Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.

Tarix:20-07-2020, 21:13

MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI. Oxucularımız düşünməsin ki, mən yalnız işdən qovulmuş məmurları tənqid edirəm, xeyr, bu əsla belə deyildir. Hazırda Prezident aparatında məsul vəzifədə işləyən və Əli Həsənovun Moskvadan tanıdığı Vüqar Əliyev də, məhz həmin savadsız jurnalistlərə, kimlərinsə katibələrinə, hətta eşitdiyimə görə aşıqlara belə evlərin verilməsi üçün bütün imkanlarından istifadə edən məmurlardan biri və bəlkə də, birincisidir.

ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin Üzvü.


Məlum olduğu kimi 22-si iyul Azərbaycanda “Milli Mətbuat” günü kimi qeyd olunur. Bu bayrama hamıdan çox çap mediasının nümayəndələri sevinir desək, yanılmarıq.
Ömrümün 20 ilini sırf çap mediasına həsr edən bir jurnalist kimi mən də, həmin sevinənlər arasındayam. Ancaq dövr, zəmanəmiz bu gün daha çox internet mediaya tələbat duyduğu üçün, yəni informasiyanın daha operativ olması naminə mən də, “Diaspor.info” saytını yaratdım və artıq üçüncü ildir ki, sözügedən sayta rəhbərlik edirəm.
Bayram ərəfəsində qısa da, olsa Milli mətbuatımızn şanlı tarixinə nəzər salmaq və oxucularımıza da, bəzi məlumatları vermək istəyirəm.


Məlum olduğu kimi “Milli mətbuatımızın” bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub. Təkcə Qafqazda deyil, əslində Rus və digər imperiyalarda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da, Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi olub. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
"Əkinci" qəzeti Azərbaycana nə verirdi?: Əkinçi elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Əkinçi qəzeti məqalələrini xalq dilinə yaxın, sadə və səlis yazdığı üçün daha tez uğur qazanmışdı. "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dövründə çox böyük cəsarətli addım ataraq, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" qəzetinin daha tez ad-san qazanmasının bir səbəbi də, onun Azərbaycandan kənarda Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də, yayılması idi.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır.
Daha sonra rus dilində əvvəlcə 1871-ci ilin mart ayında işıq üzü görən "Бакинский листок-Bakinski listok" , daha sonra isə 1876-cı ildə ikinci rusdilli qəzet "Бакинские известия-Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.



Çalışdım ki, Milli mətbuatımızla bağlı uzun-uzadı, yorucu yazmayım. Düşünürəm ki, bu gün Həsən bəy Zərdabinin, Mirzə Cəlilin və Sabirin bu xalqın inkişafı üçün yazdıqlarını hər bir oxucu bilir və yüksək dəyərləndirir.
Şanlı mətbuat tariximizə diqqət yetirərkən dövrünə uyğun siyasi qadağalar, sapı özümüzdən olan baltalara imkan verirdi ki, milli mətbuatımızı elə beşiyindəcə boğsunlar. Müstəqilliyimizi əldə edəndən sonra “Milli Mətbuatımız” yenidən inkişaf etməyə başladı.
Yeni doğulmuş körpə kimi hələ ayaqda duruş gətirə bilməyən milli mətbuatımız bir çox problemlərlə rastlaşdı. İş o yerə çatmışdı ki, yaranmış borc üzündən bir çox qəzet redaksiyaları nəşrini dayandırmaq istəyirdi. Və bu an Müasir Azərbaycan dövlətinin xilaskarı, qurucusu Ulu öndərimiz Heydər Əliyev elə milli mətbuatımızı da, xilas etdi. Ümummilli lider qəzetlərin borcunu sildi, onlara əlavə kömək məqsədiylə bir çox imtiyazlar da, verdi. Ulu öndərin dahiliyi özünü bu sahəyə göstərdiyi diqqət və qayğıda da, göstərdi.
Mən mətbuatla bağlı yazarkən əsasən öz təcrübəmə əsaslanıram.
Müasir Azərbaycan mətbuatında daha sonra nələr baş verdi?
Mətbuat üzərindən kimlər alver etməyə başladı?, bu sahəyə daha çox gəlir mənbəyi kimi baxanlar kimlər idi?
Mən qəzetdə işlədiyim zamanlarda çox şeylərə rast gəlmişəm. Müsahibə aldığım zaman hətta icra başçısı olub ki, diktafonu işə salan kimi ayağa qalxıb, vəyaxud da, deyib ki, axı mən bu gün qalstuksuz gəlmişəm, bəlkə qalsın gələn dəfəyə? Elə icra başçısı da, olub ki, qəbuluna gələn vətəndaşı mənim gözlərim önündə təpiklə döyüb. (Füzuli.RİH. Nəbi Muxtarov)
Sonra ondan tənqidi yazı yazdığıma görə az qala məni öldürəcəkdilər. Uzun müddət bu adam məndən əl çəkmədi və təhdid etdi.



