Anons

Dünən, 18:00- Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Dünən, 17:41- Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim

Dünən, 17:02- Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Dünən, 16:17- Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN

Dünən, 15:55- Azərbaycan hökuməti Facebook-a müraciət edib

Dünən, 14:42- Şəhid ailələri və müharibə əlillərinə ev verilib

Dünən, 13:38- Sabah arabir yağış yağacaq, külək əsəcək

Dünən, 13:19- Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR...

Dünən, 12:54- Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq

Dünən, 12:27- Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

Dünən, 11:11- Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı

Dünən, 10:36- Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var -FAO

Dünən, 10:02- Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür

27-10-2020, 18:19- Azərbaycan və Türkiyənin enerji tənzimləyiciləri arasında əməkdaşlıq protokolu imzalanıb

27-10-2020, 17:30- Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var - FOTO

27-10-2020, 16:55- Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib

27-10-2020, 16:27- FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

27-10-2020, 15:42- Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020, 15:04- Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

27-10-2020, 12:51- Sabahın hava proqnozu açıqlanıb

Haqqımızda Əlaqə

Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb

Tarix:29-09-2020, 17:33

Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Dövlət Xidmətindən bildirilib ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır.

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...