Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsinin yekunudur

Tarix:1-12-2020, 18:38

Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsinin yekunudur Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu gün qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik edib.

Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputat xatırladıb ki, 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən az sonra – həmin il mayın 18-də Laçının qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə, günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovuldu, Laçının tarixi abidələrinə, təbiətinə böyük ziyan vuruldu. Laçının işğalı hiyləgər və mənfur düşmənin öz çirkin məqsədlərinin tezliklə həyata keçirilməsinə geniş imkan yaratdı.

Laçının ardınca Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın xain Ermənistan tərəfindən işğal edildiyini deyən S.Xasayeva deyib: “Laçının işğalından istifadə edən Azərbaycan Xalq Cəbhəsi həmin dövrdə hərc-mərclikdən və özbaşınalıqdan istifadə edərək hakimiyyəti qəsb etdi. Başı hakimiyyət uğrunda mübarizəyə qarışan təcrübəsiz hökumət nümayəndələri qeyd olunan rayonların işğal altına düşməsinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görə bilmədilər. Torpaqlarımız işğala məruz qaldı, mülki əhali öz doğma torpaqlarından didərgin salındı”.

Deputat diqqətə çatdırıb ki, ən qədim yaşayış məskənlərindən olan Laçın zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan, heç vaxt unudulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Eyni zamanda, füsunkar uca dağları, şiş qayaları, saysız-hesabsız müalicəvi bulaqları, tayı-bərabəri olmayan yaşıl çəmənləri və meşələri ilə qəlbləri heyran edən və riqqətə gətirən elimizin-obamızın iftixar yeridir. Deputat vurğulayıb: “Zəngin mineral ehtiyatları ilə məşhur olan Laçın yaramaz, utanmaz və heç bir abır-həya bilməyən, faşist ideologiyasına can-başla xidmət etməkdən çəkinməyən, həyasız sabiq Ermənistan liderləri Koçaryan, Sarkisyan və digərləri başda olmaqla, millətçi və xəbis ermənilər tərəfindən talanıb və məhv edilib. Bu yırtıcı və amansız cəlladlar, oğrular laçınlıların evlərinə soxularaq 28 ildən artıq bir müddətdə orada yaşayıblar”.

Səbinə Xasayeva təəssüflə bildirib ki, ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Haqq-ədaləti qorumağı və müdafiə etməyi üstün tutan ölkələrin bəziləri onların kimliyini gec də olsa, anladılar və başa düşdülər.

Deputat vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarə edən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə ermənilərin iç üzünü, əsil simasını açıb dünyaya göstərdi. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddialarla bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qorxulu bir düşməndir. Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.

Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...