Mənim yaxından tanıdığım qəzet jurnalistləri arasında xalq arasında çox hörmət qazanan, lakin bu günə kimi nə ad, nə də ki, ev ala bilməyən dostlarım var. Məsələn, İlqar Həsənov, Xalq qəzetinin bölgə müxbiridir. Mən doğulduğum ildə onun ilk yazısı çıxıb. (1971) Onun savadına, Dövlət və dövlətçiliyimizə sədaqətinə heç kimin şübhəsi yoxdur.
Bununla yanaşı tanıdığım jurnalist də, vardır ki, orta məktəbi savadsızlığı üzündən bitirə bilmirdi. Ümumiyyətlə məktəbin qapısını tanımadığına görə, ona, biraz da, ağıldan kəm kimi baxılırdı. Ancaq hansısa sehirli əllərin vasitəsiylə bu gün Cənab Prezidentin sərəncamı ilə ev də, alıb və daha nələr.
Sual olunur, jurnalistlərə hansı keyfiyyətlərinə görə ad vəyaxud ev verilir?
Tutaq ki, mən Əli Həsənovun , KİVDF –nin keçmiş rəhbəri Vüqar Səfərlinin qohumu vəyaxudda, tanışı deyiləm. Biraz da, irəli gedərək onların qulu deyiləm. Hə, indi necə olsun, belə çıxır ki, bizə heç nə düşmür?
Mənim dövlətçilik yolunda xidmətlərim göz önündədir. 2003-cü il 15-16 oktyabr hadisələri, Dövlət çevrilişinə cəhd, Zaqatala hadisələri zamanı dövlətçiliyimizə olan sədaqətli və cəsarətli addımlarımı şəxsən Prezident aparatının vəzifəli şəxsləri, Qafar Əliyev və Əli Həsənov da bilirdi.
Həmin dövrdə Əli Həsənovun yaxın qohumu və mənim “Azad-Azərbaycan” qəzetində baş redaktorum Dövlət üçün etdiyim bütün xidmətlərimi Prezident aparatına da, ötürdüyünü deyirdi. Lakin nədənsə mənim şənimə deyil, həmişə rəhbərlik mükafatlar alırdı.
Görünür hələ həmin dövrdə belə, mənim obyektiv, tənqidi yazılarım kimlərinsə xoşuna gəlmirdi. Onlar düşünürlər ki, əgər mən də, YAP-nın üzvüyəmsə və bir komandadayıqsa deməli saray jurnalisti olmalıyam.
Mən Cənab Prezidentin uğurlu daxili və xarici siyasətini həmişə təbliğ etmişəm, hətta sosial şəbəkələrdə də, elə bu gün də, təbliğatla məşğulam. Ancaq bununla yanaşı öz şəhidinə hörmət qoymayan, harınlamış icra başçısını tənqid edirəmsə, deməli düz yoldayam. Çünki dolayısıyla həmin məmur Cənab Prezidentimizə də, xəyanət edir.
Prezidentimizin tapşırığı ilə rüşvət üstündə başına torba keçirilən icra başçılarına nəzər salsaq görərik ki, dövlət başçımız da, belələrinin ifşa olunmasını istəyir.



Bu gün Əli Həsənov işdən qovulsa da, lakin nədənsə onun ən yaxın kadrı hesab olunan Vüqar Əliyev iş başındadır və çox təəssüf ki, mətbuatımız hələ də, onun əlindədir.



