Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

Balakəndə qanunsuzluqlara şərait yaradanlar kimlərdir?...-Şikayət

Tarix:26-08-2020, 23:22

Balakəndə qanunsuzluqlara şərait yaradanlar kimlərdir?...-Şikayət
Bu günlərdə Balakən rayonu Katex bələdiyyəsinin sədri Cavanşir Piriyevin vətəndaşların başlarına açdığı oyunlardan bəhs edən məqaləmiz işıq üzü görmüşdü.Bunun ardınca Katex kəndindən şikayətçilərin kütləvi şəkildə redaksiyamıza müraciəti başlayıb.Balakən RİH başçısı İslam Rzayevə və Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun Gürcüstan Respublikasında həyata keçirdiyi korrupsiya layihələrində təmsilçisi olan , qardaşı Qurban Piriyevə güvənən bələdiyyə sədri Cavanşir Piriyev Katex kəndinin sakinlərinə gün verib işıq vermir.Vətəndaşların şikayətlərinə isə əhəmiyyət verən yoxdur.Problem o həddə çatıb ki , bələdiyyə sədri cinayət əməllərinə meyl edərək kriminal dəstələrin xidmətlərindən istifadə edir , sakinləri hədə-qorxu altında saxlamaqdan çəkinmir.Katex kəndində yaşayan Salamzadə Əliheydər tərəfindən redaksiyamıza daxil olan şikayət ərizəsini həyəcansız oxumaq mümkün deyil.Vətəndaşın şikayətini olduğu kimi dərc edirik:" Sizə son ümid yeri kimi müraciət edirəm və inanıram ki , mənim müraciətimi diqqətsiz qoymazsınız.Ailəmin səhhəti ilə bağlı iki ildir ki,Zaqatala rayonunda yaşayıram.Özüm Qarabağ veteranıyam.Aldığım xəsarət nəticəsində sol gözüm əlildir.Əlillik dərəcəsinin iki ildir ki, ala bilmirəm.2019-cu ilin dekabr ayında Balakən rayon Katex qəsəbəsində yerləşən Katex İstirahət Mərkəzini Katex kənd bələdiyyə sədri Piriyev Cavanşirdən icarəyə götürmüşəm Təmir və abadlıq işlərinə ehtiyac olduğuna görə icarə haqqı təyin olunmamışdır.Bütün təmir işləri görüldükdən sonra bir neçə dəfə müraciətimə baxmayaraq Piriyev Cavanşir mənimlə müqavilə bağlamamışdır.Yanvar ayından bu günə qədər ailəmlə faktiki obyektin mühafizəsi ilə məşğulam.May ayının 6-da çəkdiyim xərci ödəmədən Piriyev Cavanşir mənə obyekti təhvil verməyi tələb etdi.Böyük mübahisədən sonra mən obyekti boşaltmaqdan imtina etdim və çəkdiyim xərci mənə qaytarmağı tələb etdim.İyun ayının əvvəlində kənd sakinləri mənə xəbər verdi ki , Cavanşirin qardaşı Piriyev Kənan obyektdə dava saldırmaq üçün adam axtarır.Bu barədə mən kənd sahə müvəkkilinə xəbər verdim.16.06.2020 Miqiş ləqəbli avtoriterin 15 nəfərdən ibarət muzdlu dəstəsini restorana göndərib məni döydürüb, burnumu sındırdılar,sol gözümdəki tikişlər zədələnib, sağ gözümün görməyi başıma dəyən zərbələrdən zəifləyib.Restorana və mənə maddi ziyan vurulub. 102 xidmətinə müraciətdən sonra polis əməkdaşları gəlib,şahidlərdən heç bir izahat götürməyib,xəsarətlərini tibbi müayinədən keçirməyib,məndən izahat alıb getdilər.Mənim müayinədən keçmə tələbimi diqqətsiz qoydular.18.06.2020 -ci il tarixdə 102 xidmətinə müraciətimdən sonra tibbi ekspertizadan keçməyə göndərdilər.19.06.2020-ci il tarixdə rentgendə burnumun sınığı təsdiqləndi,mənə məlum olmayan səbəbdən burun-qulaq həkimi Alimov mənə rəy verməkdən imtina etdi.20 günə yaxın mənim işimlə bağlı materiallar təhqiqat şöbəsində ləngidildi.Bu