Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.

Tarix:23-08-2020, 19:55

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.
Şəxsi ambisiyalarının əsirinə çevrilən UKRAYNA AZƏRBAYCANLILARI BİRLƏŞMİŞ DİASPORUNUN sədri Hikmət Cavadovun qaranlıq fəaliyyəti ətrafında yaranan söz-söhbətlər , Ukraynada qeyri-müəyyən fəaliyyətlə məşğul olması barədə ittihamlar səngimək bilmir.Onun ya bilərəkdən göstərdiyi fəaliyyət , ya da populizmə söykənən hərəkətləri sonunda dövlətçiliyə ciddi zərbə vurmaqdadır.Müşahidələr göstərir ki , H.Cavadovun sərsəm ambisiyalarının arxasında hansısa müəmmalı qüvvələr dayanır.Buna sübut olaraq son illər H.Cavadovun qaranlıq fəaliyyətinə nəzər salmaq kifayət edir.Ötən yazılarımızda diaspor sədrinin Ukraynada lövbər salmış Talış separatçılarının üzdəniraq liderləri ilə isti münasibətlərinə və birgə fəaliyyətlərinə qısa da olsa nəzər salmışdıq.Hətta Ukraynada fəaliyyət göstərən erməni diaspor təşkilatlarının separatçı talış radikal "liderlərini" müxtəlif formalarda təltif etməsini faktlarla sübuta yetirmişdik.Azərbaycan dövlətinə və xalqına qənim kəsilən erməni və talış separatçılarının birgə fəaliyyətini başa düşmək o qədər də çətin deyil.Görəsən , həmin qruplaşmalarla vaxtaşırı kef məclislərində olan və onlarla müxtəlif formatlarda siyasi əlaqə quran H.Cavadovun məqsədləri nədir ? Məlumat üçün bildirək ki diaspora sədrinin Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovla, AMEA prezidenti Ramiz Mehdiyevlə o cümlədən , həbs olunmuş keçmiş səfir Eldar Həsənovla çox yaxın münasibətləri olub.Hətta , ortada olan sübutlar və faktlar onu deməyə əsas verirki , H.Cavadov birbaşa və ya dolası ilə həmin şəxslərin tapşırıqlarını yerinə yetirib.Ə.Həsənovla R.Mehdiyevin vəzifələrini itirməsi və E.Həsənovun həbs olunması diaspora sədrinin kürkünə əməlli -başlı birə salıb.Ona yaxın olan mənbələrin verdiyi məlumatlara görə eşitdiyi xəbərlərdən sonra Nokauta düşən H.Cavadov qısa müddət ərzində hansısa dairələrdən tapşırıq aldığını və E.Həsənovun hüquqlarını müdafiə etmək məqsədi ilə kampaniya başlatmışdır.Maraqlıdır ki , ermənilərlə iş birliyində olmasına baxmayaraq onun qaranlıq fəaaliyyəti Azərbaycan dövlətinin müvafiq qurumlarının diqqətindən kənarda qalıb.Heç şübhəsiz ki , yuxarıda adı çəkilən şəxslərin himayədarlığı bu məsələdə öz sözünü deyib.
İndi isə , H.Cavadovun rəhbərlik etdiyi təşkilatın Ukraynanın regionlarında fəaliyyət göstərən qurumlarında ermənilərlə iş birliyinə dair daha bir faktı diqqətinizə çatdırırıq.

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının parçalanma və zəifləmə siyasətinin davamı olaraq 2014-cü ildə Hikmət Cavadovun rəhbəri olduğu UABD təşkilatı Jitomir təşkilatına Rac Qasımov adlı nümayəndəsini təyin edib.

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.


Jitomirdə yaşayan azərbaycanlılar arasında heç bir nüfuza malik olmayan və əksinə Jitomirdə yaşayan soydaşlarımıza problemlər yaradan ermənipərəst bir şəxsin UABD tərəfindən dəstəklənməsi soydaşlarımızın haqlı narazılığına səbəb olub. Dəfələrlə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət olunmasına baxmayaraq hələ də ölçü götürülmür. O üzdən məsələ ilə bağlı bir çox faktları ictimaiyyətə çatdırmağı vacib bilirik. Rac Qasımov təşkilata nümayəndə təyin edildikdən sonra Jitomirdə soydaşlarımızı təhdit edərək, hətta özünü səfirliyin nümayəndəsi elan edərək aylıq pul yığmağa başlayıb. Bu müddət ərzində çoxsaylı soydaşlarımızdan, həmçinin sənəd düzəltmək adı ilə külli miqdarda pul alsa da, sonradan heç bir sənəd düzəltməyərək pulu qaytarmaqdan da imtina edib. R.Qasımov Jitomirda iş adamlarına qarşı təhdid etməkdən çəkinməyərək iki soydaşımızı ətrafında saxladığı kriminal elementlər vasitəsilə güllələdib.

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.


Azərbaycan vətəndaşı olan Roman Sbestyanovu 2016-cı ilin mayın 23-də, Pərvin Şirinovu isə 2019-cu ilin mayın 15-də odlu silahdan istifadə edərək qətlə yetirib. R.Qasımovun qardaşı Ukrayna hüquq-mühafizə orqanları tərəfindən günahı sübuta yetirilərək həbs edilib. Hadisəyə istifadə olunmuş silahın gizirləri R.Qasımova aid restoranda aşkarlanıb. Hazırda R.Qasımovun hadisələrin sifarişçisi olması barədə hüquq-mühafizə orqanlarında iş aparılır.

Onu da qeyd edək ki, Azərbaycan dövlətinə qarşı həmişə radikal müxalifətdə olan UABD təşkilatının Dneprpetrovsk vilayət təşkilatının rəhbərlərindən biri Eldar Tağıyev mərhum Rövşən Cavadovun yaxın qohumudur. Onun Ukraynada Azərbaycan iqtidarına qarşı fəaliyyəti də göz qabağındadır. Bu baxımdan Hikmət Cavadovun daima müdafiəçisi obrazında olan Eldar Tağıyevin bu günlərdə sosial şəbəkələrdə həbs edilən Eldar Həsənovu müdafiə etməsi məntiqli görünür.

Hikmət Cavadovun ermənilərlə əlaqələrini sübut edən yeni faktlar.


Hikmət Cavadovun yaxın dostu və silahdaşı olan Dmitro Kulibaba və Murad Cəfərov isə SOROS Fondunun maliyyəsi ilə fəaliyyət göstərdikləri bəllidir. 2004-cü ildən “Puls Demokrati” təşkilatında birləşən bu şəxslərin də fəaliyyəti araşdırılmalıdır.

Qarşı tərəfin cavabını dinləməyə və dərc etməyə hazırıq.

Ardı var...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...