Fikrimcə bu gün Azərbaycanda Milli mətbuatımız bir neçə kateqoriyaya bölünür:
1. Dövlət mətbuatı, fərqi yoxdur, qəzet, televiziya vəyaxud da, saytlar. Onlar yalnız sifarişlə yazırlar, hətta qınamayan olsa, bəziləri başına torba keçirilən icra başçılarını da, tərifləyərlər. Ancaq onların arasında da, ədalətli yazanlar var, bunu danmaq günah olardı.
Əslində hüquqi baxımdan özəl olan, yalnız əsil həqiqətdə icazəsiz heç bir addım atmayan televiziyalarımızın vəziyyəti isə daha da, acınacaqlıdır. Belə ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, vətənpərvərlik mövzusunda verilişlər, seriallar göstərmək əvəzinə, yalnız əxlaqsızlıq təbliğ edən verilişlərin, serialların yayılması ilə məşğuldurlar, bu hal isə dözülməzdir. Onların arasında yenə də, Az.tv. yaxşıdır.
2. Daha sonra “Radikal Müxalifət”-in mətbuatı da, var. Bu ölkədə hər şeyi qara görənlər. Bütün yaxşı işlərə ləkə, iftira atmaqla məşğul olan, lazım gələrsə şəhidindən belə öz məqsədləri üçün piyar edərlər. Hakimiyyətə zərər gəlsin deyə vətənlərini, dövlətlərini belə satmağa hazır olanlar.
3. İqtidaryönlü mətbuat, burada, ara-sıra tənqid verməklə əsasən Əli Həsənovun tapşırıqları ilə məqalələr yazılardı. Yaxşı yadımdadır. Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun yarıtmaz fəaliyyətindən məqalə yazmışdım. Moldovadan olan Ombudsman Aureli Qriqoridən müsahibə almışdım.(Ermənistan parlamentində Azərbaycan həqiqətlərini açıq-aşkar söyləyən bu xanımı az qalsın bizə görə, Azərbaycan həqiqətlərini deiyinə görə öldürəcəkdilər)
Aureli Qriqori müsahibəsində demişdi ki, Nazim İbrahimovun fəaliyyəti yarıtmazdı. Həmin vaxtı mənim bu məqaləmə dünyanın bir çox ölkələrindən dəstək gəldiyi üçün diqqət çəkmişdi. Əli Həsənov Nazim İbrahimovun qardaşı ilə kürvə olduğunu deyərək, bütün saytlardan həmin yazını dərhal sildirdi və bəzi redaktorları da, sərt tənqid etmişdi. Mən də həmin gündən Dövlət qəzetindən işdən çıxaraq, “Diaspor.info” saytını yaratdım, dövlətimə, dövlətçiliyimə kişi kimi xidmət edirəm və bu gün fikirlərimi də, tam müstəqil olaraq, yaza bilirəm.
4. Bundan əlavə Məmurların saxladığı mətbuat da, var. Bunlar isə məmurların arasında olan informasiya savaşında iştirak edirlər. Ağalarının dəstəyi ilə Cənab Prezidentin sərəncamına da, düşərək təltiflərlə yanaşı ev də ala bilirlər.
5. Və ən nəhayət fikrimcə yetim qalmış, əsil müstəqil, ədalət carçıları olan mətbu orqanlar, çap mediası, vəyaxudda, saytlar.
Bu saytların əksəriyyəti öz hesablarına Dövlət və dövlətçiliyimizə xidmət etsələr də, nə KİVDF tərəfindən, nə də ki, digər qurumlardan heç bir halda maddi dəstək almayanlardır. Çünki Əli Həsənovla dil tapmaq üçün onunla əlbir olmalıydın. Sual olunur Əli Həsənovun tikinti biznesi, Mətbuat evləri, (BMM) xüsusi kurslar(Kaspi) və nələr, nələr? Bütün bunlar aldığı maaşladırmı? Əlbəttə ki, mətbuata ayrılan pullarladır. Nəyisə bütün bunları araşdırmaq dövlətin aidiyyati qurumları olan hüquq-mühafizə orqanlarının işidir.
Oxucularımız düşünməsin ki, mən yalnız işdən qovulmuş məmurları tənqid edirəm, xeyr, bu əsla belə deyildir. Hazırda Prezident aparatında məsul vəzifədə işləyən və Əli Həsənovun Moskvadan tanıdığı Vüqar Əliyev də, məhz həmin savadsız jurnalistlərə, kimlərinsə katibələrinə, hətta eşitdiyimə görə aşıqlara belə evlərin verilməsi üçün bütün imkanlarından istifadə edən məmurlardan biri və bəlkə də, birincisidir. Yaxşı yadımdadır, hələ “Azad-Azərbaycan” qəzetində işləyirdim. Naxçıvanda çoxlu dostlarım Şəhid olduğu üçün onlardan tez-tez yazılar verirdim. Vüqar Əliyev də, mənim baş redaktorum idi. Bir gün məni çağırıb otağına dedi ki, sən çox maraqsız yazılar yazırsan. Mən də ondan haralı olduğunu soruşdum, dedi Bərdəliyəm, bunun məsələyə nə dəxli var? Mən də, cavabında dedim ki, dəxli çoxdur. Bərdə Qarabağdır, sən məni dahaçox dəstəkləməliydin, çünki müharibə, hərbi-vətənpərvərlik mövzusunu sən daha çox anlamalıydın. Ona görə ki, Qarabağımızı ermənilər işğal edib. Bizim aramızdakı disskusiya çox az sürdü və baş redaktor mənə dedi ki, bizim qəzet siyasi qəzetdir, burada Şəhid mövzusundan yazmağa yerimiz yoxdur. Hansı ki, qəzetin sonuncu səhifəsində bəzi “artistkaların” sinəsi açıq şəkiləri verilirdi. Belə çıxır ki, yarıçılpaq qızlar haqqında yazmaq olar, Şəhidimiz haqqında yazmaq olmaz?! Bəli, bizim mətbuata ağ evdə bu insan rəhbərlik edir.

