Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

“Rusiya vasitəçilik missiyasını və götürdüyü öhdəlikləri pozub” - Deputat rus mətbuatında tənqid etdi

Tarix:30-08-2020, 22:04

“Rusiya vasitəçilik missiyasını və götürdüyü öhdəlikləri pozub” - Deputat rus mətbuatında tənqid etdi Milli Məclisin deputatı Azay QULİYEVin Rusiyanın Ermənistana qalmaqallı silah satışı ilə bağlı məqaləsi Rusiyanın «Интерфакс» informasiya agentliyində dərc olunub.

Yenisabah.az xəbər verir ki, məqalədə Azay Quliyev Rusiyanın işğalçı ölkəyə böyük həcmdə verdiyi silahların ölkə ictimaiyyətində yaratdığı ciddi narazılıqdan bəhs edir və Azərbaycanın hansı səbəblərə görə Rusiyadan inandırıcı izahat tələb etməsinə aydınlıq gətirir.

Məqalənin əhəmiyyətinin nəzərə alaraq, onun qısa tərcüməsini təqdim edirik.

***

Rusiyanın işğalçı Ermənistana silah satması və ya ödənişsiz verməsi hadisəsi yeni deyil. Azərbaycan dəfələrə buna etiraz etsə də, Rusiya müxtəlif adlarla və bəhanələrlə öz forpostunu israrla silahlandırmağa davam edir.

Azərbaycan hər zaman çalışıb ki, Rusiya ilə əməkdaşlıq münasibətlərini elə formada qursun ki, həm milli maraqlarımız zərər görməsin, həm də hər iki tərəf bu əməkdaşlıqdan faydalansın, başqa sözlə desək, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsin.

Azərbaycan bəzi mühüm geosiyasi qərarların qəbulunda da bu xətti qorumaq üçün maksimim səmimi və dürüst davranıb. Ancaq təəssüflər olsun ki, bütün bunların müqabilində, qarşı tərəfdən olan bir sıra gözləntilərimiz özünü doğrultmadı.

Ermənistanın Tovuz istiqamətində ölkəmizə qarşı etdiyi iyul təcavüzündən dərhal sonra Rusiyanın işğalçı ölkəyə böyük həcmdə silah göndərməsi isə, həqiqətən, dözülməz idi. Avqustun 12-də Azərbaycanın Prezidenti cənab İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon açaraq, ölkəmizin narazılığını və etirazını açıq şəkildə ifadə etdi. Avqustun 25-də isə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri zamanı Rusiyanın milli maraqlarımıza ziddi olaraq atdığı addımın müəyyən mənada kompensasiya edilməsi və ya ağlabatan izahatının verilməsi gözlənilsə də, bu da baş vermədi.

Rusiyalı nazir Ermənistana silah göndərilməsini ört-basdır etmək üçün inanılması mümkün olmayan izahat verərək dedi ki, guya, Rusiya Ermənistandakı bazasına bəzi ləvazimatlar və inşaat materialları göndəribmiş.

Avqustun 29-da Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistin sualına cavabında bir daha ölkəmizin narazılığını ifadə etdi, Rusiyanın verdiyi izahatın ölkəmizi qane etməməsini açıq mətnlə bildirdi və Ermənistanın silahlandırılmasına aydınlıq gətirilməsini istədi.

Ermənistanın bir sıra digər ölkələrdən silah alması sirr deyil və niyə Rusiyanın bu addımı ölkə ictimaiyyətində və dövlət rəsmilərində bu qədər ciddi təpki və məyusluq yaratdı? Bunun səbəbi nədir?

1-ci səbəb

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan uzun müddətdir ki, səmimi qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə tam əməl edərək, Rusiyanın əleyhinə olan heç bir layihədə yer almır və qonşu ölkənin milli maraqlarına zidd hərəkətlərə yol vermir. Tam əksinə, bir çox ziddiyyətli məsələlərdə forpostu Ermənistanın tərəddüdlü mövqeyindən fərqli olaraq, Azərbaycan heç vaxt tərəfdaşlıq prinsiplərinin əleyhinə getməyib. Ancaq bütün bunlara baxmayaraq, Rusiya Tovuz hadisələrində Ermənistanın təqsirkar olduğunu bildiyi halda (Lavrov Ermənistanın Tovuza hücum etdiyini etiraf etmişdi), nəinki onu qınamadı, əksinə, işğalçıya dərhal silah-sursat göndərdi.

Rusiyanın ölkəmizə qarşı belə münasibəti strateji tərəfdaşlıq anlayışına tamamilə ziddir və bu, qəbul edilə bilməz. Ona görə Azərbaycan təkidlə bu məsələyə aydınlıq gətirilməsini tələb edir.

2-ci səbəb

Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir. Həmsədr ölkələr isə Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına, xüsusilə Helsinki yekun aktının prinsiplərinə uyğun həllini təmin etmək üçün tərəfsiz və obyektiv vasitəçi olmaq öhdəliyini üzərlərinə götürüblər. Necə ola bilər ki, obyektiv və tərəfsiz vasitəçi roluna iddia edən Rusiya, bir tərəfdən, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını, güc tətbiq etmənin yolverilməz olduğunu deyir, digər tərəfdən, bunun tam əksini edərək Azərbaycanın ərazisinin 20 faizini işğal edən, Tovuz istiqamətində yeni ərazilər zəbt etməyə cəhd edən işğalçı Ermənistana intensiv şəkildə 5 marşrut dəyişərək təyyarələrlə silah göndərir?! Həm də Tovuz döyüşlərinin ən qızğın vaxtında.

Bu isə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəfsiz vasitəçilik funksiyasını yerinə yetirməli olan Rusiyanın Azərbaycan ərazilərini işğalda saxlamaq üçün Ermənistana verdiyi dəstəkdir, işğalı stimullaşdırmaqdır.

Bütün bu haqsızlığa və ədalətsizliyə Azərbaycan ictimaiyyəti necə səssiz qala bilər? Və ya Rusiyanın obyektiv və tərəfsiz vasitəçilik missiyasına bundan sonra kim inana bilər? Rusiya bu haqda ciddi düşünməlidir.

3-cü səbəb

Rusiya Ermənistanı silahlandırmaqla, təkcə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, vasitəçilik mandatı çərçivəsindəki öhdəliyini pozmayıb. Rusiya həm də işğalçı ölkəyə bu həcmdə silah verməklə (bizim bildiyimiz 500 tondur, yəqin ki, bu rəqəm daha yüksəkdir) 9 noyabr 1992-ci ildə qüvvəyə minmiş “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”nin müvafiq bəndlərinin Ermənistan tərəfindən kobud şəkildə pozulmasında fəal iştirak edib. Bu isə Rusiyanın ATƏT-in hərbi-siyasi ölçüdə götürdüyü öhdəliklərinə də tam ziddir.

Ümid edirəm ki, bizim diplomatlarımız bu məsələni ATƏT-in aidiyyəti institutlarında qaldırmaqla, beynəlxalq öhdəliyin pozulmasına görə də izahat tələb edəcəklər.

Ən azı, yuxarıda qeyd olunan bu üç səbəbə görə, Azərbaycanın tam haqqı var ki, Ermənistana göndərdiyi silahların səbəbini və qənaətbəxş izahını Rusiyadan tələb etsin. İndi Azərbaycan ictimaiyyəti Rusiyanın işğala və işğalçıya verdiyi dəstəyi nə ilə izah edəcəyini səbirsizliklə və maraqla gözləyir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...