Anons

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Haqqımızda Əlaqə

DSX-da şübhəli tender əməliyyatları... - Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?

Tarix:29-05-2020, 20:50

DSX-da şübhəli tender əməliyyatları... - Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib? Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində ciddi rüşvət faktları ortaya çıxdı. DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri həbs edildi.

Bizimxeber.az-ın elektron ünvanına göndərilən olduqca maraqlı və araşdırlma tələb edən faktları təqdim edirik . Bu məlumatlarda DSX-da keçirilən tenderlərlə bağlı kifayət qədər ciddi faktlar yer alır. Redaksiyanın elektron poçt ünvanına daxil olan məlumatda iddia edilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin nəzdində yaradılan tender komissiyası ciddi qanun pozuntuları ilə məşğul olub.

Bildirilir ki, DSX-nın Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant İsmayıl Əkbərov olsa da, idarəni faktiki olaraq onun müavini general Cavid Abdullayev və Cəlal Qasımov adlı polkovnik öz nəzarətində saxlayır. İddiaya görə, tenderlərdə Cəlal Qasımovun “rəyi” olmasa heç bir şirkət qalib ola bilməz.

DSX-da keçirilən əməliyyata baxmayaraq, bu gün də tenderlər ənənəvi qaydada həyata keçirilir. Hətta polkovnik Qasımov özündən o qədər arxayındır ki, idarəyə görüşə gələn müəssisələrin rəhbərlərinə açıq şəkildə “vur ikiyə, böl üçə” deyərək “şapka” tələb edir. Sövdələşmə baş tutmayanda “sənin təklif etdiyin məhsullardan nə çoxdur” deyib yola salır.

İddiaya görə, Cəlal Qasımovun tenderlərin qalibi elan etdiyi şəxslərin DSX-ya verdiyi hərbi və mülki texnikaların ehtiyat hissələri Çin və Dubaydan gətirilir. Dövlət qurumları tərəfindən araşdırma aparılacağı təqdirdə bunu asanlıqla müəyyən etmək olar.

Bundan başqa, bildirilir ki, polkovnik Qasımovun biznes ortaqları ölkədə və offşor zonalarda qurduqları MMC-lər vasitəsi ilə “Amazon.com” onlayn alış-veriş platforması vasitəsilə Çindən topdan satın alınan, eləcə də Dubayda istehsal edilən və ya dəstləşdirilən məhsulları Sərhəd Qoşunlarına şişirdilmiş qiymətlərlə sırımaqda davam edirlər.

DSX Sahil Mühafizəsinin istifadəsindəki Almaniya istehsalı olan komperessorların, Fransa istehsalı olan dalğıc avadanlıqları üçün alınan filtirlərin mənşə ölkəsi araşdırılarsa, bu şəxslərin öz maddi maraqları naminə su altında əməliyyatlar aparan heyətin həyatının hansı təhlükəyə atıdqlarını üzə çıxarar.

Məlumatlarda həmçinin kater və gəmilərin harda və hansı şərtlər altında təmir olunması faktları da yer alır. Məlumatlarda Cavid Abdullayevlə bağlı da maraqlı məqamlar var.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...