Anons

Dünən, 17:03- Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi

Dünən, 16:31- Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb

Dünən, 16:00- Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

Dünən, 15:28- DİN açıq havada siqaret qadağası məsələsinə aydınlıq gətirdi

Dünən, 14:57- Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək

Dünən, 14:12- Sabah hava yağmursuz keçəcək

Dünən, 13:05- Pandemiya dövründə 2 300 məhkum vaxtından əvvəl azad olunub - RƏSMİ

Dünən, 12:39- Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA

Dünən, 12:22- FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Dünən, 11:50- Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “Asan İmza” BMT-nin SPECA İQTİSADİ FORUMU 2020-də təqdim olundu

Dünən, 11:17- Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

Dünən, 10:45- COVİD-19-a yoluxanların 70 faizdən çoxuna lazımsız yerə antimikrob preparatları verilir - ÜST

Dünən, 10:02- Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Dünən, 09:38- Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

22-11-2020, 13:30- Əli Nağıyev Şuşada

22-11-2020, 11:24- Azərbaycan Ermənistanın əsir götürdüyü Amin və Bayramla bağlı hərəkətə keçdi - RƏSMİ

21-11-2020, 12:20- Sabahın hava proqnozu açıqlanıb

21-11-2020, 11:43- Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik, bütün işlər tamamlanıb - Hulusi Akar

21-11-2020, 10:12- Ağdamda bir dənə də olsun salamat bina qalmayıb (FOTO)

20-11-2020, 17:06- Bakıya yeni liftlər gətirilib

Haqqımızda Əlaqə

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)

Tarix:2-09-2020, 23:37

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR) AMEA prezidenti Ramiz Mehdiyevin mediadan tutmuş, parlamentə qədər, özəl sektordan tutmuş, dövlət sektoruna qədər hər yerdə rüşvət və korrupsiya şəbəkəsi yaratdığı şübhəsizdir. Bu haqda kifayət qədər açıqlanmayan faktlar var və zaman hər şeyi ortaya çıxaracaq.

Redaksiyamız Ramiz Mehdiyevin Xarici İşlər Nazirliyində və səfirliklərdə rüşvət qarşılığında irəli çəkdiyi şəxslərlə bağlı sensasion faktlar əldə edib.

Belə ki, həmin şəxslərə vaxtilə Ramiz Mehdiyevin təqdimatı ilə Azərbaycanın Xarici İşlər Nazirliyində və səfirliklərdə yüksək vəzifələr verilib. Onların sırasında Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə çox yaxın dostluq münasibətləri olan diplomatlar da var.

Bu siyahıda öndə gedənlərdən biri hazırda Azərbaycanın Rumıniyadakı səfiri olan Hüseyn Nəcəfovdur.

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)


Əldə etdiyimiz məlumata görə, Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri vəzifəsində olarkən kürəkəni-sabiq deputat İlham Əliyev vasitəsilə Hüseyn Nəcəfovdan 100 min manat pul alıb. Bundan az sonra isə Ramiz Mehdiyev Hüseyn Nəcəfovun adını "layiqli kadr” kimi Azərbaycanın Rumıniyadakı səfiri vəzifəsinə təqdim edib.

Hüseyn Nəcəfovun qardaşı olan Murad Nəcəfbəyli isə hazırda Estoniyada səfirdir. Onların daha bir qardaşı Eldar Nəcəfov isə hazırda Xarici İşlər Nazirliyinin İkinci Asiya İdarəsinin rəis müavinidir.

Məlumata görə, Nəcəfov qardaşları hazırda həbsdə olan səfir Eldar Həsənovla çox yaxın münasibətləri olub.

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)


Peşəkar diplomatlar da etiraf edirlər ki, Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə adekvat deyil.

Şübhəsiz ki, Nəcəfov qardaşlarının az müddətdə sürətli yüksəlişində ən böyük rolu Ramiz Mehdiyev olub. Hətta, Ramiz Mehdiyev tez-tez bu qardaşlara görə xarici işlər naziri Elmar Məmmədyarova təsir göstərirmiş.

Eyni zamanda, Ramiz Mehdiyevin kürəkəni-sabiq deputat İlham Əliyevlə Nəcəfov qardaşlarının şəxsi dostluq münasibətləri var.

Bu, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə qoyduğu utancverici mirasının kiçik bir hissəsidir və əlimizdəki faktları zaman-zaman ictimaiyyətə təqdim edəcəyik.

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)


Ramiz Mehdiyev isə deyir ki, "Qəbul etdiyim qərarlar, atdığım addımlar, qələmə aldığım əsərlər mənə məxsusdur”.

"Qələmə aldığı əsərləri” deyə bilmərik, amma verdiyi qərarlar, atdığı addımların nəticələri göz önündədir.

Məşhur şeirdə deyildiyi kimi, "Səhv düşəndə yerimiz…”. Ramiz Mehdiyevin vaxtilə müxtəlif maraq qarşılığında müxtəlif insanları layiq olmadıqları postlara yerləşdirib və bu gün dövlət "yerləri səhv düşən” bu "layiqli kadr”ların əziyyətini hələ də çəkir, bir çoxları hələ də təmizlənməyib. R.Mehdiyev isə bütün bunları "dövlətə xidmət” kimi göstərməyə çalışır.

O qeyd edir ki, "onun irsinə, mirasına obyektiv qiyməti zaman özü verəcək”.

Haqlıdır, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə zərbə vuran "irsinə” zaman da, xalq da öz qiymətini verir, verməkdə davam edəcək də.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...