütün kəndlərində, rayon mərkəzində hər kəs yalnız şəhidlərinin əziz xatirəsini yad edərək onlara ehtiram saxladığı bir zamanda Elman Nuriyev şadlıq, toy, sərvət əldə etmək üçün özünə gün ağlamaqla məşğul olurdu.

Hazırda da hektarla ərazidə tikinti işləri tam sürəti ilə davam etməkdədir. Onu da əlavə edək ki, Əhməd Əhmədzadənin böyük qoyun sürülərini, balıq vətəgələrini, tikinti, təmir işlərini, həmçinin də dövlət büdcəsindən maliyyələşən idarələrə ayrılan ehtiyat hisslərini də məhz Nuriyevin başçılığı ilə qara bazarda, özü də qardaşı Saleh Nuriyevin dükanlarında “xırıd” edirlər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə E.Nuriyevin Kür çayının mühafizə olunan bənd ərazisində inşa etdirdiyi Şadlıq Evində işləyən dövlət təşkilatına məxsus texnikalarının video görüntülərini də sizlərə təqdim edəcəyik. Eyni zamanda rayonda və Bakıda yerləşən obyektlərinin, özünə və yaxın ailə üzvlərinin məxsus bahalı avtomobil kolleksiyalarının görüntülərini də təqdim edəcəyik. Yeri gəlmişkən, Elman Nuriyevin inşa etdirdiyi Şadlıq Sarayı yalnız Kür çayının mühafizə zolağına düşmür. Eyni zamanda tikinti işləri aparılan ərazi Azərbaycanda “Qırmızı kitab”a düşən ağac növü olan Ulqun sahələrinin qırılması ilə nəticələnir. Qeyd edək ki, müvafiq qanunverciliyin tələblərinə əsasən Ulqun ağaclarının qırılmasına görə, ağır cəzalar, hətta cinayət təqibi də nəzərdə tutulur. Xüsusilə də hüquqi şəxslər və vəzifəli şəxslər üçün bu tədbirlər daha sərt şəkildə qanunvericilik toplusunda öz əksini tapır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...