Anons

Dünən, 17:56- Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Dünən, 17:37- Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

Dünən, 17:25- Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Dünən, 16:41- Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO

Dünən, 14:03- Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Dünən, 13:36- BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Dünən, 12:48- Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Dünən, 11:57- Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Dünən, 11:39- Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək

Dünən, 11:02- Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

Dünən, 10:44- Azərbaycan şahmatçısı dünya ikincisi olub

19-10-2020, 18:33- “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 13:19- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

19-10-2020, 12:58- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

19-10-2020, 12:27- İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

19-10-2020, 11:45- Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

19-10-2020, 11:10- DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

19-10-2020, 10:32- BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

17-10-2020, 13:41- Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

17-10-2020, 13:00- Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Haqqımızda Əlaqə

Baş Prokurorluq: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb

Tarix:11-10-2020, 11:28

Baş Prokurorluq: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.

Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...