Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verdi

Tarix:25-08-2020, 11:37

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verdi “İcra başçısı dəbdəbəli həyat tərzi sürür” yazan hüquqşünasın həbsi tələb edilir


Demokrat.az xəbər verir ki, Balakən sakini, hüquqşünas Fərid Qəribov öz feysbuk səhifəsində status yazıb.


Qəribov statusunda icra başçısı İslam Rzayev haqqında tənqidi fikirlər qeyd edib. O yazıb ki, Balakəndə əhali içməyə su tapmır, amma icra başçısı dəbdəbəli həyat tərzi sürür.


Hüquqşünas yazıb ki, icra başçısının oğlu dövlət işində işləyir, maaşına adekvat olmayan bahalı avtomobil sürür, rayondakı imkansız əhalinin torpaqları ələ keçirilib.


Bundan başqa, Fərid Qəribov qeyd edib ki, rayonda icra başçısı onun haqqında tənqidi fikirlər yazanları hədələyir. Bu fikirlərinə görə icra başçısı onu məhkəməyə verib.


Başçı xüsusi ittiham qaydasında iddia qaldırıb və hüquqşünasın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. F.Qəribov deyir ki, icra başçısı ona xəbərdarlıq da göndərib.


İcra başçısı məhkəməyə təqim etdiyi iddia ərizəsində yazıb ki, Fərid Qəribovun onun haqqında yazdıqları böhtandır. İcra başçısı bununla təhqir olunduğunu qeyd edib və Fərid Qəribovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.


Əgər məhkəmə icra başçısının iddiasını təmin etsə, Fərid Qəribov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 2 ilə qədər islah işləri, yaxud 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdam məhrumetmə və 148-ci maddəsi ilə isə 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri, yaxud da 6 aya qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...