Anons

Bu gün, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Dünən, 21:04- Bayramov Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Dünən, 20:49- Ramin Abdullayevin “göydələn” biznesi

Dünən, 19:38- “Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR

Dünən, 19:19- Ən çox şikayət edilən banklar açıqlandı: "Bank of Baku" liderliyini qoruyur - SİYAHI

Dünən, 18:29- İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək: 14 min pul xərcləyəcək - YEYİNTİNİN BELƏSİ OLMAMIŞDI...

Dünən, 16:33- "Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

Dünən, 16:07- Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

Dünən, 14:57- Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Dünən, 14:16- Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Dünən, 13:37- Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

Dünən, 13:13- Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Dünən, 12:51- Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

Dünən, 12:24- İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

Dünən, 11:43- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

Dünən, 11:12- Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

Dünən, 10:33- 14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:44- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Dünən, 09:24- "Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

Dünən, 09:01- Coşqun Əliyevdən heyrətamiz təqdimat: Süd-qatığ satan dostunu vəzifəyə təyin etdi,o da borcunu BELƏ ÖDƏDİ –FOTOFAKT

Haqqımızda Əlaqə

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti artırıldı

Tarix:19-11-2020, 14:36

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti artırıldı Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilmişdir:

● Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

● Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

● 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...