15-01-2021, 17:14- Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
15-01-2021, 16:59- Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
15-01-2021, 15:23- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
15-01-2021, 14:57- Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
15-01-2021, 14:12- Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - Texnikalar əraziyə gətirildi
15-01-2021, 13:35- Sabah hava yağmursuz keçəcək
15-01-2021, 13:08- Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib (FOTO)
15-01-2021, 12:44- Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB
15-01-2021, 11:51- Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - Reydlərə başlandı (Video)
15-01-2021, 11:00- Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
15-01-2021, 10:33- Yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı
15-01-2021, 10:09- Dünya fond bazarlarının əsas indeks göstəriciləri
14-01-2021, 17:07- ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
14-01-2021, 16:44- Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib
14-01-2021, 16:18- İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM
14-01-2021, 15:51- Azərbaycanda bu məhsulların qiyməti ucuzlaşıb
14-01-2021, 15:29- Ceyhun Bayramov Pakistanın Prezidenti ilə görüşüb
14-01-2021, 15:00- Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq - Nazir
14-01-2021, 14:06- Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb
14-01-2021, 13:42- Sabahın havası
Artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi Qələbəmizdir. Qibtə ediləcək bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
“Yenicə qədəm qoyduğumuz 2021-ci il isə qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il tarixə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaqdır. Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında mühüm və əvəzolunmaz rol oynayacaq”, - deyə S.Xasayeva qeyd edib.
Deputat əminliklə vurğulayıb ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.
“Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaq. Çünki Fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə öz vətəndaşlıq töhfələrini verməkdən həmişə qürur duyacaqlar. Dirçəlişin mübarək, qalib Vətən!”, - deyə Səbinə Xasayeva bildirib.