Anons

Bu gün, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Haqqımızda Əlaqə

Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–"Qozbeli qəbir düzəldər"–Araşdırma

Tarix:21-05-2020, 23:11

Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–"Qozbeli qəbir düzəldər"–Araşdırma
Bir müddət idi ki,qalmaqallı iş adamı Müqayis Verdiyevdən əsər əlamət yox idi. Son günlər xəbər portallarından yenidən "geydirmə" iş adamının səsi gəlməyə başlayıb. Dələduzlara xas olan təcrübəsinə əsaslanaraq münasib zaman seçib Müqayis.... Ölkədə korrupsioner və rüşvətxor məmurlara qarşı ciddi mübarizə başlayıb. İcra başçıları daxil olmaqla nazirlərə qədər dövlət vəsaitlərini mənimsəyənlər,rüşvətə qurşananlar qorxu içindədirlər. Vətəndaşlar sevinirlər baş verənləri müşahidə edərək.... Yaranmış situasiyadan bəhrələnmək üçün, Müqayis Verdiyev kimi dələduzlar da növbəyə dayanıblar. Xüsusilə,icra başçıları ilə həmişə konfliktdə olan Müqayis Verdiyev həbs olunan icra başçılarına qarşı yeni cəbhə açıb. Həbs olunmamışdan öncə sabiq başçılarla pul problemlərini həll edə bilmədiyi üçün , onların həbsindən sonra varlanmaq eşqinə düşüb Müqayis... Keçmiş palanları açıb tökməklə nələrsə əldə etməyə cəhd edən iş adamı əslində,danışdıqca batdığ ının fərqində deyil. Söhbət nəinki yüz minlərdən hətta,milyonlardan gedir. Oxucularımıza məlumat üçün bildirək ki M.Verdiyev tikinti biznesi ilə məşğul olub. O, cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə həbsdə olub.Həbslərin motivi isə demək olar ki eynidir,mənimsə və dələduzluq. Maraqlıdır,müxtəlif rayonların icra başçılarının, həyata keçirdiyi təmir tikinti işlərinə görə ona borclu olduqlarını israrla qeyd edən iş adamları nədənsə həbsdən çıxandan sonra yenidən növbəti rayonun icra başçısı ilə sövdələşməyə gedərək yeni layihələrə imza atır. Diqqət çəkən məqamlardan biridə ondan ibarətdir ki,''təcrübəli iş adamı'' dəyəri milyonlarla ölçülən işləri ortada heç bir hüquqi sənəd olmadan həyata keçirir.Iş təhvil veriləndən sonra isə,borc qalmaqalları üzə çıxır. Məlum olub ki M.Verdiyev pulları hissə-hissə alaraq mənimsəyib. Tikinti işlərinə cəlb olunan fəhlələr və ustalar o cümlədən, tikintini materiallarla təmin edən sahibkarlar onlara çatacaq pulları tələb edərkən M.Verdiyev yaxasını kənara çəkərək həmin rayonların icra başçılarını hədəfə gətirir. Şübhə yoxdur ki icra başçıları ilə M.Verdiyev arasında müəyyən sövdələşmələr olub.Azərbaycan reallığında hansısa icra başçısının iş adamından müəyyən məbləğdə pullar tələb etməsi başa düşüləndir. Amma M.Verdiyevin iddia etdiyi kimi böyük məbləğlərin ödənilməməsi real görünmür. Görünən odur ki, hər rayonda müəyyən işlər görən M.Verdiyev işlərini başa çatdırdıqdan sonra bir müddət həbsxanaya gedərək ''dincəlir'' və bununla da fəhlələrə və sahibkarlara olan borclarının üstündən xətt çəkir.Bunun adı təcrübədə klassik dələduzluqdur. Adı dəfələrlə belə qalmaqallarda hallanan M.Verdiyevi artıq hamı tanımağa başlayıb və ağlı başında olan heç kim onunla iş birliyinə getmək istəmir. Bu o deməkdir ki, adı dəfələrlə dələduzluqda və mənimsəmələrdə hallanan M.Verdiyevin gəlir götürdüyü mənbələr məhdudlaşmaqdadır. Ona görə də pulsuz qalmağa öyrəşməyən dələduz növbəti planlar üzərində işləməyə başlayır.Ona elə gəlir ki həbs olunan icra başçılarının yalandan üzünə durmaqla və onlara şər atmaqla hansısa formada müxtəlif mənbələrdən gəlirlər əldə edəcək.Və yaxud, hələdə vəzifə başında olan icra başçılarına hədə-qorxu gələrək , onları təhdid edərək pul vəsaitləri qoparacaq.Internet üzərindən apardığımız araşdırmalar zamanı M.Verdiyevin haqqında kifayət qədər qalmaqallara rast gəlmək mümkündür. Bu barədə materiallar kifayət qədər olduğu üçün bu yazımızda onlara toxunmaq istəmədik. Şübhə etmirik ki,bu materialları araşdırmağa başlasaq M.Verdiyevlə bərabər bir çox icra hakimiyyətlərinin vəzifəli şəxslərinə qədər uzanan geniş bir şəbəkəni ifşa edə bilərik.Istisna edilmir ki, M.Verdiyev icra hakimiyyətlərində kök salmış özü kimi dələduzlarla əlbir olaraq son günlər yeni planlar üzərində işləyir. Bu planın tərkib hissəsi kimi üzü üzlər görmüş M.Verdiyev ölkə mətbuatında çalışan bəzi tanışlarının xidmətlərindən yararlanmağa başlayıb.Bunun nə ilə bitəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil.Həmişə olduğu kimi bu dəfədə M.Verdiyev yolunu həbsxanalara salmalı olacaq. Əvvəlki ''poxotkalarından''fərqli olaraq növbəti qurbanı tapa bilmədiyi üçün türməyə əliboş girib, əliboş çıxacaq.Istisna olunmur ki, bu dəfə ona cinayət məcəlləsinin fərqli maddələri tətbiq olunsun. Son günlər ölkədə aparılan islahatlar və pandemiya şəraiti özünü iş adamı hesab edən bir çoxlarının əsl simasını ortaya çıxardı .Məşhur atalar sözündə deyildiyi kimi ''Qozbeli qəbir düzəldər''. Araşdırmalarımız davam edir.
Ardı var...

ARAŞDIRMA QRUPUскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...