Anons

Bu gün, 16:42- “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Bu gün, 15:58- İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək

Bu gün, 15:25- Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası davam etdirilir

Bu gün, 15:00- Azad olunmuş yerlərə icazəsiz gedənlər: mülki şəxsləri oralara kim buraxır?

Bu gün, 14:31- Bulvarda 1 nəfər özünü dənizə atdı

Bu gün, 14:06- İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

Bu gün, 13:43- Sabahın havası

Bu gün, 13:19- Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq

Bu gün, 12:54- Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını İSTƏDİ: “Səhv qərar olub”

Bu gün, 12:27- Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR

Bu gün, 12:00- Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötdü

Bu gün, 11:35- Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Bu gün, 11:08- Bayrağa görə qovulan tələbə BDU-ya bərpa olundu

Bu gün, 10:46- Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Bu gün, 10:12- Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq

28-11-2020, 17:00- Son dəqiqə! Füzulidə avtomobil minaya düşdü, 5 nəfər həlak oldu

28-11-2020, 13:24- Şuşadan ACI XƏBƏR GƏLDİ: hərbçimiz ŞƏHİD OLDU - FOTO

28-11-2020, 12:40- Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb

28-11-2020, 11:32- Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir

28-11-2020, 11:15- Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Haqqımızda Əlaqə

Bazara çevrilən "Azərişıq"və zülmətə qərq olan əhali

Tarix:21-11-2020, 20:30

Bazara çevrilən "Azərişıq"və zülmətə qərq olan əhali 1 il bundan əvvəl Binəqədi rayonu 28 may qəsəbəsində yaşayan sakinlər "Azərişığ"ın yarıtmaz fəaliyyətinə etiraz edərək Bakı-Şamaxı magistral yolunu bağlayaraq etiraz aksiyası keçirmişdilər. Aksiyanın səbəbi on minlərlə insanın soyuq qış aylarında elektrik enerjisinə saatlarla həsrət qalması idi. Hələ bir il bundan əvvəl "Azərişıq" rəsmiləri söz vermişdilər ki, adıçəkilən ərazidə əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək və mövcud problem aradan qaldırılacaq. Verilən vəddən sonra bir ay müddətində səhər saatlarından axşama qədər qəsəbəyə verilən elektrik enerjisini dayandıran "Azərişıq" bunu aparılan təmir işləri ilə əlaqələndirərək abonentləri səbrli olmağa dəvət etdi. Sonda əhaliyə bildirildi ki, narahat olmağa əsas yoxdur, bütün problemlər aradan qalxıb. Yaz,yay və payız aylarında elektrik enerjisinin verilməsində müxtəlif vaxtlarda qısa fasilələr olsa da, havaların mülayim keçməsi münasibətlərin gərginləşməsinə imkan vermirdi. Nəhayət, havaların soyuması ilə paralel olaraq 28 may qəsəbəsinin elektrik enerjisi ilə əlaqədar yaranan problemləri yenidən qabarmağa başladı. 21 noyabr tarixində səhər saatlarından başlayaraq axşam saat 19:00 radələrinə qədər 28 may qəsəbəsi yenidən qara günlərini yaşamağa başladı. 199 çağrı mərkəzinə edilən zənglər heç bir nəticə vermədi. Mərkəzdən zənglərimizə cavab olaraq bildirirdilər ki, qısa zaman ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq lakin, verilən vədlər təsdiqini tapmadı və bu proses axşam saatlarına qədər davam etdi. Məcburiyyət qarşısında qalaraq "Azərişığ"ın texniki direktoru vəzifəsini tutan Vüsal müəllimə telefon açaraq 28 may qəsəbəsində elektrik enerjisinin verilməsində yaranan problemlərin nə vaxt həllini tapacağını soruşduq. Vüsal müəllimin cavabı isə çox orijinal oldu - "Maşın sürərkən təkərləri partlamırmı?" Aldığımız cavab bizi təəccübləndirsə də cavab verdik ki, maşınımızın təkəri sıradan çıxırsa qısa zaman ərzində onu təmir etdirərək yolumuza davam edirik. Bu təmir isə saatlarla davam etmir. Soyuq havada saatlarla işıqsız qalan vətəndaşın, baş verənlərə görə məsuliyyət daşıyan qurumun ikinci şəxsinə verdiyi sualın cavabına diqqət yetirin. Məlumat üçün bildirək ki, 8 saata yaxın ərazidə elektrik enerjisinin olmamasına baxmayaraq, Vüsal müəllimin bundan heç xəbəri belə yox idi. Vətəndaşa enerji verilişində yaranmış problemin səbəbləri barədə məlumat vermək əvəzinə onunla "bazar "leksikonu"nda danışan "Azərişıq"rəsmisinin hansı yollarla indiki postunda yerləşdiyi ciddi suallar doğurur. Məlumat üçün bildirək ki, zaman-zaman "Azərişıq"ın rəsmi şəxslərinin davranışı, etik normaları aşması və kobudluğu barəsində informasiyalar alırıq. "Azərişıq"da texniki direktor vəzifəsini tutan Vüsal adlı şəxsin "bazar jarqonunda"vətəndaşlara sərgilədiyi münasibət ciddi müzakirə mövzusudur. Nəzərə alsaq ki, ölkə müharibə şəraitində yaşayır, insanların psixoloji-emosianal durumu fərqlidir, belə situasiyada "Azərişıq" kimi strateji əhəmiyyətli sahənin rəsmi şəxsinin danışıq tərzi və təfəkkürü ilkin olaraq sədr Vüqar Əhmədovu ciddi narahat etməlidi. Paytaxtın bir addımlığında yerləşən qəsəbənin elektrik enerjisi ilə bağlı yaranan problemlərini neçə illərdir ki, həll edə bilməyən "Azərişıq", işğaldan azad olunmuş Dağlıq Qarabağın ərazilərində abadlıq və yenidənqurma işlərini Vüsal kimi kadrlarla həyata keçirmək niyyətindədirmi? ...Acınacaqlı durumdur... Görünən odur ki, "Azərişıq"da qeyri-sağlam iş mühiti hökm sürür, təsadüfi insanlar rəhbər vəzifələrə irəli çəkilir. Bunun acı nəticələri isə göz qabağındadır. Prezidentin daim diqqətdə saxladığı, strateji sahə hesab olunan "Azərişıq"da ciddi islahatlara ehtiyyac duyulur. Ümid edirik ki, dövlətin müvafiq qurumları "Azərişıq"da baş verənlərə diqqət ayıracaq, bu qurumda "bazar" münasibətlərini formalaşdırmağa cəhd edən qruplaşmaların qarşısı vaxtında alınacaq.
Mövzunu diqqətdə saxlayacağıq. Növbəti yazılarımızda təmir adı altında mənimsənilən vəsaitlərin kimlərin cibinə axması barədə araşdırmalarımızın nəticələri ilə tanış ola biləcəksiniz.
Ardı var...
Araşdırma qrupuскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...