Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

Kəndləri Kür çayı basmır, Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..

Tarix:10-09-2020, 09:39

Kəndləri Kür çayı basmır, Əhmədzadə ilə Elman Nuriyevin adamları basır.. Prezident İlham Əliyev cənablarının son vaxtlar ən sərt tənqİd etdiyi sahələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Konkret olaraq suvarma sahəsində su itkisi adı altında dövlətin milyonlarla vəsaiti kimlərinsə cibinə gedir. Və nəticədə fermerlərin, kəndlilərin əkin sahələri susuz qalır və ciddi problemlər yaranır. Əslində ASC-nin sədri Əhməd Əhmədzadə və onun müavinləri istədikləri fermerlərə su satmaqla milyonlar qazanır. İclasda cənab Prezidentin verdiyi sualların qarşısında Əhməd Əhmədzadə söz tapa bilmirdi. Çünki günahkardır. ASC-nin əsas qurumlarından biri də Bəndatma İdarəsidir. Bir çox rayonlarda bu idarə fəaliyyət göstərir. Onlardan biri – Sabirabad Rayon Bəndatma İdarəsidir. Bu idarə haqqında yazacaqlarımız digər rayonlardakı idarələrə də aiddir. Bu idarənin rəisi Elman Nuriyev çilingərlikdən, sadə mühəndislikdən və s gələrək nəhayət Əhməd Əhmədzadənin sayəsində idarə rəisi olub. Elman Nuriyev dövlətin bu boyda idarəsini öz qohum-əqrəbasının ixtiyarına verib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu, adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağaza vasitəsilə silindiyi söylənilir. Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində ola bilməz. Təsəvvür edirsiniz dövlət vəsaiti hesabına alınan texnikalar sıradan çıxardılır və öz şirkətlərinə məxsus texnikalar guya icarəyə götürülür...özü də görünməyən qiymətə. Və bircə texnikanın istifadəsinə görə ayda 8-10 min manat pul silinir. Yəni dövlətin ayırdığı vəsaitlər ayrı-ayrı şirkətlər vasitəsi ilə şəxsi ciblərə gedir. Sonra da deyirlərki, Kür sahilindəki kəndləri sel-su basdı. Bu adamlar anlamır ki, kəndləri sel-su basmır ee, Əhmədzadənin və Elman Nuriyevin dağıtdığı vəsaitlərin seli basır. Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür ? Axı, xırda bir təhqiqatla, araşdırma ilə dövlətə nə qədər ziyan dəydiyini müəyyən etmək olar. Və ən dəhşətlisi odur ki, Elman Nuriyevin timsalında eyni vəziyyət bütün rayonlarda oxşardır. Növbəti yazıda digər rayonlardakı vəziyyəti təhlil edəcəyik. "GÜNDƏLİK BAKI"-nın ARAŞDIRMA QRUPU (Gundelik-baku.com)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...