Bu gün Əli Həsənov işdən qovulsa da, lakin nədənsə onun ən yaxın kadrı hesab olunan Vüqar Əliyev iş başındadır və çox təəssüf ki, mətbuatımız hələ də, onun əlindədir.Yaxşı, indi biz sadə, ədalətli, xalqını, dövlətini sevən jurnalistlər nə edək?


Milli mətbuatımızın keçdiyi şanlı tarixindən yazdıq.
Bu günümüzün reallığından da, yazdıq. İnkişafımız, problemlərimiz göz qabağındadır, əgər Azərbaycanda mətbuat azadlığı, demokratiya olmasaydı, belə tənqidi fikirlərimizi də, yaza bilməzdik. Lakin bununla yanaşı tayfabazlıq, daydaylıq yenə də, hökm sürür. Mənim üçün qaranlıq qalan bir sual var, görəsən savadsız jurnalisti, vəyaxudda, hansısa redaktorun katibəsini Prezidentin imzalayacağı siyahıya salarkən aidiyyati məmurlar heç nədən qorxmurlar?
Tutaq ki, Əli Həsənov və Vüqar Səfərli qorxmurdular və sonda da, öz cəzalarını aldılar. Bəs Vüqar Əliyev?, zənnimcə neçə ki, mətbuatımıza belələri rəhbərlik edir, bizim informasiya savaşında ermənilər qələbə qazanmağımız mümkünsüzdür.
O ki, qaldı “Milli Mətbuatımızın” sabahının necə olacağına, bu barədə bunları deyə bilərəm. Dünyanın bir neçə ölkəsində məhz Azərbaycanlı jurnalist kimi fəaliyyət göstərən bir media nümayəndəsi kimi deyə bilərəm ki, dövlətimizə ləkə yaxan jurnalistlərin çoxunu bəzi məmurlarımız özləri idarə edirdilər. Əks halda həmin məmurlar dövlətdən pulu necə qoparacaqdılar?
Xaricdə yaşayan və hakimiyyətə qarşı şər yazılar yazan ən sadə vətəndaşla belə söhbət edərkən, onların ilk sualları belə olurdu. İdeologiyanızın başında Əli Həsənov oturur, onun nələr etdiyini bilirsiniz, niyə bu haqda əsil həqiqəti yazmırsınız?
Çox qəribədir ki, bu gün də, xarici mətbuatla işlərimiz çox zəifdir.


Quba məzarlığına gedərkən yerli icra hakimiyyəti bizi kütləvi məzarlığa buraxmaq istəmirdi, təsəvvür edirsinizmi?, Azərbaycan həqiqətlərini dünyada təbliğinə mane olurdular. Hətta qonaqları nahara belə dəvət etmədilər. Mən Azərbaycanda qarşılaşdığım bütün bu kimi çətinlikləri aşdım, Quba, Şamaxı və digər bölgələrdə erməni cəlladlarının Azərbaycan xalqının başına açdıqları müsibətləri məhz Beynəlxalq jurnalistlər, İqor Yermalayev və Vasili Raxubovskinin diliylə Beynəlxalq jurnalda çap etdirdim. Onlar öz yazılarında ermənilərin Azərbaycan xalqına soyqırım etdiklərini açıq şəkildə yazdılar. Hansı ki, bunun hüquqi əsası yoxdur.