ərəfələrdə təzyiqlər oldu. 24.06 2020 ci il tarixdə Piriyev Cavanşirin əlaltısı kimi kənddə tanınan 2 dərəcəli əlil,Mixo ləqəbli şəxs 02:30 iradələrində içkili halda restoranın ərazisinə qeyri -qanuni daxil olmuş,məni və ailəmi təhqir edərək Piriyev Cavanşirdən yazdığım ərizəmi geri götürüb,restoranı təhvil verib hədələyərək şəhərə rədd olmağımızı tələb edirdi.102 xidmətinə müraciətimdən sonra polis əməkdaşları ərazidə Mixonu yaxalamış , məndən izahat alıb şöbəyə apardılar.Sahə müvəkkilinin məndən və həyat yoldaşımdan izahat almağına baxmayaraq bu fakt hələ də araşdırılmayıb.Bələdiyyə sədrinin qanunsuz hərəkətləri və özbaşınalıqları barədə rayon Prokurorluğuna yazdığım ərizə heç bir əsası olmadan polis şöbəsinə araşdırılmağa göndərildi.Baş Prokurorluğun Korrupsiya üzrə Mİ şöbəsinə etdiyim ikinci müraciət Balakən rayon İcra Hakimiyyətinə yönəldildi, telefonla əlaqə saxlayıb mənə bildirdilər ki,bu bizim səlahiyyətimizdə deyil.
Baş Prokurorluğa etdiyim müraciət araşdırılması üçün Balakən rayon prokurorluğuna yönəldildi.Prokuror məsuliyyəti üzərindən ataraq araşdırmanı polis bölməsinə yönləndirdi.Piriyev Cavanşirin qeyri qanuni əməlləri və özbaşınalığı ilə rayonda heç bir dövlət qurumu araşdırma aparmaq istəmir.
Beləki iyun ayında Azəriqaz SC əməkdaşları tərəfindən müəyyən olundu ki, Piriyev qardaşları Cavanşir ,Fərruz,Kənan,şəxsi istifadə üçün və onlara məxsus Sahil restoranının istifadəsi üçün dövlətin sərvəti olan təbii qazdan 20 ilə yaxındır ki, qeyri-qanuni istifadə etmişlər və məsuliyyətdən cəmi 1200 manat cərimə ilə yayındılar.Əhalinin siyahıya salınması zamanı məlum olmuşdur ki,dünyasını dəyişmiş analarının təqaüdünü bunlar alır. Bu cinayətdən də onlar müəmmalı şəkildə yayındılar.Piriyev Fərruz kəndin mal -qarasını bir dəstə kənd sakini ilə əlbir olaraq oğurladığı yerdə yaxalanmasına baxmayaraq cinayət məsuliyyətindən yayınmışdır.Kəndin mal -qara otlaq sahəsi zəbt olunaraq 7 ha sahədə öz şəxsi istifadəsi üçün fındıq bağı , arpa əkin sahəsi , şəxsi ferma ,digər 24 ha da isə iribuynuzlu mal -qara ferması ,kəndin hamamı sökülərək yerində çörək bişirmə sexi ,maşın yuma məntəqəsi ,qeyri qanuni Nihad şadlıq evi,kənd ərazisindən keçən Bakı-Tbilisi yolu üstündə zəbt olunaraq torpaqda heç bir yerdə qeydiyyatı olmayan Katex İstirahət mərkəzi tikilmişdir.Bu obyektlərin hamısı qeyri -qanuni tikililərdir.Bu məsələ barədə heç bir dövlət orqanları müraciətlərimə baxmayaraq araşdırma aparmırlar Mənim döyülmə faktım barədə qaldırılmış cinayət işi baxılmamış vəziyyətdə qalıb.Cinayət işimlə məşğul olan müstəntiq bir neçə dəfə polis şöbəsinə getməyimə baxmayaraq görüşdən yayınıb,telefon zənglərimə cavab vermir.Polis rəisinin müavini Anar Məmmədov iki dəfə məni şöbəyə dəvət edib.Mənə təzyiq göstərərək cinayətkarlarla barışığa gəlməyəmi tələb edib , rədd cavabı verdikdə restoranın bağlanmasını və mənim obyektdən çıxmağımı tələb edib.
15 nəfərdən ibarət cinayətkar dəstə azadlıqdadır.Bu işdə kimlərin nə marağı olduğu mənə aydın deyil.
Qarşı tərəfin cavabını dinləməyə və dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...