Bu gün istər KİVDF, istər QHT şurası bu barədə atdıqları heç bir ciddi addımları ilə nəzərə çarpmırlar. Yaxşı yadımdadır, Ukraynanın Nikalayev diasporasının sədri Yunus Alıyevin dəstəyi ilə iki Ukraynalı jurnalisti Azərbaycana gətirdik. Onların Azərbaycanda qalmağı, qidalanmaları və s. xərclərinin hamısını mən çəkməli oldum. Bu işləri dövlətim, vətənim üçün etdim. Quba məzarlığına gedərkən yerli icra hakimiyyəti bizi kütləvi məzarlığa buraxmaq istəmirdi, təsəvvür edirsinizmi?, Azərbaycan həqiqətlərini dünyada təbliğinə mane olurdular. Hətta qonaqları nahara belə dəvət etmədilər. Mən Azərbaycanda qarşılaşdığım bütün bu kimi çətinlikləri aşdım, Quba, Şamaxı və digər bölgələrdə erməni cəlladlarının Azərbaycan xalqının başına açdıqları müsibətləri məhz Beynəlxalq jurnalistlər, İqor Yermalayev və Vasili Raxubovskinin diliylə Beynəlxalq jurnalda çap etdirdim. Onlar öz yazılarında ermənilərin Azərbaycan xalqına soyqırım etdiklərini açıq şəkildə yazdılar. Hansı ki, bunun hüquqi əsası yoxdur. Onlar qorxmadılar və hadisəni olduğu kimi işıqlandırdılar. Bu xidmətlərimizə yalnız Diasporla İş üzrə Dövlət komitəsi reaksiya verdi və 500-ədəd jurnalı Avropada yaydılar.
Bu gün Diaspor xətti olmasaydı ümumiyyətlə bizim dövlətimizin inkişafıyla bağlı heç kim xoş bir şeylər yazmazdı. Hansı ki, mən bu mövzuyla bağlı dəfələrlə təkliflə çıxış etmişəm, Mətbuat kralları, bu işdə nəinki dəstək vermədilər, hətta yol pulumu da, vermək istəmədilər. Onlar ümumiyyətlə pula olan sevgilərini, hərisliklə açıq-aşkar nümayiş etdirirdilər. Hansı ki, bəlkə də dünyada yeganə ölkəyik ki, Prezident səviyyəsində mətbuata qayğı var, Prezident şəxsən jurnalistlərə ev hədiyyə edir. Bundan sui-istifadə edən məmurlarımız olmasaydı, biz informasiya savaşında böyük uğurlar qazanardıq. Savadı olmayan jurnalistə nə qədər pul, ev versəndə onun tutarlı məqalə yazmaq imkanları artmayacaqdır. O, yalnız plaqiatlıq edərək, onun-bunun sözlərini köçürəcək və guya dövlətinə xidmət etdiyini bununla sübut edəcəkdir. Məhz buna görə də, biz informasiya savaşında həmişə müdafiə olunuruq, hücum taktikamız yox səviyyəsindədir.

Sonda istəyirəm ki, peşəkar jurnalist kimi fəaliyyətim zamanı, qısa da olsa, 20-ildə qazandığım kiçik uğurlardan bir neçəsi ilə oxucularımızı da, tanış edim.
Müdafiə Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllif yazıları” müsabiqəsində, ayrı-ayrı vaxtlarda 2-ci və 3-cü yerlərin sahibi olmuşam.
2019-cu ildə “Azərbaycan Ukrayna Beynəlxalq Alyansının” keçirdiyi sorğuya əsasən Ukraynadakı jurnalist fəaliyyətimə verilən qiymət isə “İlin Jurnalisti” adına layiq görülməyim oldu.
Bütün bunlar mənim ədalətli yazılarıma verilən qiymətdir.
Beş kitab müəllifi kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Üzərimdə YAP-nın veteran vəsiqəsini şərəflə daşıyıram.
Ukraynada “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədriyəm.
Dövlətimiz, dövlətçiliyimiz yolunda təmənnasız xidmət etməkdən qürur duyuram.
Ukraynanın Ujqorod şəhərində yaşayan və uzun illər hərb sahəsində xidmət etmiş, ehtiyyatda olan erməni zabiti Qrand Qudmanyandan aldığım müsahibədə , onun dediyi “Qarabağ Azərbaycanındır və Azərbaycanın da, olacaqdır” sözləri bütün dünyaya səs saldı. Həmin dövrdə ermənilər öz lobbiləri vasitəsiylə Qudmandyandan sözlərini geri götürməsini, əks halda onu öldürəcəklərini deyərək, dəfələrlə ona hədə-qorxu gəlmələrinə baxmayaraq, o sözünü geri götürmədi. Şəxsən mənim özümə də, sapı özümüzdən olan baltalardan hədə-qorxu dolu təhdidlər oldu.
Bütün bu kimi xidmətlərimi yalnız və yalnız təmənnasız etmişəm, bunu bütün dostlarım bilir.
Mənə bu işləri görməkdə, yalnız xaricdə yaşayan sadə Azərbaycanlılar kömək ediblər, vəssalam.

Əlmaniz Ələkbərli
Baş Redaktor.

MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.
MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.
MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.
MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...